[24.05.12] Gündəlik Qaynar Xəbərlər

 
[24.05.12] Gündəlik Qaynar Xəbərlər

24 May 2012 [13:37]
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb


Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Paytaxtda və yarımadada şimal küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq, havanın temperaturunun gecə 17-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnozlara görə, mayın 25-dən 27-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

24 May 2012 [12:00]
TQDK buraxılış imtahanında şagirdlərin yazacaqları inşaya hansı tələbləri irəli sürdü?


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanında şagirdlərin yazacaqları inşaya qoyulan tələbləri açıqlayıb. Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şagirdlərə müstəqil mühakimə yürütmək bacarığını nümayiş etdirməyə imkan verən ictimai, iqtisadi və ya mədəni həyat sahələrinə aid hadisə və proseslər, həmçinin respublikamız və görkəmli şəxsiyyətlərimiz, təhsil, peşə seçimi, ətraf mühit, mənəviyyat və digər qlobal problemlər haqqında mövzular təklif olunur.

İnşanı yazarkən şagird mövzunu açmalı, təklif olunan mövzuya bələd olduğunu göstərməli, mövzunu ümumiləşdirmək və məntiqi nəticə çıxarmaq qabiliyyətini nümayiş etdirməli, Azərbaycana dair məsələləri qlobal inkişaf çərçivəsində təhlil etməli, öz fikirlərini anlaşıqlı, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına və qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməlidir.

İnşa səliqəli və aydın xətlə yazılmalıdır. Yazı işi şagirdin oxuduğu bölmədən asılı olaraq Azərbaycan dili və ya rus dilində yerinə yetirilməlidir.


Qiymət həm məzmunu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bır sıra meyarlar nəzərə alınmaqla "məqbul" və ya "qeyri-məqbul" ilə qiymətləndiriləcək. Bu meyarlar verilmiş mövzunun açılma səviyyəsi, yazıda əks etdirilən materialların, fakt və hadisələrin dəqiqliyi, məntiqi ardıcıllıq, abzaslararası rabitə, fakt və hadisələri təhliletmə qabiliyyəti, şagirdlərin mövzuya orijinal yanaşması, öz fikrini ifadə etmək bacarığı, fikirlərin yığcam, aydın və anlaşıqlı ifadə olunması, mühakimələrin və fikirlərin inandırıcılığı, yazı işinin ədəbi dilin leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunmasıdır.

"Məqbul" qiyməti mövzunun qənaətbəxş səviyyədə açıldığı yazılara verilir. Belə yazılarda şagird mövzunu yaxşı bildiyini nümayiş etdirməli, fikirlərini aydın və rabitəli surətdə ifadə etməlidir. Yazı işi yaxşı tərtib olunmalı, səlis ədəbi dildə yazılmalı, müvafiq üslubun tələblərinə uyğun olmalıdır. Yazıda 4-5 fakt yanlışlığı, orfoqrafiya, durğu işarəsi səhvi və qrammatik səhv ola bilər.

"Qeyri-məqbul" qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, şagirdin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, yazının hissələri arasında məntiqi əlaqənin pozulduğu, çoxlu nitq səhvi olan yazılara verilir. Yazıda 6-7 fakt yanlışlığı, orfoqrafiya və durğu işarəsi səhvi, həmçinin 6-7 qrammatik səhv ola bilər.



P.S İmtahanda hər kəsə uğurlar arzu edirəm =)

Milli.Az


Geri dön

frog

  • 19 iyun 2012 21:37
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
THANKS..............

✰GlaMurKa✰

  • 2 iyun 2012 14:55
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurler canim melumata goree

LoVe_LiFe

  • 27 may 2012 15:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TESEKKURLER MARAQLIDIRRRRR

VIPTOZ

  • 24 may 2012 22:08
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
intahan veren her kese ugurlar mende imtahan verecem ama burda yazilan kimi yox.universitetde 2ci kursun 2ci semestirinin imtahanlarin verecem.tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

enigmatic_girl

  • 24 may 2012 20:44
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm tesekkurler....

--------------------

esi .i.

  • 24 may 2012 20:34
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
maraqlidiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

queen of sorrow

  • 24 may 2012 20:01
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
imtahan veren hamiya ugurlaaaaaaaaaaaaaaarrr

★Miss Love★

  • 24 may 2012 19:50
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Mende hem ozume hemde imтahan verecek olan her kese ugurlar arzu edirem inwallah her weу asand ve уaxwi olar))xeberlere gore cox sagol=)

✰Dгeaм✰

  • 24 may 2012 19:49
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
OF YA.Bu imtahan adi gelende... bully Amma yene de xeberleri isti-isti verdiyine gore tesekkurler.

Delya_91

  • 24 may 2012 19:48
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
etrafli melumatlara gore sagolun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

EnD of TiMe

  • 24 may 2012 19:45
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
TQDK buraxılış imtahanında şagirdlərin yazacaqları inşaya hansı tələbləri irəli sürdü?

eslinde bildirdiler ki buna yalniz xususi meyarlarda baxilacaq....Insallah yaxsi olar.....cox sagol canim ugurlarina gore...ozumede hemcinin imtahan veren her kese ugurlar arzulayiram... bully

Hilary Duff

  • 24 may 2012 19:41
  • Məqalə: 0
  • Şərh: 460
  • Bal:
{awards}
Tewekkurler....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 17
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}