İnsanlar arasında məhəbbət yaranması üçün nələr lazımdır?

 
İnsanlar arasında məhəbbət yaranması üçün nələr lazımdır?

Yaşamağın özündən…

Bəli…könlünün çılğın duyğularıyla Onu yaşadırsan və O olursan…xoşbəxt olursan öz dünyanda… O xoşbəxtliyin adı sevgi, onun adı məhəbbətdir…Bəs nədir məhəbbət? Kimdir aşiq?

Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi, əsasən beynin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir. Məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır.

İnsanlar arasında emosional münasibətlərin yaranması üçün nələr lazımdır?

Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi…) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüşü, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı…) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin bir-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, bir-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir.
Burada, həmçinin, ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.

Məhəbbət psixi sindrom kimidir…

Ümumi halda, təbabətdə məhəbbət – xüsusi psixi sindrom növü kimi qəbul edilməsə də, onun yaranması və inkişafı istənilən digər psixi sindromdan heç nə ilə fərqlənmir və beyində olduğu müddətdə subyektin davranış və düşüncəsinə, ətraf aləmə münasibətinə və s. aktiv təsir göstərir (bir sıra hallarda bunları məhdudlaşdırmaqla).

Sən aşiqsən, dostum…

Beyində olan məhəbbət sindromunu, yəni fərdin sevib-sevmədiyini aşağıdakı zahiri əlamətlər vasitəsilə müəyyənləşdirmək mümkündür:

- Fərd məhəbbət (simpatiya) bəslədiyi şəxslə daha tez-tez görüşməyə can atır;
- Onunla görüş zamanı (və ya onunla bağlı söhbətlərdə) emosional aktivləşir, göz bəbəkləri böyüyür, parlaqlaşır (qanda adrenalinin miqdarının artması səbəbindən); nəbzi, göz qırpması, tənəffüsü sürətlənir (qanda cinsi hormonlar olan testosteronun miqdarının artması səbəbindən); danışığında (eləcə də, davranışında) məntiqi forma və məzmun azalır, buna müvafiq olaraq nitqi və davranışı oynaq, obrazlı və rabitəsiz forma alır (qanda həzz hormonu olan endorfinin miqdarının artımı səbəbindən); görüş zamanı ona daha yaxın məsafədə durmağa can atır (dərinin elektrik müqavimətinin artdığı səbəbindən);

görüşə can atır və görüşün daha uzunmüddətli olmasına çalışır (məsələn, onu evinə ötürərkən daha uzaq yolu seçir, tələsmir);

- Onun emosional halı ona daha tez sirayət edir (məsələn, onun şən halında sevinir, kədərlənəndə qəmlənir);

- Onun yanında özünün yalnız yaxşı (onun zövqünə uyğun) cəhətlərini büruzə verməyə cəhd edir (o cümlədən, səs tonu, davranışı, ətraf aləmə münasibəti və s. dəyişir); eləcə də, onda yalnız yaxşı cəhətləri görür, mənfiləri sezmir, sezsə də dərhal rasionallaşdırır;

- Onun yanında açıq tipli jestlərdən daha çox istifadə edir (məsələn, söhbət əsnasında hərdən qeyri-şüuri olaraq başmaqlarını çıxarıb ayağının ucunda oynatması kimi);

- Fikirlərinin çox hissəsini o məşğul edir, o cümlədən, onunla bağlı mövzular (taleyi, bioqrafiyası, həyat yolu və s.) onu daha çox maraqlandırır, bu barədə daha çox sual verir (istər onun özünə və istərsə də ətrafdakılara);

- Görüş zamanı diqqəti başqalarına nisbətən ən çox onun danışdıqları və ya mimikaları üzərində cəmlənir;

- Onun fikirlərinə avtoritet kimi inanır və ona etimad göstərir, onun hər hansı adi cəhətində də bir qeyri-adilik, təkrarsızlıq görür, valeh olur;

- Uzun müddət xəyalında canlandırdığından, onu özünün lap uşaqlıqdan tanıdığı bir dostu kimi qəbul edir;

- Onunla öz arasında günü-gündən daha çox ümumiliklər axtarıb tapır, məsələn, zövqləri, baxışları, dünyagörüşləri, həyat yolları və s. arasında;

münasibətlərin korlanmaması xatirinə mübahisədə güzəştə gedir, ona qarşı olan kompaniyalarda, xarakterindən asılı olaraq, ya onun müdafiəçisi kimi çıxış edir ya da kompaniyadan təcrid olur;

- Ona qarşı onda himayəçilik hissi yaranır, eləcə də, onun yanında özünü daha qorxusuz, inamlı və arxayın hesab edir;

- Müəyyən səbəbdən hissini ətrafdakılardan gizlətmək məcburiyyətində qaldıqda zahirən dalğın, emosional süst, yuxu və iştah rejimi pozulmuş, qeyri-aktiv, sosial izolyasiyalı, diqqətsiz və s. olur.



Geri dön

frog

  • 17 iyun 2012 21:35
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
MARAQLI OLMADI.....................................................

LoVe_LiFe

  • 1 iyun 2012 14:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
beyendim tesekkurler yaziya gore

✰GlaMurKa✰

  • 28 may 2012 00:43
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
coxx maraqli idi tsk

LoVe_LiFe

  • 27 may 2012 17:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
- Onun yanında özünün yalnız yaxşı (onun zövqünə uyğun) cəhətlərini büruzə verməyə cəhd edir (o cümlədən, səs tonu, davranışı, ətraf aləmə münasibəti və s. dəyişir); eləcə də, onda yalnız yaxşı cəhətləri görür, mənfiləri sezmir, sezsə də dərhal rasionallaşdırır;

★Miss Love★

  • 26 may 2012 10:43
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
cox maraqli xeber idi beуendim тewekkurler smile

Aysel_

  • 25 may 2012 16:53
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tesekkurler beyendim..

✰GoLd GirL✰

  • 25 may 2012 16:20
  • Məqalə: 534
  • Şərh: 10576
  • Bal:
{awards}
cox sag olun.......

Hilary Duff

  • 25 may 2012 15:35
  • Məqalə: 0
  • Şərh: 460
  • Bal:
{awards}
Tewekkurler...

music_angel

  • 25 may 2012 15:10
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
sevgiye nifret edirem..sevmek cox pisdi.. recourse zehlem gedir sevgiden.......ona nifret edirem...zehlem getmis...

--------------------

dj elvin

  • 25 may 2012 15:08
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
menim heyatim yazilibki bura)))

SeL_cAn

  • 25 may 2012 14:41
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}

Sən aşiqsən, dostum…
http://www.youtube.com/watch?v=bdhQAC6o-YA&feature=related

ƏLLƏTİNƏ SAĞLIQ


--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

enigmatic_girl

  • 25 may 2012 13:56
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
- Ona qarşı onda himayəçilik hissi yaranır, eləcə də, onun yanında özünü daha qorxusuz, inamlı və arxayın hesab edir; winked

--------------------

angelochik

  • 25 may 2012 13:20
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
Temamile raziyam sizinle,cox maragli xeberdir,cox beyendim..

Sheytanka

  • 25 may 2012 12:51
  • Məqalə: 31
  • Şərh: 356
  • Bal:
{awards}
cox sag ol :)

--------------------
(●̮̮̃•̃)(●̮̮̃•̃)
/█\♥/█\ ღ•°ƒσяєωєя ℓσνє°•ღ

_MAGIC_GIRL

  • 25 may 2012 12:44
  • Məqalə: 2
  • Şərh: 257
  • Bal:
{awards}
beyendim twk))

--------------------
Sesini duysam da her an yuzunu gormek gibi degil, ozledigimi bil her an cunku hicbir sey seni sevmek gibi degil!..............

SU PƏRİSİ

  • 25 may 2012 12:44
  • Məqalə: 153
  • Şərh: 3603
  • Bal:
{awards}
Müəyyən səbəbdən hissini ətrafdakılardan gizlətmək məcburiyyətində qaldıqda zahirən dalğın, emosional süst, yuxu və iştah rejimi pozulmuş, qeyri-aktiv, sosial izolyasiyalı, diqqətsiz və s. olur.

--------------------

MələkKız

  • 25 may 2012 12:40
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
coxx sagolun

✰Dгeaм✰

  • 25 may 2012 12:39
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Maraqli melumat ucun cox sag ol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 43
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}