Hz.Məhəmmədin islami hərəkatında kəşfiyyatın rolu

 
Hz.Məhəmmədin islami hərəkatında kəşfiyyatın rolu


Hz.Məhəmmədin islami hərəkatında kəşfiyyatın rolu
Kəşfiyyatçılar gizli cəbhənin əsgərləridirlər. Onların həyatı maraqlı olduğu qədər də təhlükəlidir. Bəzən bu insanlar bir əmri gözləyərək elə bu şəkildə də vəfat edə bilirlər. Onlar şərə də xidmət eləyirlər, xeyirə də. Yetər ki, hansı cəbhənin əsgəri olduğunu həmin şəxs özü üçün müəyyənləşdirmiş olsun. Sonda isə böyük ehtimalla eyni aqibət gözləyir hər iki cəbhənin əsgərlərini: ölüm! Lakin Allahın nizamının hakim olmasını arzulayan və bu yolda ölən bir casusu Cənnət, digərini isə əbədi olaraq zəlil olacağı Cəhənnəm gözləyir. İslam tarixi, həyatını çətinliklərlə dolu kəşfiyyat işinə vəqf edən qorxmaz əsgərlərlə zəngindir. Bu məqalədə həm onlardan bəhs edəcək, həm də onların rəhbəri olan Hz.Məhəmməd (s)-ın islami hərəkatında casusluğun hansı dərəcədə önəmli bir iş olduğunu anlamış olacağıq.
Bir dövlətin və yaxud ordunun qələbə çalması üçün lazım olan ən mühüm amillərdən biri də kəşfiyyat şəbəkəsinin mövcudluğudur. Hz.Məhəmməd (s) da bir ordu komandiri kimi, şübhəsiz ki, casus sisteminin faydalarından xəbərsiz deyildi. Biz İslam tarixini araşdırdığımız zaman peyğəmbərimizin qurmuş olduğu şəbəkənin İslam dövlətinin yaranmasında və yaşamasında nə kimi rolu olduğunu da anlamış oluruq. İfşa olunduqları təqdirdə aqibətlərinin ölüm olacağını dəqiq bilən həmin könüllü müsəlman casuslar şəhadət şüuruna dərindən yiyələndikləri üçün heç kimdən qorxmamış, ölümün gözünə dik baxmağı bacarmışdılar.
İslam tarixini araşdıran tədqiqatçılar İslam peyğəmbərinin, ardıcıllarının az olmasına baxmayaraq, döyüşlərdən qalib olaraq ayrılmasını bir neçə amillərlə əlaqələndirirlər ki, bunlardan biri də məhz casus şəbəkəsinin saat kimi dəqiq mexanizm əsasında işləməsidir. Hz.Məhəmməd (s) özü bu şəbəkəyə rəhbərlik edir və casusların gətirdiyi məlumatları hərbi şurada müzakirəyə çıxarırdı. Müşavirə əsnasında alına qərar ordunun və dövlətin hərəkət strategiyasını da müəyyən etmiş olurdu.
Hicrət qabağı kəşfiyyat
Tarixçilər peyğəmbərimizə qarşı sui-qəsd planından onun kim tərəfindən xəbərdar edilməsi məsələsi xüsusunda ixtilafdadırlar. Belə ki, ona bu xəbəri Cəbrail (ə)-ın gətirdiyini söyləyənlərlə yanaşı, Ruqeyqə binti Əbu Haşim adlı qadının onu bu barədə məlumatlandırdığını söyləyənlər də vardır (İbn Səd, 8-ci cild,səh 75). Bu məlumatı aldıqdan sonra Əbu-Bəkrin evinə gedən Hz.Məhəmməd (s) elə oradaca Əbu-Bəkrlə qaçış planı hazırlamış və həmin gecə Əlini (ə) öz yerində yatızdıraraq Məkkəni tərk etmişdi. Hələ Məkkəni tərk etməmiş onlar yerli sakinlərdən biri ilə müqavilə bağlayaraq həmin şəxsdən Məkkədə baş verən bütün hadisələr barədə onları xəbərdar etməsini xahiş etmişdilər. Həmin şəxs Əbu-Bəkrin oğlu Abdullah ibn Əbu-Bəkr idi. Abdullahın ələ keçməsi ehtimalı olduğu üçün onlar ikinci bir kuryeri də bu işlə vəzifələndirmişdilər. Həmin şəxs isə Əbu-Bəkrin azad etdiyi kölə Əmir Fuheyrə idi. Onların hər ikisi ələ keçmədən öz vəzifələrinin öhdəsindən layiqincə gəlmişdilər. (Hişam səh 325-326, Bəlazuri- Ənsab, 1-ci cild, səh 261).
Yenicə İslamı qəbul etmiş şəxslərdən bəziləri Hz.Məhəmməd (s)-ın göstərişi ilə öz etiqadlarını aşkar etmədən İslam düşmənlərinin arasına soxulur və onların fəaliyyəti barədə məlumat toplayırdılar. Tarixi mənbələrdə qeyd olunur ki, peyğəmbərimizin əmisi Abbas da həmin şəxslərin sırasına daxil idi. O, ticarəti əlaqələri böyük olan bir şəxs olduğundan Məkkə, Taif, Mədinə kimi şəhərlərdə baş verən hadisələri ən dərin təfərrüatına qədər Peyğəmbərimizə çatdıra bilirdi. Abbasın Ona çatdırdığı ən mühüm xəbərlər isə bunlar idi:
1. Bədirə doğru yönələn karvanların hərəkət trayektoriyası
2. Uhud döyüşündən əvvəl düşmənlərin hazırlığı
3. Xəndək döyüşündən əvvəl kafirlərin Məkkəni işğal edəcəkləri niyyətində olmaları və bunun üçün Məkkə ətrafı qəbilələrlə görüşlər keçirmələri

Digər bir etiqadını gizlədən casus isə Busəybəsə (digər bir adı ilə Bəsbəs) idi. Ona Əbu- Sufyanın ticarət karvanlarını təqib etmək göstərişi verilmişdi. Əbu-Sufyan həm də Məkkə ordusunun komandanı olduğundan, onun üzərinə düşən vəzifənin nə qədər məsuliyyətli olduğunu anlamaq mümkündür. Busəybəsə karvan barəsində hər bir məlumatı Hz.Məhəmmədə ətraflı olaraq çatdırırdı. Cuhə adlı səhabə də Busəybəsəni müşayiət edir və ikilikdə rəhbərlərinin onlara həvalə etdiyi vəzifəni qüsursuz yerinə yetirməyə çalışırdılar. Əbu-Sufyanın karvanı Məkkəyə qayıtdıqda isə onu Təlhə və Səid adlı iki casus müşayiət edirdi. Beləliklə, Əbu- Sufyanın xəbəri olmadan Hz.Məhəmməd onun bütün fəaliyyəti haqqında məlumata sahib olurdu. Müsəlmanlara kin bəsləyən Bəni-Müstəliqin rəisi Haris ibn Dirarın Mədinəyə hücum edəcəyi xəbərini isə etiqadını gizləyən digər bir müsəlman casus Bureydə ibn Huşeymdən almışdı. Xəndək döyüşü əsnasında Qureyzə oğullarının xəyanət edəcəklərini isə həmin qəbilədən olan Zubeyr ibn Əvvamdan öyrəndi. Hubab ibn Münzir isə Hz.Məhəmməd (s)-dan düşmən qərargahlarına sızaraq onların əsgər sayı barədə dəqiq məlumat əldə etmək tapşırığını almışdı. Lakin tapşırıq əsnasında şəhadətə yetişən casuslar da az deyildi. İlk şəhid olan müsəlman kəşfiyyatçı isə Hübeyb Ənsari oldu. O, Məkkədə ifşa olundu və boynu vurularaq qətlə yetirildi. Hz.Peyğəmbər (s), şübhəsiz ki, onların bu ağır fəaliyyətlərini mükafatsız qoymurdu. Onlara müharibələr əsnasında əldə olunan qənimətdən çox böyük pay ayrılırdı.
İslamın şanlı sərkədəsi Hz.Məhəmmədin xəbər əldə etmək üçün istifadə etdiyi digər bir üsul isə düşmən tərəfin əsgərlərinin qaçırılması idi. Bu yolla da lazımi qədər məlumata yiyələnmək mümkün olurdu.
Cəbrail (ə) da Peyğəmbərimizi bir çox hallarda düşmənlərin mənfur niyyətləri barədə xəbərdar etmişdi. O, münafiqlərin toplaşdıqları yerləri və onların toplanarkən etdikləri söhbətləri ona çatdırır və daha sonra isə Peyğəmbər bu haqda münafiqləri xəbərdar edərkən, onların psixoloji cəhətdən sarsıntı keçirmələrinə səbəb olurdu. Münafiqlər öz aralarına casus soxulması barədə düşüncələrə dalır və hətta bir-birilərinə etimad etməyə belə çəkinirdilər.
Hz.Məhəmməd (s) düşmənin onların içinə əks-kəşfiyyatçı göndərəcəyini bilirdi və bu istiqamətdə əlindən gələn qədər onların fəaliyyətini pozmağa çalışırdı. Məhz belə şəxslərin cəzası ölüm idi. Lakin Əbu-Sufyan tərəfindən Peyğəmbərimizi öldürməklə vəzifələndirən Əmr adlı əks-kəşfiyyatçı Mədinə məscidində ifşa olunsa da, müsəlman olmaqla canını qurtara bilmişdi.
Peyğəmbərimiz məskunlaşdıqları hər bir ərazinin ətrafına təxirə salınmadan növbətçi dəstələr yerləşdirir və o dəstələr də, karvanları ələ keçirərək düşmənlərin silah və ərzaqla təmin olunmasının qarşısını alırdılar.
İslam ordusunun döyüşlərdəki zəfərlərində kəşfiyyatın hansı dərəcədə əhəmiyyətə malik olduğunu anlamaq üçün bir-bir həmin döyüşlərə tarixi ekskursiya etməkdə fayda vardır.


Geri dön

✰GlaMurKa✰

  • 4 iyun 2012 15:21
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
Peyğəmbərimiz məskunlaşdıqları hər bir ərazinin ətrafına təxirə salınmadan növbətçi dəstələr yerləşdirir və o dəstələr də, karvanları ələ keçirərək düşmənlərin silah və ərzaqla təmin olunmasının qarşısını alırdılar.
İslam ordusunun döyüşlərdəki zəfərlərində kəşfiyyatın hansı dərəcədə əhəmiyyətə malik olduğunu anlamaq üçün bir-bir həmin döyüşlərə tarixi ekskursiya etməkdə fayda vardır.

Leyla M_va

  • 27 may 2012 21:05
  • Məqalə: 1
  • Şərh: 325
  • Bal:
{awards}
ALLah sizden razi olsun

--------------------
Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.

LoVe_LiFe

  • 27 may 2012 20:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Hilary Duff

  • 25 may 2012 23:38
  • Məqalə: 0
  • Şərh: 460
  • Bal:
{awards}
Tewekkurler Allah razi olsun...

✰GlaMurKa✰

  • 25 may 2012 20:01
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ZAC EFRON

  • 25 may 2012 19:55
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
ALLAH razi olsun...

B_A_H_A_R

  • 25 may 2012 19:44
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKURLER OXUDUM

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

★Miss Love★

  • 25 may 2012 19:06
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Deуerli meqaleуe gore Allah razi olsun

enigmatic_girl

  • 25 may 2012 17:39
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

MELEK INSAN...

  • 25 may 2012 17:22
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
ALLAHrazi olsun sizden..ellerin derd gormesin

--------------------

✰GoLd GirL✰

  • 25 may 2012 17:00
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun.......

esi .i.

  • 25 may 2012 16:46
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkurler

✰Dгeaм✰

  • 25 may 2012 16:43
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 61
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}