"İblisin naləsi"

 
"İblisin naləsi"

İblisin naləsi

Nəql edirlər ki, Həzrət Əli (ə) 10 yaşında olanda Peyğəmbərimizlə (s) birlikdə ibadətə gedir. Rəsuli-Əkrəmə (s) Həra dağında ilk vəhy nazil olanda, Həzrət Cəbrayıl Allahın vəhyini Peyğəmbərimizə (s) çatdıranda, Həzrət Əli (ə) iblis lənətliyin fəryadını eşidir.

Həzrət Əli (ə), 10 yaşlı Əli (ə), Rəsulun (s) tərbiyəsini görən Əli (ə). Onun qəlbi yalnız haqq üçün bir yerdir...

Nəql edirlər ki, Həzrət Əli (ə) Rəsuli-Əkrəmdən (s) bu nalənin, fəryadın nə olduğunu soruşur. İlk vəhy gəlir, şeytan lənətlik niyə nalə çəkir? Görün nə qədər çəmənliklər əldən çıxacaq. Görün nə qədər otlaqlar əldən çıxacaq. Görün nə qədər o yerlər əldən çıxacaq ki, orada şeytan və şeytansifətlər gəlib otlaya bilərdilər, gəlib orada o yan-bu yana çapa bilərdilər. Şeytan lənətlik orada nalə çəkdi, elə indiyə qədər də hara həqiqət çatır, şeytan lənətlik və şeytan ardıcılları nalə çəkməkdədirlər.

Şeytan niyə orada nalə çəkir? Çünki, vəhy gəldi, insanlar həqiqətə çatacaq. Sonunucu Peyğəmbər (s) gəldi, daha işlər başqa cür gedəcək. Həzrət Əli (ə) deyir, soruşdum Peyğəmbərdən (s), ya Rəsulallah (s), bu nalə nədir? Rəsulallah (s) buyurdu ki, bu, şeytandır.
Çox söhbətlər olur orada Əli (ə) ilə Peyğəmbər (s) arasında. Bir həqiqəti də Peyğəmbər (s) Əliyə (ə) deyir. Deyir ey Əli (ə), o şeyi ki, mən eşidirəm - sən də eşidirsən, o şeyi ki, mən görürəm - sən də görürsən, amma bununla belə sən peyğəmbər deyilsən.

Burada qayıdaq bəhsimizin əvvəlinə. İslam dini insandan kamil insan yetişdirmək istəyir, İslam insanı Əli (ə) kimi etmək istəyir. Mübarək İslam dini insanı Peyğəmbər (s) tək, Əli (ə) tək həqiqəti görən etmək istəyir. Peyğəmbər (s) deyir əgər çox danışmasaydınız və qəlbləriniz heyvanlar üçün otlaq olmasa - o şeyi ki, mən eşidirəm, siz də eşidərsiniz. O şeyi ki, mən görürəm, siz də görərsiniz. Misal kimi göstərildi İmam Əli (ə). Həzərt Əli (ə) niyə eşidir? Həzrət Əli (ə) niyə görür? Çünki, Əlinin (ə) qəlbi Allaha məxsusdur.

Odur ki, durumumuza diqqət edək. İbadətimizdə, münasibətlərimizdə, rəftarlarımızda, düşüncələrimizdə diqqətli olaq. Allah Təala istəyən kimi düşünək, görək, eşitək, rəftar edək. Qəlbimizin vəhşi heyvanların otlağı olmasına imkan verməyək. Qəlbimizin ətrafında iblislərin hərlənməsinə rəvac verməyək. Özümüzü təftiş edək, qəlbimizi nəzarətdə saxlayaq. Hər gün özümüzdən soruşaq: nə qədər gözlərimiz həqiqi göz olub? Nə qədər gözlərimiz göz halına qayıdıb? Nə qədər qulaqlarımız qulaq halına qayıdıb? Nə qədər dillərmiz dil halına qayıdıb? Nə qədər vücudumuz həqiqi insan vücudu halına qayıdıb? Haqqın yanındayıqmı, həqiqəti dəstəkləyirikmi? Bu suallar edilməlidir, özümüzdən soruşmalıyıq. Əks halda, aqibətimiz acınacaqlı ola bilər.
Allahım! Bizləri Öz nəzərindən kənara salma! Amin!

"İblisin naləsi"


Geri dön

✰GlaMurKa✰

  • 4 iyun 2012 15:17
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
Allahım! Bizləri Öz nəzərindən kənara salma! Amin!

✰GlaMurKa✰

  • 28 may 2012 01:14
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
bu hakda bilirem ALLAH RAZI OLSUN

enigmatic_girl

  • 26 may 2012 18:35
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: rebeka
coooox gozel meqale idi Allah senden razi olsun!

--------------------

LoVe_LiFe

  • 26 may 2012 15:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

SU PƏRİSİ

  • 26 may 2012 15:40
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Cox saq olun !!!

--------------------

✰GoLd GirL✰

  • 26 may 2012 15:07
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox sag olun.....

esi .i.

  • 26 may 2012 13:43
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
beledeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeed

_favorit_arkadas

  • 26 may 2012 13:32
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razı olsun.....

--------------------

✰Dгeaм✰

  • 26 may 2012 13:24
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

Allah razi olsun.

Allah razi olsun.

★Miss Love★

  • 26 may 2012 13:11
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}

coooox gozel meqale idi Allah senden razi olsun!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}