- Ay qız, deyəsən yolunu azmısan, hə? İki ildi getmisən, heç demirsən, bu Arifəyə bir sağol deyim.
- Sənə sağol düşmür.
Sevinc hirsindən ayağa qalxdı. Mat qalan Arifənin gözlərinin içinə baxa-baxa dedi:
-Sən və sənin əmin qızı olmasaydız, mən indi bədbəxt olmazdım. Getdin, şəklimi gizlin göndərdin. Əmin qizi oğlan tapdı iki daş arasında. Heç soruşmadın ki, bu oğlan evlidir, ya yox?
-Necə məgər? Vahid evli idi ki?
-Hə! İki ekiz qızı da var. Özü də Rusiyada evi -eşiyi, işi- gücü. Ona ata-anasına, bacısına qulluqçu lazım imiş. Sən də məni göstərdin. Bunun üçün sağol istəyirsənsə, onda eşit- Çox sağol!
-Sevinc, vallah bilməmişəm. İnan mənim heç nədən xəbərim yoxdu.
-İnanmıram Arifə. Daha kimsəyə inanmıram. Nə üçün gəlmişdinsə götür, get bir də bu qapıdan içəri girmə.
-Tər-tər-tərlanın şalvarı üçün gəlmişdim.
Arifə dili topuq vura-vura sözünü deyə bildi. Dilarə şalvarı gətirib verdi. Amma heç Arifənin üzünə də baxmadı. Arifə rəngi ağarmış vəziyyətdə qapıdan çıxdı.
"Yəni bu bizim Sevinc idi?" qəlbində təəccüb edirdi. "Gör, sakit təbiətli, kimsəyə acı söz deməyən, canla- başla köməyə qaçan, hər işdə uğur qazanan, hamının sevimlisi olan Sevinc necə də dəyişilib."
-Qızım sən kinli olma. Unut getsin. Arifə də pislik etmək istəməyib sənə. Əminəm ki, bilsəydi, heç zaman göz görə-görə səni oda atmazdı. Xəbərin yoxdu axı sənin Tərlan əsgər gələndə anası yıxıldı. Ayağı sındı. O da məcbur qaldı Arifə ilə evləndi ki, anasına kömək olsun. Yaman yaxşı uşaqdı Tərlan. Allah ona da övlad versin.
-Onun da uşağı yoxdu?
-Hə qızım. Həkimdən yoxlanıblar keçən ay. Arifə məcbur apardı onu. Getdilər şəhərə analiz verdilər. Cavab çıxdı ki, Tərlan sonsuzdur. Amma Arifənin uşağı ola bilər. İndi Arifə də bir cür bədbəxtdir də. Tək sən deyilsən ki? Ona görə sən Allahına şükr elə. Nə qədər ki, mən varam, səni ac qoymaram. Sən də istəsən, mənə kömək olarsan. Yaxşı dərziliyi də öyrətmişəm vaxtında. Başımızı aşağı salıb dolanarıq balam.
-Can, Ana. Nə yaxşı ki, sən varsan. Allahım , sənə şükrlər olsun. Elə hər şey üçün min şükr!
Ardı var
Yazan: Xəyalə Murad
İcazəsiz kopya edilməsi qadağandır!