İnsanın dili - ən ucuz və rahat günah vasitəsidir

 
İnsanın dili - ən ucuz və rahat günah vasitəsidir

İnsanın dili - ən ucuz və rahat günah vasitəsidir

Mübarək “Həmmam” xütbəsinin indiyə qədər artıq bir neçə dəyərli nöqtəsinə toxunulub. Həzrət Əmirəlmöminin Əlinin (ə) dilindən çıxmış xütbələrin içərisindən məhz “Həmmam” xütbəsinin seçilməsi təsadüfi deyil. Bir vaxtda ki, fəsad hər yeri bürüyüb, mənəviyyat dəyərin əksi kimi qiymətləndirilir, əxlaqa zidd dəyərlər qiymətli sayılır, mənəvi xəstəliklər hamımızı bürüyüb, Həzrət Əli (ə) kimi həkimin belə dəyərli tövsiyəsinə müraciət etmək olduqca zəruridir. Mənəvi xəstəliklərdən qurtuluşun ən düzgün yollarını bizlərə Həzrət Əli (ə) öyrədə bilər. Çünki, Həzrət Əli (ə) - elmin qapısıdır. Elmin şəhəri - Rəsuli-Əkrəmdir (s). Və əziz Rəsulallah (s), İmam Əlini (ə) bizə elm şəhərinin qapısı kimi tanıtdırır.

Həzrət Əli (ə) Quranın ruhunu, Rəsulallahın (s) tərbiyəsini özündə tam surətdə təzahür etdirə bilib. “Həmmam” xütbəsində Həzrət Əli (ə) insanlar üçün yüz on hədiyyə qoyub. Bu xütbədə insanlığın kamilliyə çatması üçün yüz on əxlaqi xüsusiyyət göstərilib. İnsanın ruhunun inkişafı üçün 110 almaz bu xütbədə cəmlənib.

Həzrət Əli (ə) bu xütbəsində insanlara müttəqiləri tanıtdırıb. Yalnız Allahın bəyəndiyi yerdə olub, Allahın bəyənmədiyi yerdə olmayan insanları Həzrət Əmirəlmöminin (ə) çox incəliklə və böyük bəlağətlə tanıtdırır. Xütbədə müttəqiliyin, təqvalılığın ilk şərti kimi insanın daşığı, nitqidir. Müttəqi olan kəsin nitqi, danışığı ən gözəl tərzdə olar. Bu insan danışığında nə təhrif etməz, nə ifrat etməz, dilini boş buraxmaz və bununla da onun qeybət etməsinə, şər, yalan söyləməsinə, şayə yaymasına və başqa mənəvi xəstəliklərə yol açmasına imkan verməz. İnsanın dili ən ucuz günah vasitəsidir. Digər günahları etmək üçün müəyyən zəhmət, maddi vəsait və s. lazım olur. Lakin dil ilə edilən günahlar üçün hər hansı enerji, vəsait xərcləməyə ehtiyac olmur. Dil ilə günah etməyi uşaqdan böyüyə qədər hər bir kəs bacarır.

Bağqa yerdə İmam Əlidən (ə) belə nəql edirlər: “Məbada, dilinə nalayiq sözlər gətirəsən! Çünki alçaq insanları sənin ətrafına yığar, dəyərli insanları səndən hürküdər”.

Gördüyümüz kimi, mübarək dinimiz dəqiq surətdə xəbərdarlıq edir ki, dil - sadəcə danışıq vasitəsi deyil. Həmçinin dil - bir meyardır ki, insanın ətrafının keyfiyyətini müəyyən edir. Yaxşı sözün ətrafına müvafiq insanlar toplandığı kimi, nalayiq dilin dinləyicisi də müvafiq olur. Nalayiq sözlərin ətrafına uyğun əxlaqlı, uyğun mənəviyyatlı - daha dəqiqi, bu dəyərlərin daşıyıcısı olmayan ünsürlər toplaşır.

Digər yerdə İmam Əli (ə) buyurub: “Məbada, nalayiq söz dilinə gətirmə ki, bu, ürəkləri kinli edər”.
Burada biz görürük ki, dəqiq xəbərdarlıq edilir. Söz yarası - ən ağrılı yaralardandır. İncidilən tərəf çox vaxt bağışlamır, qəlbində kin saxlayır, düşmənçilik edir. Bunu nəzərə almaq - çox mühümdür, insanlararası münasibətlərə həssas yanaşmaq - çox əhəmiyyətlidir.

İnsanın dili - ən ucuz və rahat günah vasitəsidir


Geri dön

frog

  • 22 iyun 2012 02:40
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN!!!

✰GlaMurKa✰

  • 4 iyun 2012 15:07
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Digər yerdə İmam Əli (ə) buyurub: “Məbada, nalayiq söz dilinə gətirmə ki, bu, ürəkləri kinli edər”.
Burada biz görürük ki, dəqiq xəbərdarlıq edilir. Söz yarası - ən ağrılı yaralardandır. İncidilən tərəf çox vaxt bağışlamır, qəlbində kin saxlayır, düşmənçilik edir. Bunu nəzərə almaq - çox mühümdür, insanlararası münasibətlərə həssas yanaşmaq - çox əhəmiyyətlidir.

C.I

  • 2 iyun 2012 13:37
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah razi olsun................

--------------------

✰GoLd GirL✰

  • 29 may 2012 15:19
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun.......

★Miss Love★

  • 28 may 2012 11:31
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Heqiqeтende eledir insanin bawina ne bela gelirse o bir balaca dilinden gelir...Ona gorede insan gerek hemiwe daniwigina fikir versin,тewekkurler maraqli xebere gore

_favorit_arkadas

  • 27 may 2012 22:30
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razı olun....

--------------------

Leyla M_va

  • 27 may 2012 20:34
  • Məqalə: 1
  • Şərh: 325
  • Bal:
{awards}
ALLAH sizden razi olsun

--------------------
Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.

enigmatic_girl

  • 27 may 2012 18:54
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmm tesekkurler....

--------------------

LoVe_LiFe

  • 27 may 2012 17:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 15
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}