Qəribə deyilmi

 
Qəribə deyilmi

-Qəribə deyilmi ki, 10 manatlıq əskinazı məsciddə sədəqə verdikdə bu məbləğ bizə çox görünür, alış-verişə xərclədikdə isə az!?

- Qəribə deyilmi ki, namaza və ibadətə sərf etdiyimiz 1 saatlıq müddət bizə uzun, televizor qarşısında isə qısa görünür!?

- Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma dostlarımızla deyib-güləndə isə deyil!?

- Qəribə deyilmi ki, Qurandan 1 hissəni candərdi oxuyuruq, amma xoşladığımız roman heç əlimizdən düşmür!?

- Qəribə deyilmi ki, Qurandan 1 hissəni əzbərləməkdə nə qədər çətinlik çəkirik, amma edilən dedi-qoduları, müxtəlif boş məzmuna malik mahnı sözlərini isə tez yadda saxlayırıq!?

- Qəribə deyilmi ki, qəzetlərdə yazılanlara tez inanır, Allahın kitabi Quranda yazılanlara isə tərəddüdlə yanaşırıq!?

- Qəribə deyilmi ki, hamımız Cənnətə girmək istəyir, amma bunun üçün zəhmətə qatlaşmaq istəmirik!?

- Qəribə deyilmi ki, hər birimiz başqalarının günahlarını gördükdə hakim olur, öz günahlarımızı gördükdə isə vəkilə çevrilirik!?

- Qəribə deyilmi ki, müəyyən səbəblərə görə hələ ki, örtünmək imkanına malik olmayan, lakin qəlbən bunu arzulayan bacımızı "Örtünməlidir! Əks halda kafirdir!" – deyə ittiham edən müsəlmanın ailəsi Allahı tanımır!?

- Qəribə deyilmi ki, "Allaha qurban olum, Onun yolunda canımdan da keçərəm!!!" - deyən şəxs gündəlik ibadətlərini yerinə yetirməyə belə tənbəllik edir!?

- Qəribə deyilmi ki, ömrümüz boyu başqalarının hörmətini, razılığını qazanmaq üçün əlimizdən gələni edirik, Allahın razılğını qazanmağa gəlikdə isə "vaxtım yoxdur" bəhanəsilə “aradan çıxırıq”!?

- Qəribə deyilmi ki, məzhəb mübahisələrinə bu qədər vaxt ayıran biz müsəlmanlar ətrafdakı böyük təhlükələri görmürük!?

Sizcə də qəribə deyilmi?


Geri dön

HaYaT_GuZeL

  • 15 iyun 2011 12:58
  • Məqalə: 234
  • Şərh: 1854
  • Bal:
teskkurler cox gozel xeber idi sexsen cox beyendim

only-girl

  • 1 aprel 2011 19:23
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
Tşk maraqlıdı

Tşk maraqlıdı

--------------------

Yusif

  • 10 noyabr 2010 14:34
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Qeribedire Tesekkurler Qeribe Xebere gore :))) wink

sevgi yalandir

  • 10 noyabr 2010 14:06
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
roshka,
OZUN OZUVUN REISISEN

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 10 noyabr 2010 13:44
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
roshka,
wink

Ulya

  • 10 noyabr 2010 12:02
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
dogurdan cox xosuma geldi.ellerine sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 64
Cəmi: 88

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 146
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 40
Cəmi: 785
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}