Koroğlunun görünən və görünməyən tərəfləri

 
“İçərişəhər”dən çıxan qatar və ya Koroğlunun görünən və görünməyən tərəfləri
Xalqlar tarix boyu zülmə qarşı müxtəlif şəkildə mübarizə aparmış, gücü yetməyəndə xəyalında yenilməz qəhrəmanlar uydurmuş, bu qəhrəmanlara fövqəlbəşər bir güc vermiş, onun əli ilə zalımlardan qisas almış, ürəyi bu yolla təsəlli tapmış və sonra onu böyütmüş, şişirtmiş, əfsanələşdirmiş, məğlubedilməzliyinə inanaraq nağıla, dastana çevirmiş, “əbədiləşdirmişdir”.
Hər kəsin içində bir “ağ atlı oğlan” olmaq arzusu və ya xəyalında onu canlandırıb təsəlli tapmaq hissi var. Prototipi olsun, ya olmasın, bunlar arzuolunan qəhrəmanların ümumiləşmiş obrazlarıdır. Əlbəttə, hər qəhrəman öz xalqının övladı olduğundan o xalqın özəlliklərini daşıyır və haradasa o xalqın tarixən mövcud olan qəhrəmanlarına oxşayır.

“Koroğlu” dastanının qəhrəmanı olan Rövşən də belə. “Rövşənin qarşısında kimlər durur, o kimlərə qarşı vuruşur?” suallarından çox, “O nəyə qarşı vuruşur, necə bir xarakteri var, bu xarakteri ilə milli və tarixi kodlarımıza nə qədər uyğundur, bütün mənfi və müsbət özəllikləri ilə bədii obrazlarımız içində necə bir yer tutur?” sualları ətrafında dolaşmaq daha düz olardı. Prototip məsələsinə iki aspektdən yanaşmaq olar:

1. Koroğlu bir qəhrəman olaraq, min illər boyu xalqın ürəyində zülmə, haqsızlığa qarşı mübarizə aparan yenilməz bir igidin ümumiləşmiş obrazıdır. Min illər deyirik, çünki dastandakı mifik elementlər onu çox qədimlərə aparır. Göydən düşən ildırım parçasından düzələn Misri qılınc, dərya atının cinsindən olan yelqanadlı Qırat və bir də onu yenilməz edən, düşmənlərin bağrını yaran nərəsi və ölməzlik qazandıran qoşa çinarın dibindən axan sehrli köpüklü su. Gözü tutulandan sonra Dədə Qorqud kimi az qala “qeybdən dürlü xəbərlər söyləyən” atası Alı kişi.

2. Dastan qəhrəmanını konkret bir tarixi şəxsiyyətə, yəni tədqiqatçıların fikrincə, Cəlalilər üsyanına bağlamaq. Bəlkə də bu səbəbdən çox vaxt Cəlaliyə Koroğlu deyirlər.

Birinci məsələnin üzərində dursaq, Koroğlunu qeyd-şərtsiz milli qəhrəman və bizim min illər boyu arzusunda olduğumuz, istəklərimizi gerçəkləşdirəcək bir mif kimi (sonralar tüfəng də çıxsa, tank da, raket də) qəbul edə bilərik. Və bu mif zaman-zaman Cavad xanın, Qaçaq Nəbinin, Səttar xanın, Qaçaq Kərəmin, Ramil Səfərovun, Mübariz İbrahimovun, Fərid Əhmədovun və s. timsalında zühur edir, istək və arzuları gerçəkləşdirir, koroğluluğu təsdiq edir. Bəs niyə o hündür qaya, niyə onun üstündəki qoşa çinar və niyə yeddi ildən bir? Bununla nəyi demək istəyir, hansı mesajları verir Rövşəni Koroğlu edən Alı kişi?

Sehrli bulağın əlyetməz qayanın üstündə olması belə bir nemətə çatmağın çətinliyinə işarədir. Yeddi ildən bir ulduzların toqquşmasında yeddi sonsuzluq rəmzidir. Adlarından da göründüyü kimi, Məğriblə Məşriqin “ulduzları” (başqa sözlə, xeyirlə şərin mübarizəsi) sonsuzluğa, qiyamətə qədər barışmayacaq. Vaxtaşırı belə toqquşmalar olacaq. Bu zaman qalib çıxan yaşayacaq. Dirilik suyu əslində bu qaçılmaz müharibələrdə varlığını qoruya bilməkdir.

Tarixən ən böyük müharibələr Batı ilə Doğu arasında olub. Hər dəfə də bəla Qərbdən gəlib. İskəndərdən, Pompeydən, Səlib yürüşlərindən tutmuş, bu günə qədər bütün fəlakətlər Batıdan gəlib (Bu gün də xortlamaqdadır yeni adda, yeni variantda). Hər dəfəsində də “dirilik suyu” üstündə. Tutmaq, soymaq, istismar etmək və bu yolda ağlagəlməz planlar qurub həyata keçirmək. Məsələn, Osmanlıya qarşı tətbiq olunan Şərqdə fərqli adlarda dövlətlər ortaya çıxarıb, onları vuruşdurmaq, bu olmayanda xalqı üsyana qaldırmaq (Cəlalilər kimi), bu olmayanda məzhəb, din, irq, tayfa ayrıseçkiliyi salmaq, bu da olmayanda hakimiyyət üstə dava kartlarını işə salmaq və özlərini bir-birinə qırdırmaq. Və nəhayət, saraylarımıza təlimatlandırılmış qadınlarını sızdıraraq hər cür fitnə-fəsad üçün onlardan istifadə etmək.

Milli dəyərlərimizin məhv edilməyə başlandığı bir dövrdə “Koroğlu” operasının yazılması və Moskvada oynanması (həm də dəfələrlə), cəllad Stalinin də ona baxıb dəyər verməsi, hətta mükafatlandırması təsadüfdürmü? Yoxsa, minlərlə ziyalımızın qanına susayan cəlladın bizim sənətə heyranlığındandırmı?

Üzeyir bəyi də, onun qardaşı Ceyhun bəyi də, onun Fransada müstəqil Azərbaycan üçün nələr elədiyini də Stalin çox gözəl bilirdi. “Koroğlu” operası oynanılandan sonra Stalın Azərbaycan nümayəndələrinin şərəfinə banket verir. Əlində qədəh Üzeyir bəyə yaxınlaşaraq: “A kak, tvoy brat vo Fransii?” - deyir. Bir anda hamının qanı donur və hər kəs öz taleyini düşünür. Bu qorxunun içində tək özünü itirməyən Üzeyir bəy təmkinlə: “Bilmirəm”, - deyir. Stalin yenə: “Oçen naprasno, vsyo taki, on tvoy brat”, - deyərək onların arasında əlaqə quracağını vəd edir. Doğrudan da, Üzeyir bəy bu hadisədən sonra qardaşından bir neçə məktub alır. Ancaq bunun bir tələ, bir oyun olduğunu düşünərək heç bir reaksiya vermir. Məktubların kimdən və necə gəldiyini isə ancaq cəllad özü bilirdi.

Bəs nə idi Stalini Üzeyir bəyin qarşısında sındıran? Sənətinin böyüklüyümü, şəxsiyyəti, təmkini, milli qürurumu, bir çəkməçi oğlu qarşısındakı ağayanalığımı? Ya qardaşı ilə bağlı daha böyük planların, daha böyük ovların iştahasında olmasımı? Çox güman ki, bunlar da, başqa şeylər də səbəb ola bilər Stalinin onlara toxunmamağına. Amma bizə görə operanın “Koroğlu” olması unudulmamalıdır. Koroğlu kimi Stalin də düşmən idi “paşalara, bəylərə”. Bu baxımdan Koroğlu Puqaçovla, Çapayevlə birgə Stalinin tərəfində, cəbhəsində idi. Stalin hətta Koroğludan fərqli olaraq, onun xalqına da düşmən idi, Osmanlıya da. SSRİ məkanındakı türklərə nə divan tutdurdu. Belə bir vaxtda “koroğluluq” dəbə minir. Aşıqlar bu dastanı danışanda fəxrlə “Cəlali Koroğlu başladı paşalara, bəylərə, xanlara qan uddurmağa”... deyirlər. Dastanın özündə də bu fikir açıq hiss olunur. “Mən özüm Aslan paşanı, Hərəniz bir xan üstünə”... (“Bağdad səfəri”ndən). Az qala elə bir nəticə çıxır ki, bu xanlar, paşalar, bəylər o qədər zalım, ədalətsiz, qəddardırlar ki, belələri bu dünyaya nə gəlib, nə də gələcək. Rövşən də yazıq, məzlum xalqı başına yığır və zülmə qarşı üsyana qaldırır. Hətta onların öz məmuru Giziroğlu Mustafa bəy də üsyançıların tərəfinə keçir. Koroğlu ilə dost olur.

Əgər Koroğlunun prototipi olaraq birinci variantı qəbul edib, ikincinin isə bizim üzərimizdə oynanılan oyun olduğunu düşünsək, biz Koroğlunun 7 qazan yemək yeməyindən... çox, onun başqa cəhətlərindən danışmalıyıq. Çünki o, başının əldən gedəcəyini bilsə belə, Bolu bəyə verdiyi sözün üstündə necə durdu və ya Keçəl Həmzəyə necə aldandısa, biz də bu gün vədlərimizə elə sadiqik, biz də bu gün elə aldanırıq. Keçəl Həmzə öz rolunu oynadıqdan, öz məqsədinə çatdıqdan sonra sözünün üstündə duraraq necə Toqatda Qıratın üzəngisini basıb Koroğlunu ata mindirir və Dünya xanıma “Bu gün də sənin atanın toyudur” deməklə kimin tərəfindədirsə, o günkü Keçəl Həmzə bu günkülərin yanında mələk kimi görünür.

Dastanın əlyazma şəklində bizə gəlib çatan əsas iki variantından biri Tbilisidə, biri də Parisdədir. Hər ikisi ilə də məşğul olanlar məlumdur. Fransalı missioner Xodzko, təbrizli erməni Arakel, gürcü aşıq Camali və sonra kimlər, kimlər. Azərbaycanlılar dastanın tədqiqi ilə əsasən sovet dövründə məşğul olmuşlar. Onların da həm özləri, həm də dastan nümunələrini topladıqları aşıqlar sovet ideologiyasının təsiri altında idilər. Və sonralar bu təsir Koroğlunu, dəlilərini və hadisələri yad bir şəkildə ortaya çıxaracaqdı. Əcnəbi tədqiqatçılardan Arakel: “...Onlar (Cəlalilər) ...Konstantinopolun həndəvərindən tutmuş, Dəmir Qapıya qədər, Ağ dənizdən başlamış Qara dənizə kimi bütün ölkələri dağıtmışdılar”. Arakelin bu “dağıtmağa” necə sevindiyi və ya bunu necə arzuladığı aşkar hiss olunur. Hələ bu Arakelin varisləri bu gün birdən Cəlaliləri erməniləşdirsə və Koroğlunu özlərinin milli qəhrəmanı elan edib, “böyük ...ıstanın azadlığı uğrunda apardığı mübarizəsindən” danışsa, heç təəccüblənmərəm. Dənizdən dənizə iştahalarının nə zamandan və necə ustalıqla ortaya çıxdığı da hiss olunur. Koroğlunun qarşısında duran “düşmənlərin” başçısı Xotkardır. Dastanın bəzi yerlərində “çaşıb” onu Xunxar kimi də təqdim edirlər. Qalır təkcə öz dili ilə Hünkar demək. Hünkar da Osmanlı sultanlarına edilən müraciətin başında gəlir. Məsələ, məqsəd aydın olur, deyəsən. Başqa bir məsələ. Dastanda dini motivlərlə bağlı fərqli və ziddiyyətli görüşlər də mövcuddur. M. Təhmasib yazır: “...Əsərdə, (Xodzkonun - əsərində S. H.) eləcə də Koroğlunun özündə çox aydın müsəlmanlıq tendensiyaları var. Zənnimcə, bunlar hamısı Xodzkonun “fəaliyyətlərinin” nəticəsidir.”

Başqa bir yerdə tədqiqatçılar “Koroğlu”dakı bu konsepsiya (mifik görüşlər - S. H.) tamamilə İslam ideologiyasına, müsəlman etiqadına və şəriətinə uyğunlaşdırılmışdır”... kimi bir nəticəyə gəlirlər. Halbuki Koroğlunun Çənlibeldəki həyat tərzinin İslam əxlaqı ilə bir əlaqəsi yoxdur.

Göründüyü kimi, biz hələ bu dastan və onun qəhrəmanları haqda az bilirik və lazım olanı deməmişik. “Koroğlu kimdir?” sualı isə cavabını gözləyir.


Geri dön

✰GlaMurKa✰

  • 2 iyun 2012 15:07
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
tesekkurler maraqli idi amma sebrim catmadi axira qeder oxumaga

LoVe_LiFe

  • 27 may 2012 18:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler maraqli xebere gore

VIPTOZ

  • 24 may 2012 23:00
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
onlar sdece dastan qehremanidi.ona gorede ne qeder onlar haqqinda melumat alsaqda yene bilmediklerimiz olur tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

★Miss Love★

  • 24 may 2012 19:07
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
hmm xebere gore тewekkurler=)

★Azerbaijan girl★

  • 24 may 2012 18:32
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewekkurler..................

esi .i.

  • 24 may 2012 17:53
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkurler

Miss Lady

  • 24 may 2012 17:50
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
_R_,
xexexexe

enigmatic_girl

  • 24 may 2012 17:31
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: _R_
Sen Korogluya qabagdan baxirsansa Onun gorunmeyen terefi Elbette onun arxa terefi olcaq

lol lol

--------------------

✰GoLd GirL✰

  • 24 may 2012 17:31
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkurler............

✰Dгeaм✰

  • 24 may 2012 17:12
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli melumatlardi.Tesekkurler.

_R_

  • 24 may 2012 16:52
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
{awards}
wink
Sen Korogluya qabagdan baxirsansa Onun gorunmeyen terefi Elbette onun arxa terefi olcaq lol

--------------------
Kuley esse agacin yarpaqi eyer saralibsa mutleq yere dusecey (Aforizm)...
Guya daa, Yalannan : ))
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}