Keçmişim

 
  • 9.11.2010, 18:35
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
Keçmişim

Elə keçmişdə qaldı keçmişim. Nə yaşada bildim, nə məni yaşadı. Sildi. Mən onu hər xatırladıqca o məni unutmağı seçdi.

Mən hər onu geri qaytarmağa çalışdıqca o məni uzaqlaşdırdı. Nələri qoydum mən geridə. Nə qədər xatirələr gizləndi.

İndi isə. İndi gələcəyin xəyalları həzz vermir. Quracağım yeni həyatın kökü sanki qopub gedib.

Bir yerlərdə biriləri səhv edib. Ya mən, ya o, ya da kimsə. Axı belə asan olmamalıdır. Niyə qaçır ki məndən.

Gələcəyimi ona fəda etmək mənim üçün asansa özünü geri qaytarmaq onun üçün niyə belə çətindir. Hə keçmiş.

Onun adı var axı. O keçmişdir. Gəlməməlidir! Bəs pozulan qaydalar? Həyatımı üzərində qurduğum azadlığım?

Mən güclüyəm axı. Əzmli. Bacarıram. Mənim olsun istədiyim hər şeyi mənim edirəm. Bəs keçmiş?

Keçdi getdi. İzləriylə birlikdə. Heyif demək çox gecdi. Heyfslənməyim də keçdi. Keçdi dostluqlarım, sevgim, ümidlərim keçdi.

Səssiz səmirsiz. İndi xəyallarım baş aldırıb. Güclüdürlər mi ki xatirələri öldürsünlər? Zaman sehrlidir mi ki, öz çubuğuyla bir anda bitirsin.

İtsin, getsin. Ya mən fədakarmıyam ki gələcəyimi qurban verim keçmişimə? Keçib axı. Keçib gedib.

İndi irəli bax deyir. Kim? Hissim. Düşüncəm, şüurum. İrəli bax. Sən güclüsən.

Hə güclü. İnadkar , tərs. Sən bacarırsan. Həyat üzünə gülür, bəxtin gətirir. Addımını sürətləndir.

Sən gedəcəksən. Səni gözələyən biri var. Biriləri. Səbəb soruşma. Get. Bax belə.


Geri dön

Ulya

  • 10 noyabr 2010 11:15
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
coox gozel yazidi.

Yusif

  • 9 noyabr 2010 21:15
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
sevgiye aid butun xeberleri cox xowlayiram twk)))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 25
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}