Eşq ve məhəbbət kəlamları yalnız Allaha məxsusdu

 
Eşq ve məhəbbət kəlamları yalnız Allaha məxsusdu

Eşq ve məhəbbət kəlamları yalnız Allaha məxsusdu.Eşq və məhəbbət ülvi hisslər ümmanında nəhayətsiz okeandır.

Onun sakitliyi var,qabarması var,tufanları var.İşığı,təmizliyi,paklığı riqqətə gətirir.Eşq və məhəbbət!

Gərək onu duya biləsən,gərək o “dərdə mübtəla” ola bilsən!

Eşq və məhəbbət hisslərin ən böyük daçıyıcısıdır...Ağlı işləməyən,zəkası parlamayan insan şeytandır,iblisdir,canidir!

Eşq və məhəbbətdən uzaqdır!Bəşəriyyətə düşməndir! Zəka nurunun törəməsi olan eşq və məhəbbət mütləq ədalətdir,

mütləq ləyaqətdir,mütləq gözəllikdir,mütləq səadətdir...Böyük Yaradanın Dərgahına uzanan yola düşməkdir!

Belə olan zaman ruhu ölməzlik şöləsi parlayır,insanı insanilikdən çıxarıb eşq və məhəbbət ilahəsinə döndərir.

İnsanlar ÖLÜMLÜ TANRILAR,TANRILARSA ÖLÜMLÜ İNSANLAR olurlar.

Eşq ve məhəbbət kəlamları yalnız Allaha məxsusdu

Hə onuda bilirəmki məhəbbət olan yerdə riyakarlıq,ikiüzlülük,xudbinlik ola bilməz.

Onun düşməni xəyanətdir.Xəyanət olan yerdə hörmət,ehtiram,ləyaqət və şərəf hissləri olmur.İnsan alçalır və kütləşir.

Məhəbbət o zaman güclü,qüdrətli,möhtəşəm olurki o zəka nuruna bələnsin!

Məhəbbət sanki sonsuz fəzadır,üfüqləri təsəvvürolunmaz kainatdır.Onun dərkedilməz qatları var.

Onun aydınlığı və tündlüyü,durğunluğu və qabarmaları,tufanları var.Onun ölçüsüz-biçisiz qasırğaları və qarşısıalınmaz dəhşətləri var.

Eşq ve məhəbbət kəlamları yalnız Allaha məxsusdu

Gərək onunla ehtiyatlı olasan...Düz rəftar edəsən...Onu qoruyasan...Nurlandırasan...

Məhəbbət bəxtiyardır,xoşbəxtlik mənbəyidir...O,insanı həyata bağlayan ecazkarlıqdır.

Məhəbbət ürəkdə olan bütün pislikləri əridir.Həyatın rəmzinə çevrilir.Məhəbbət daim alışan,parlayan,

od püskürən,nur saçan ilahi hisslərdir.Onun uğrunda düçar olunan əzab,iztirab həyatın özü qədər gözəl,sevincli və nəşəlidir.

Məhəbbət öləndə,yaşantılı həyat sönür...Nifrət doğulur...Nəhayətsiz boşluq yaranır.

Ancaq məhəbbət zəka nurunda cilvələnir.Onsuz həyat cəhənnəmdir...

Sadəcə mövcud olmaqdır...Məhəbbət hünərdir...Cəsarətdir!


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:00
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 10 noyabr 2010 11:11
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
COX GOZEL SOZLERDI.TWK

fbq

  • 9 noyabr 2010 21:08
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
soz tapa bilmirem super

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}