Dinin sütunu

 
Dinin sütunu

Müqəddəs İslam dinində namaz böyük əhəmiyyət daşıyır. Dinimizdə hər hansı vaxt, yer və ya şəraitdə namazın tərk olunmasıına icazə verilmir. Hər hansı bir şəxs diqqətsizlik, məsuliyyətsizlik, səhlənkarlıq üzrü ilə namazı tərk edə bilməz.
Qurani-kərim namaza etinasız yanaşanı, səhlənkarlıq edib şəri səbəb olmadan onu təxirə salanı şiddətli şəkildə məzəmmət edir:
Namazlarından qafil olanarın (səhlənkarlıq üzündən namazı vaxtında qılmayanların) vay halına!" (1)
Namaz istisnasız olaraq yerinə yetirilməsi vacib olan yeganə ibadətdir. Yəni namaz hətta insan ölənədək hər bir şəraitdə ona vacibdir. Çünki, o, insanı çirkin əməllərdən, pisliklərdən qoruyan güclü amildir. Quran bu barədə buyurur:
(Ey Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtlı-vaxtında) namaz qıl. Həqiqətən namaz (insanı) çirkin və pis əməllərdən çəkindirir.”(2)
Allah-taala Qurani-kərimdə namazın islahedici təsiri haqqında buyurub:
Həqiqətən insan (sərvətə) çox həris (tamahkar və hövsələsiz) yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparır, bir xeyir nəsib olduqda isə xəsis olur. Daim namaz qılanlar isə istisnadır!”(3)
Oruc, həcc və s. kimi vacib əməllər bu ilahi hökmdən müstəsnadır; məsələn səfər zamanı oruc vacib deyil. Namaz isə səfərdə də vacib olaraq qalır. Əlbəttə bəzən namaz da kəmiyyət və keyfiyyət baxımdan fərqli olaraq qılınır. Deməli namaz qılmaq üçün olan çoxlu təkidlər onun əhəmiyyətinə dəlalət edir. Ona görə də namaz dinin sütunu hesab olunur. Əlbəttə başqa bir hədisdə namaz (müfəqqəti məskulaşmaq üçün qurulan) çadırın dirəyinə də bənzədilib. İslam Peyğəmbəri (s) buyurub:
Namaz çadırın dirəyi kimidir. Dirək sabit qalarsa örtük, mıx və kəndirlər faydalıdır. Əks-təqdirdə heç birinin faydası yoxdur, çadırdan da əsər-əlamət qalmayacaq”.(4)
Namaz Allah dərgahında qəbul olarsa bəndənin digər əməlləri də qəbul olacaq. Qiyamət günü namaz qılanın sorğu-sualı asan olacaq. Onu yüngül sayanın sorğu-sualı isə çətin olmaqla yanaşı, heç bir şəxsin şəfaətindən yararlna bilməyəc.
İmam Sadiq (ə) buyurub: “Bizim şəfaətimiz heç vaxt namazı yüngül sayanlara şamil olmaz”(5)
İmam Əli (ə) namaz barədə buyurur:
Namaza riayət edin! O, möminin meracı, dinin sütunudur. Qiyamətdə bəndədən öncə soruşulan sorğu da namaz haqqında olacaq. Bəndənin namazı qəbul olduğu təqdirdə, digər əməllər də qəbul olur. Qəbul edilməyib hesaba alınmadıqda isə heç bir əməl insan üçün faydalı olmaz. Onu qoruyun (onu vaxtında qılmaq fəzilətlindən xəbərsiz olmayın). Çoxlu namaz qılın! Onun vasitəsi ilə (Allaha) yaxınlaşın. Çünki, Quranda buyurulduğu kimi:

كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا

Namaz möminlərə yazılmış və vaxtı müəyyən edilmiş bir vacibdir.”(6)
Quranda buyurulub:
Cəhənnəm əhlindən

مَا سَلَكَكُمْ فِي سَقَرَ قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ

Nə üçün cəhənnəmə düşdünüz” deyə soruşulduqda, belə cavab verəcəklər: “Biz namaz qılanlardan deyildik”.(7)
Namaz, (ağacdan) yarpaqların töküldüyü kimi günahları tökür, maddi və mənəvi porblemləri həll edir - düyünləri açır. Allahın Peyğəmbəri (s) beşlik təşkil edən namazı, insanın qapısının kənarında olan su çeşməsində beş dəfə yuyunmağa bənzədib. Belə olduğu təqirdə namaz qılanın bütün çirkinlikdən paklanacağı aydın olur. Dünya sərvətinin parıltısı namazın dəyərini bilən möminin gözünü bağlamaz, onun üçün mal-dövlət və övlad eşqi namazdsan önə keçməz. Eyb və nöqsanlı sifətlərdən pak və uzaq olan Allah buyurur:

رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ

O kəslər ki, ticarət, alış-veriş onları Allahın zikrindən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.”(8)
Allahın Peyğəmbəri (s) Cənnətlə müjdələnməsinə baxmayaraq, özünü namaz üçün çətinliyə salırdı (çox namaz qılırdı). Onun çolxu namaz qılmasına səbəb, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın buyuruğu

وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْها

Əhli-beytinə namaz qılmağı əmr et, özün də ona səbrlə davam et”(9) ayəsi idi. Buna görə də o həzrət (s) yaxınlarını namaza çağırır, özü də onu səbrlə yerinə yetirdi.”(10)
Yuxarıdakı ayənin sonunda (Taha surəsinin 132-ci) Allah taala buyurub: “...(Gözəl) aqibət təqva sahiblərinindir”. Məlum olur ki, təqvalı olmaq üçün namaza diqqət yetirmək lazımdır. Bu məsələyə hədislərdə də işarə olunub:
Hər bir təqvalı şəxs namaz qılmaqla Allaha yaxınlaşır”.(11)
Namaz problemləri, çətinlikləri aradan qaldıran mənəvi amildir. Allahın Peyğəmbəri (s) bir müşküllə üzləşdikdə namaza üz tutar, ondan kömək istər və namaz barədə deyərdi : “Ümmətimə vacib olan ilk şey, birinci növbədə qəbul olunacaq və ilk olaraq barəsində soruşulacaq əməl namazdır”(12)
Həzrət Əli (ə) buyurur: “ Hər bir şeyin siması olduğu kimi sizin dininizin siması da namazdır.”(13)
Bəli, namaz dinimizin siması olduğu kimi həm də o, təqvalıların vəsfi, möminlərin saleh bəndələri tanıdan xüsusiyyət və ilahi əmrdir.(14)
Elə isə Qurani-kərimin namaz haqqında əmrinə tabe olmalıyıq. Vaxtlı-vaxtında, lazımınca namaz qılmalı Allahdan kömək diləməliyik.(15)


Geri dön

✰GlaMurKa✰

  • 2 iyun 2012 15:09
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
“O kəslər ki, ticarət, alış-veriş onları Allahın zikrindən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.”(8)
Allahın Peyğəmbəri (s) Cənnətlə müjdələnməsinə baxmayaraq, özünü namaz üçün çətinliyə salırdı (çox namaz qılırdı). Onun çolxu namaz qılmasına səbəb, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın buyuruğu


ALLAH RAZI OLSUN

Leyla M_va

  • 28 may 2012 09:29
  • Məqalə: 1
  • Şərh: 325
  • Bal:
{awards}
ALLAH sizden razi olsun.

--------------------
Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.

LoVe_LiFe

  • 27 may 2012 18:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Delya_91

  • 24 may 2012 20:58
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun canim menim

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

★Azerbaijan girl★

  • 24 may 2012 18:34
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun canim thanks....................

Miss Lady

  • 24 may 2012 18:02
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
Allah senden razi olsun bacim

esi .i.

  • 24 may 2012 17:54
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkurler

enigmatic_girl

  • 24 may 2012 17:26
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

frog

  • 24 may 2012 15:33
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
Sitat: _favorit_arkadas
allah razı olsun........

✰Dгeaм✰

  • 24 may 2012 14:38
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

SeL_cAn

  • 24 may 2012 14:37
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}

“Əhli-beytinə namaz qılmağı əmr et, özün də ona səbrlə davam et”(9) ayəsi idi. Buna görə də o həzrət (s) yaxınlarını namaza çağırır, özü də onu səbrlə yerinə yetirdi.”(10)
ƏLİNİZƏ SAĞLIQ


--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

★Miss Love★

  • 24 may 2012 14:37
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
уarisini oxudum deуerli ve maraqli xebere gore Allah razi olsun!

_favorit_arkadas

  • 24 may 2012 14:34
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razı olsun........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}