Hikməti bilinməyən işə Peyğəmbərlər də dözə bilmir

 
Hikməti bilinməyən işə Peyğəmbərlər də dözə bilmir

Hikməti bilinməyən işə Peyğəmbərlər də dözə bilmir

Həzrəti Musa (ə) Allahın böyük və əzəmətli peyğəmbərlərində olub. O, yalnız beş peyğəmbərin çata bildiyi "Ulul Əzm" məqamına yetişmiş şəriət sahibi olan peyğəmbərlərdəndir
. Peyğəmbərlərin içərisində özünə məxsus yeri ilə seçilir. Üstün məqamı, çoxlu elmi və bəlalar müqabilində səbri ilə tanınır. Musa (ə) bütün bu məqamlara yetişəndən sonra Allah onu Həzrət Xızır (ə) ilə qarşılaşdırır. Hədislərə görə Musa (ə) uca məqamlara nail olandan sonra elə fikirləşir ki, bütün elmlərə sahibdir və ondan üstün biri yoxdur. Həzrəti Xızırla qarşılaşmaqla Allah-Taala ona bəzi məsələləri başa salmaq istəyir. Xızır (ə) batin elminə sahib olan biri olmuşdur. Hələ də həyatda olan Allah dostlarındandır. Musa (ə) onunla qarşılaşan zaman Xızırın (ə) sahib olduğu elmi öyrənmək istəyir. Buna görə ona deyir:

"Musa ona dedi: Sənə öyrədilən elmi mənə də öyrətməyin üçün sənə tabe olum? (Kəhf sürəsi-66 cı ayə)"


Həzrəti Musa (ə) onun elminə sahib olmaq istəyir. Eyni zamanda da, həqiqi elmə gedən yolun o elm sahibinə itaətdən keçdiyini bildiyinə görə Xızıra (ə) tabe olmağa hazır olduğunu bildirir.

Həzrəti Xızır(ə) ona cavab verir: "Dedi: "Həqiqətən, sən mənimlə bir yerdə olmağa səbir edə bilməyəcəksən? (Kəhf sürəsi-67-ci ayə)".


Bu nəfslər müəllimi, batin və gizli həqiqətlərin alimi Musanın (ə) ona tabe ola bilməyəcəyini deyir. Bunun da səbəbini bu cür izah edir:

"(Sirrinə və həqiqətinə) Elmin olmadığı şeyə necə səbir edə biləcəksən?(Kəhf sürəsi-68 ci ayə)".


Həzrət Xızır bilir ki, özü bütün işlərin həqiqətini bildiyi halda, Musa (ə) onlardan bixəbərdir. Xəbərsiz olduğuna görə də o işləri qəbul edə və onların qarşısında tab gətirə bilməyəcəkdir. Çünki insan faydasını və hikmətini bilmədiyi işlərə səbir edib dözə bilmir. Allah rəsulu buyurmuşdur: "Hər kim bəlanın həqiqətini tanısa,ona səbir edər. Kim də tanımasa,o bəlanı çirkin hesab edər".

İmam Əli (ə) buyurub: "Haqqa yalnız onun üstünlük və fəzilətini bilən səbir edə bilər".


Bu hədislərdə eyni ilə Həzrəti Xızırın Musaya (ə) dediyi sözlər bəyan olunur:

Musa (ə) və Xızırın (ə) sərgüzəştlərinin sonunda, Həzrəti Musa onun etdiyi qəribə işlər qaşısında tab gətirə bilmir. Daim Xızıra (ə) etiraz edir. Musa (ə) kimi Allahın böyük məqam sahibi olan bir peyğəmbəri hikmətini bilmədiyi işlər qarşısında tab gətirə bilmir. Həmçinin insanların da bəlalar və müsibətlərə tab gətirməkləri çox çətindir. Bəlalar qarşısında səbirli olmaqları üçün onun hikmət və faydaları üzərində çox düşünməlidirlər. Axirəvi savabı fikirləşərək, özlərinə ürək-dirək verməlidirlər.

Hikməti bilinməyən işə Peyğəmbərlər də dözə bilmir


Geri dön

✰GlaMurKa✰

  • 4 iyun 2012 15:18
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
Bu hədislərdə eyni ilə Həzrəti Xızırın Musaya (ə) dediyi sözlər bəyan olunur:

Musa (ə) və Xızırın (ə) sərgüzəştlərinin sonunda, Həzrəti Musa onun etdiyi qəribə işlər qaşısında tab gətirə bilmir. Daim Xızıra (ə) etiraz edir. Musa (ə) kimi Allahın böyük məqam sahibi olan bir peyğəmbəri hikmətini bilmədiyi işlər qarşısında tab gətirə bilmir. Həmçinin insanların da bəlalar və müsibətlərə tab gətirməkləri çox çətindir. Bəlalar qarşısında səbirli olmaqları üçün onun hikmət və faydaları üzərində çox düşünməlidirlər. Axirəvi savabı fikirləşərək, özlərinə ürək-dirək verməlidirlər.

✰GlaMurKa✰

  • 28 may 2012 01:16
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI LSUN

enigmatic_girl

  • 26 may 2012 18:24
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

angelochik

  • 26 may 2012 16:23
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
Allah razi olsun..

SU PƏRİSİ

  • 26 may 2012 15:45
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Allah razi olsun........

--------------------

✰GoLd GirL✰

  • 26 may 2012 15:14
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun........

esi .i.

  • 26 may 2012 13:46
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkurler minnetdaram

C.I

  • 26 may 2012 12:33
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
deyerli xebere gore Allah razi olsun...........

--------------------

Leyla M_va

  • 26 may 2012 11:58
  • Məqalə: 1
  • Şərh: 325
  • Bal:
{awards}
ALLAH sizden razi olsun.tewekkurler

--------------------
Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.

_favorit_arkadas

  • 26 may 2012 11:53
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razı olsun......

--------------------

✰Dгeaм✰

  • 26 may 2012 10:07
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

★Miss Love★

  • 26 may 2012 09:17
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqli meqaleуe gore cox sagol...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}