İnsanı anlamaq

 
İnsanı anlamaq

İnsanı anlamaq....

Yenidən yola qoyulmalı, yenə yenidən sevə bilməli yoxuşları.

Təxirə salmağa gəlməz həyat: Nə varsa bir gün edərəm deyə təxirə saldığı, bir yerdən başlamalı vaxt itirmədən.

Hər keçən günün addım-addım hesabından düşüldüyünü unutmamalı insan. Bəzən dəyişdirməli bir şeyləri.

Kiçik şeylərdən başlamalı, bir gün də bir dayanacaq əvvəl enə bilməli bəzən. Evinə girərkən daşıdığı nə qədər dərd varsa içində, aşa bilməli bəzən qapı önündəki ağaca.

Özüylə barışmalıdır insan. Ürəyinə taxmalı bəzən bənövşəyi eynəklərini. Baxdığını deyil gördüyünü hiss edə bilməli bəzən.

Yerindən çıxıb bəzən qoya bilməli bir başqasının yerinə özünü.

Ağlayana sus deməyi deyil onunla ağlamağı sınamalı bəzən.

Fərqinə vara bilməli həyatın gerisində deyil tam içində olduğunu. .

Sevmənin bir insanı üzməkdən daha qiymətli oldugunu fərqinə vara bilməli bəzən.

Yalnız söyləyəcək bir şeyləri olduğunda deyil, tıxanıb qaldığında da dinləyə bilməli.

Bəzən içindən gəldiyi kimi davranmalı insan vecinə almadan kimsəni.

Heç uzaqlara getmədən özündə axtarmalı dincliyi.

Dünya dəyişəcəksə əgər bir gün, bilməli dönüş nöqtəsinin özü oldugunu.

Anlaya bilməli ölümün ayrılıqdan daha asan olduğunu, sevdiklərini itirmədən əvvəl.

Sevilmənin bir insanı sevməkdən başladığını öyrənə bilməli.

Pisliyi deyil yaxşılığı əmr etməli.

Xatırlamalı sevgilərin paylaşdıqca artdığını, ağrılarında olduğunu unutmadan..

Kaş ki demədən anlaya bilməli, şükr etmənin nə demək olduğunu..

Və unutmamalı insan əlində olanların əlində olmayanlardan daha qiymətli olduğunu...


Geri dön

nilayka

  • 20 fevral 2011 16:59
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
mAraqLı İdİ...

--------------------

Sergio Ramos

  • 8 noyabr 2010 22:08
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
mAraqLı İdİ...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 53
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}