Dahi olmaq üçün nə yeyək?

 
Dahi olmaq üçün nə yeyək?

Dahi olmaq üçün nə yemək lazımdır? Araşdırmaçılar bu dəfə dahilərin qastronomik meyillərini tədqiq ediblər.

Dahiliklə bağlı bir çox elm adamı araşdıma aparmağa cəhd edir. Bəziləri bütün məsələnin genlərin xüsusiyyətindən və beyinin quruluşundan asılı olduğunu deyirlər. Digərləri xüsusi fitri isdedadın hər hansı nadir xəstəlik nəticəsində yarana biləcəyini düşünür, bəziləri isə dahilərin adətən qış aylarında doğulduğunu iddia edirlər.

Düzdür, bütün bu nəzəri məlumatların bir hissəsi doğru ola bilər. Bundan əlavə isə hələ elmə məlum olmayan inqrediyent (mürəkkəb bir maddə və ya qatışığın tərkib hissəsi) var ki, təbiət onları seçilən insanların orqanizminə verir.

Qələm və ya fırça götürməmişdən, səhnəyə çıxmazdan öncə yemək istəyini alimlər sadə izah edirlər. Fəal sürətdə əqli ilə işləyən insanlara beynin fəaliyyətini stimullaşdırıcı qidalar qəbul etmək vacibdir. "Psychology Today" bu siyahıya ilk olaraq quş üzümü, qaragilə, üzüm, xurma, kələm, şəkər çuğunduru, ispanaq, yerkökü, paxlanın, eləcə də balığın istənilən növünü, süd, çay və qəhvəni salıb.

Bəs, bu qidalar dahilərin rasionuna daxil olub? Belə görünür ki, hə.

Leonardo Da Vinçi - tərəvəzli şorbanı sevirdi

Dahi rəssam öz məktublarında bu yeməyin ona uşaqlığını xatırlatdığını deyirdi. Şorbanın tərkibi belə idi - yerkökü, kərəviz, kartof, kələm, pomidor, ağ və yaşıl paxla, parmezan pendiri. Beyin stimulyatoru.

Dostoyevski - qoz yeyirdi

Adətən, yazıçı öz həyat yoldaşı Anna Qriqoryevnadan ona toyuq bişirməsini xahiş edirdi. Onu yeyəndən sonra isə isti süd içirdi. Əhval-ruhiyyəsi yüksək olanda isə o pendir, qoz, naringi, limon, kürü, sarı göbələk, fransız xardalı yeməyə üstünlük verirdi. Kefsiz olanda isə bir fincan bulyon və dana ətindən bişirilmiş eskalop (qızardılmış yavan ət tikələr) qəbul edirdi. İçki kimi isə çay və şərab sevirdi.

Lev Tolstoy - xiyar yeyərdi

Vegeteryan olan Tolstoy naharda soyuq çuğundur və ya kələm şorbası, ənənəvi şamda makaron, tərəvəz və meyvə yeyirdi. Yazıçı çörək diliminin üzərinə qalın bal qatı çəkərək onu kisellə yeməyi də sevirdi. Bundan sonra isə o roman yazmaq üçün masa arxasında otura bilirdi. Ancaq Tolstoyun ən sevdiyi tərəvəz təzə xiyar olub. Yazıçı xiyarın tərkibinin böyük hissəsinin təbii su olduğunu bilir və ondan saysız yeyirdi. Kefsiz olanda isə o kilolarla quşqonmaz (qulançar) yeyirdi. İstər müxtəlif souslarla, istərsə də onlarsız yeyərdi.

Tolstoy və Çexov işləyəndə qəhvə içməyi sevirdilər. Görünür, onlar bunun beyni stimullaşdırdığını anlamışdılar.

Aleksandr Puşkin - kələm yeyib

Onun dostlarının sözlərinə görə, şair dadlı yeməkləri sevirdi. Belə dadlı yeməklərin içərisində isə bişmiş kartof, sulu alma, oladi şəkər çuğunduru əlavə edilən oladilər, ispanaqlı yaşıl şorba, turşəng, döyülmüş ətlə ispanaqlı kotlet var idi. Desert kimi o, ağ motmutu (qarağat yarımfəsiləsindən bitki) ilə mürəbbə sevir, sarı böyürtkəni isə ovucla yeyirdi.

Anton Çexov - dabanbalığı qızardıb

Çexovun şah yeməyi qızardılmış dabanbalığı və xama olub. Bu barədə o tanınmış "Sirena" hekayəsində də yazıb: "Balıqlardan ən yaxşısı - qızardılımış dabanbalığı və xamadır. Ancaq onun qoxumaması və nazik olması üçün bir sutka süddə saxlamaq lazımdır".

Vladimir Vısotskıy - kotletlər

Vladimir Vısotskıy balıq şorbası və plovu, eləcə də bütün sürprizləri sevirdi. Dostlarından biri Veniamin Smexov xatirəsində yazır: "Teatr Parisdə qastrolda idi. Süfrəyə iki yemək gətirdilər - buğlanan qarabaşaq sıyığı və Moskva kotleti. O anda onun parlayan gözlərini görmək lazım idi".

Stiv Cobs - kök çeynəyirdi

Jurnalistlərdən biri biznes-maqnatın evində şam yeməyinə dəvət olunmuşdu. Bundan sonra o təccüblə yazırdı: "Biz Cobs ailəsinin adət etdiyi kimi şam edirdik. Onlar vegeterian olduğu üçün masada heç bir ət yox idi. Şam pendir, pomidor, təzə qarğıdalı, rəngli kələm və yerkökü salatından ibarət idi. Böyüklər yemək yeyəndə ailənin 6 yaşlı oğlu çay hazırlamaq üçün bağçada limon yarpağı və başqa otlar toplayırdı".

Bəs dahilər nə içirdi?

Avstraliya Milli Universitetinin almləri belə qənaətə gəliblər ki, spirtli içkilərdən tamamilə imtina etmək insanın əqlinə mənfi təsir edir. Az-az içən insanlar yaxşı yaddaşa malik olur və tez qavrayırlar. Hətta qədim filosoflar belə hesab edirdilər ki, bir udum "nektar" yaradıcılığı stimullaşdırır. Bəlkə elə buna görə yaradıcı insanlar arasında içənlər daha çoxdur?

Problem ondadır ki, çoxları içə bilər, ancaq tək-tük insanar dahi olur. İş burasındadır ki, spirtli içki əvvəlcə beyinə qısamüddətli stimullaşdırıcı təsir, sonra isə tormozlaşdırıcı təsir göstərir.

İçkidən Aleksandr Blok, Sergey Yesenin, Arkadiy Qaydar, Veneddikt Erofeev, Vladimir Vısotskıy, Oleq Dal əziyyət çəkib. Ancaq onlar mədəniyyətin zəngilləşməsində böyük rol da oynayıblar.

Corc Bayron - qrappa içərdi

Şair qədim qrappaya - üzüm arağına meyilli idi. O hətta dostlarınada məsləhət görürdü: "Qrappanı meyvə ilə yeməyin. Yoxsa səhər ancaq başınız ağrımayacaq, həm də qarında köpməyədə zəmanət veriləcək".

Coakkino Rossini - şərabı sevərdi

Bəstəkarın anbarı həmişə istənilən növ şərabla dolu olub.

Mixail Bulqakov - araq+Riqa balzamı

Yazıçı öz evini "Moskvada ən yaxşı meyxana" adlandırırdı. Ancaq özü arağı və Riqa balzamını sevsə də, heç vaxt sərxoşluq dərəcəsinə kimi içmirdi.


Geri dön

C.I

  • 2 iyun 2012 13:42
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
maraqli xebere gore tesekkur edirem.......................

--------------------

✰GoLd GirL✰

  • 29 may 2012 13:15
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
dahi oldugumu bilirdim amma bu qeder de yox da.))))))))))) lol lol lol

★Miss Love★

  • 28 may 2012 10:57
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
hmm maraqli ve qeribe idi birazda тewekkurler xebere gore winked

✰GlaMurKa✰

  • 27 may 2012 20:17
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
hmmm qeribedi tsk belay

FASHION MODA EVI

  • 27 may 2012 17:04
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
DADLI HER SEYI YEMEYI SEVIREM AMMA KI,MIQDARINDA...

--------------------
GULYA XANIM...
QADIN HER YASINDA GOZEL VE BAXIMLI OLMALIDIR...

_favorit_arkadas

  • 27 may 2012 15:59
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
dahi olmaq üçün yemək yeməliyəm lol lol

--------------------

Miss Lady

  • 27 may 2012 15:44
  • Məqalə: 180
  • Şərh: 2216
  • Bal:
{awards}
caliwaram dediklerini eleyim..xexxe.onsuzda dahiyem..ama yenede.

enigmatic_girl

  • 27 may 2012 14:47
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
yemekle dahi olmaqqqqq lol lol

--------------------

esi .i.

  • 27 may 2012 14:36
  • Məqalə: 9
  • Şərh: 1166
  • Bal:
{awards}
tesekkurler

LoVe_LiFe

  • 27 may 2012 14:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqlidir tesekkurlerrrrr

SU PƏRİSİ

  • 27 may 2012 13:44
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
COOX MARAQLİ İDİ TESEKKUR EDİREM SİZLERE....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 585
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}