Səbinə Babayeva: "Eurovision" Azərbaycana Avropaya ürəyini açmağa imkan verəcək

 
Səbinə Babayeva: "Eurovision" Azərbaycana Avropaya ürəyini açmağa imkan verəcək

Azərbaycan ümid edir ki, "Eurovision" mahnı müsabiqəsi Azərbaycana "öz ürəyini Avropaya açmaq" imkanı verəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın müsabiqədəki təmsilçisi Səbinə Babayeva Almaniyanın "Spiegel" jurnalına müsahibəsində deyib.

Jurnal yazır ki, 32 yaşlı müğənninin real həyatı onun mahnısında təsvir olunduğu kimi, o qədər də qəmgin görünmür. O, həyatsevər və nikbindir.
"2008-ci ildə "Eurovision"da ilk iştirakımızdan bəri biz bu müsabiqənin Azərbaycanda keçirilməsini arzu etmişik. Mən bunun nəhayət baş verməsindən çox qürur duyuram. Bu, bizə öz ürəyimizi bütün Avropaya açmaq imkanı verir", - Babayeva deyib.

Müğənninin sözlərinə görə, hər şeydən əvvəl Avropadan gələn qonaqlar Bakının dünyada ən gözəl şəhərlərdən biri olduğunu görməlidirlər. İkincisi, əgər onlar heç vaxt Azərbaycanda olmayıblarsa, onlar əsl qonaqpərvərliyin nə olduğunu bilmirlər: "Və, üçüncüsü, onlar mənim konsertimi buraxa bilməyəcəklər!".

Jurnal yazır ki, bu, həqiqətdir ki, heç kim bu fürsəti əldən qaçırmaq istəmir. Doğma şəhərdə və qonşu dövlətlərdə müğənninin səhnə geyimi ilə bağlı çoxlu müzakirələr gedir. Səbinənin özü isə hesab edir ki, onun səhnə kostyumu qarşıdakı şou üçün mühüm əhəmiyyət kəsb edir.

"Bu, böyük məsuliyyətdir, amma mən mayın 26-da oxumaq hüququm olduğu üçün göyün yeddinci qatındayam", - o, deyib.

Jurnal yazır ki, həqiqətən də, 9 milyonluq əhalisi olan kiçik ölkənin müsabiqədə qısa, lakin uğurlu təcrübəsi təsirlidir.

"Spiegel" qeyd edir ki, Azərbaycan "Eurovision"da cəmi dörd dəfə iştirak edib, lakin hər dəfə birinci onluqda yer alıb:

"Azərbaycan Belqradda səkkizinci, Moskvada üçüncü, Osloda beşinci yeri tutub, nəhayət, ötən il Düsseldorfda qalib adını qazanıb".
Babayeva Azərbaycanı "Eurovision" müsabiqəsində təmsil etmək üçün milli seçimlərdə əvvəllər də iştirak edib. Lakin yalnız bu il istəyinə çatıb. Onun sözlərinə görə, bu, ona böyük məmnunluq hissi bəxş edib.

Bakıda pianoçu ailəsində doğulan Səbinə musiqi məktəbində oxuyub, daha sonra hüquq təhsili alıb. O cazı sevir və qonşu Gürcüstanı müsabiqədə təmsil edən Anri Cohadze ilə çoxdan dostluq edir.

"O mənim çox xoşuma gəlir, biz bir-birimizi çoxdan tanıyırıq və müxtəlif festivallarda birgə iştirak etmişik", - Babayeva deyib.

Əvvəllər Səbinə Litvada və Azərbaycanda keçirilən müsabiqələrdə qalib gəlib. O habelə Azərbaycanın "Röya kimi" serialına saundtrek yazıb. Jurnalın yazdığına görə, onun Facebook-da 27 minə yaxın pərəstişkarı var.

"Avropalıların əksəriyyəti ölkəmiz haqqında çox az bilirlər, adətlərimiz və mədəniyyətimiz haqqında düzgün təsəvvürə malik deyillər. Mən bunu dəyişmək üçün əlimdən gələn hər şeyi edirəm", - o deyib., - o, deyib.

Jurnal yazır ki, həqiqətən də, 9 milyonluq əhalisi olan kiçik ölkənin müsabiqədə qısa, lakin uğurlu təcrübəsi təsirlidir.


Geri dön

frog

  • 19 iyun 2012 21:38
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
THANKS...........................

✰GlaMurKa✰

  • 2 iyun 2012 15:27
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
serhlere gore tsekkurklerrr

✰GlaMurKa✰

  • 1 iyun 2012 23:44
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
Sitat: MenimleSen
AY AWKIM ELLERINE SAGLIKK

deymez canim

MenimleSen

  • 29 may 2012 14:50
  • Məqalə: 60
  • Şərh: 1233
  • Bal:
{awards}
AY AWKIM ELLERINE SAGLIKK

--------------------

✰GlaMurKa✰

  • 28 may 2012 01:26
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
dj ayka,
deymez canim:) winked

LoVe_LiFe

  • 27 may 2012 19:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
askim tesekkurler maraqli xebere gore

✰GlaMurKa✰

  • 25 may 2012 00:37
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
serhlere gore tsk

Miss Lady

  • 24 may 2012 18:46
  • Məqalə: 180
  • Şərh: 2216
  • Bal:
{awards}
duz deyirr...raziyam

✰GoLd GirL✰

  • 24 may 2012 17:18
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Baki heqiqeten cox deyisilib Baki gozeldir....Xebere gore tesekkur......

enigmatic_girl

  • 24 may 2012 15:49
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
hmm tesekkurler....

--------------------

esi .i.

  • 24 may 2012 10:45
  • Məqalə: 9
  • Şərh: 1166
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrr

✰Dгeaм✰

  • 24 may 2012 10:28
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Melumata gore cox sag ol.

Mehri_94

  • 24 may 2012 09:31
  • Məqalə: 15
  • Şərh: 1235
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------
R :love: M

★Miss Love★

  • 24 may 2012 09:15
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Dogurdanda eurovision Azerbaуcanda cox inkiwafa sebeb oldu...Inwallah bundan sonrada her weу уaxwi olar...xebere gore cox sagol тaтlim=)

INCI-INCI

  • 24 may 2012 08:34
  • Məqalə: 1
  • Şərh: 81
  • Bal:
{awards}
ugurlar .... love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 53
Cəmi: 93

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 113
 
MiSS HaPPy)
Xəbərləri: 21
Cəmi: 31
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 424
 
ஐ Payiz ஐ
Xəbərləri: 12
Cəmi: 12
 
AyliN BunyaminovA
Xəbərləri: 11
Cəmi: 402
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
Arzu_zadeh
Xəbərləri: 6
Cəmi: 134
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}