Sosial medianın Eurovision favoritləri kimlərdir?

 
Sosial medianın Eurovision favoritləri kimlərdir?

Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" Mahnı Müsabiqəsinin finalına bir gün qalmış sosial şəbəkələrdə “favoritlər” müzakirə edilir.

Facebook sosial şəbəkəsində yarışmanın sonuna qalan iştirakçılardan ən çox İsveçdən Loreen-in adı çəkilib.

Səbəb isə, bir neçə gün öncə onun “Azərbaycanda insan haqlarının vəziyyətindən təsirlənməsi” barədə verdiyi müsahibədir.

Sosial şəbəkələrdə Loreen-in fotoları, səhnə performansını əks etdirən videoları və müsahibəsi paylaşılıb.

İstifadəçilər profil fotolarını belə müğənninin fotosuna dəyişib.

Cavid Quliyev yazıb ki, favoritləri arasında Kiprin yanına bu İsveçli Loreen xanımı da əlavə edib: “Nəhayət ki, onun ifasını dinləyə bildim, qəşəng imiş”.

Quliyevə şərh yazanlar da bu iki ölkə nümayəndələrini bəyəndiklərini bildirib.

...İsveç bir addım öndədir, sənin səbəbin aydındır. Mənim üçün ifasına, performansına görə bir addım öndədir”.

Eynar Mahmudov adlı istifadəçiyə görə, favoritlər “İsveç, Fransa və Serbiya”dır.

Politoloq Hikmət Hacızadə və Müsavat Partiyası başqanı İsa Qəmbər də İsveç təmsilçisi Loreenə səs verəcəklərini yazıblar: “İsveçə - Loreena səs verəcəyəm!

Jurnalist Seymur Kazımov yazır ki, “Müxalifət indi də Loreenə ümid edir”.

Sadalanmış ölkələrdən başqa, İtaliya, İrlandiya və Türkiyə də favoritlər sırasındadır.

Türkiyə təmsilçisi barədə ən çox Twitter-də yazılır.

Həm Azərbaycan, həm də Türkiyədən olan istifadəçilər “CanımsınAzerbaycan”, “KardeşimsinAzerbaycan” trendləri ilə Can Bonomo-nu “dəstəkləyir”.

Pelin adlı istifadəçi yazır ki, “Facebook-da 1.Türkiyə, 2.Azərbaycan olsun, bütün aləm görsün qardaşlığımızı”.

Twitterin Azərbaycana uyğun trendlərini müəyyənləşdirən aztwi.com saytına görə, ötən gün ən çox haqqında danışılan “Eurovision”, “malta”, “bonomo”, “Türkiyə" və “Loreen”dir.

Bu il Azərbaycan "Eurovision Mahnı Müsabiqəsi-2012"yə ev sahibliyi edir.

Ölkə təmsilçiləri Eldar Qasımov və Nigar Camal 2011-ci ilin mayında Almaniyada keçirilmiş yarışmada qalib gəlib.

Azərbaycan yarışmaya 2008-ci ildən qatılır.


Geri dön

C.I

  • 3 iyun 2012 18:05
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
tesekkur xebere gore..............

--------------------

✰GlaMurKa✰

  • 28 may 2012 01:12
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
hmmmm tedsekkurlerrr

enigmatic_girl

  • 26 may 2012 18:51
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm maraqlanmiram

--------------------

LoVe_LiFe

  • 26 may 2012 15:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TESEKKKURLERR MENIM FAVORITIM TURKIYE BIRDE YUNANISTANDII TWK

SU PƏRİSİ

  • 26 may 2012 15:37
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
tessekurlerrrrr...........

--------------------

★Miss Love★

  • 26 may 2012 15:37
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
тewekkurler xebere gore=)

AysU_DilarE

  • 26 may 2012 15:30
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
TWKLER XEBER U4UN

--------------------

✰GoLd GirL✰

  • 26 may 2012 15:02
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
isvec favoritimdir.........

esi .i.

  • 26 may 2012 13:41
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkur edirem

_favorit_arkadas

  • 26 may 2012 13:36
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
maraqlı idi.........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 50
Cəmi: 68

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}