28 may – Azərbaycan Respublika Günü

 
28 may – Azərbaycan Respublika Günü

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 93 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.


Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu.

Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.

AXC dövründə Azərbaycanda ilk muzey “İstiqlal” muzeyi təşkil olunmuşdur. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur.

İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın ümumiyyətlə incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Azərbaycan hökuməti türk teatr truppasını öz himayəsinə almışdır. Ümumiyyətlə istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunu artması ilə əlamətdardır.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.


28 may 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal günüdür. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət əsrin sonunda yenidən bərpa olundu. 1918–ci ilin May aynının 28–də Azərbaycan milli şurası istiqlal bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını e’lan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan xalq cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.

ADR Türk və İslam dünyasında ilk Parlamentli Respublika ve ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyuk naaliyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın - kişi bərabərliyini təmin edən cümhuriyyet o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və bir cümlədə desək bugün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti 89 il bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
ADR - i rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur 1918 ci il 4 iyun.

Azərbaycan Demokratik Respublikası gərgin ve mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki Müstəqil Azərbycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq istiqlal ideyası yenilməyib və M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ” şuarı öz əksini tapıb və nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Hamınızı qarşıdan gələn 28 may müsteqillik günü münasibəti ile təbrik edirəm.
Uğur, yüksəliş, sülh, əmin - amanlıq başımızdan əksik olmasın!

28 may – Azərbaycan Respublika Günü


Geri dön

I am Happy

  • 9 iyun 2012 20:40
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
BIR KERE YUKSELEN BAYRAQ BIR DAHA YERE ENMEZ...

Tshk xebere gore.

--------------------

✰GlaMurKa✰

  • 4 iyun 2012 15:38
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
serhlere gore tesekkurlerrr

✰GlaMurKa✰

  • 1 iyun 2012 23:42
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
birdaha mende her kesi coxlu coxlu tebrik edirem

MenimleSen

  • 29 may 2012 14:44
  • Məqalə: 60
  • Şərh: 1257
  • Bal:
{awards}
BUTUN AZERBAYCAN XALQINI UREKDEN TEBRIK EDIREM

--------------------

★Miss Love★

  • 29 may 2012 12:00
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
"BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ"
Men buтun Azerbaуcan xalqini respublika gunu munasibeтile тebrik edirem...xebere gore cox sagol canim winked

EnD of TiMe

  • 29 may 2012 09:39
  • Məqalə: 553
  • Şərh: 6696
  • Bal:
{awards}
En cox xosdadigim gunlerden biridir....respublika gunu bizim ucun cox ozel gundur...

VIPTOZ

  • 29 may 2012 00:18
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
tebrikler.musteqilliyimiz daimi olar insallah.tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

_favorit_arkadas

  • 28 may 2012 23:31
  • Məqalə: 556
  • Şərh: 8238
  • Bal:
{awards}
“BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ”

--------------------

enigmatic_girl

  • 28 may 2012 20:16
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
“BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ

--------------------

R.M Fanatı...

  • 28 may 2012 20:12
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
“BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ”

--------------------

SU PƏRİSİ

  • 28 may 2012 19:21
  • Məqalə: 153
  • Şərh: 3603
  • Bal:
{awards}
BAYRAMİMİZ MUBAREK !!!!

--------------------

Elvin007

  • 28 may 2012 17:58
  • Məqalə: 217
  • Şərh: 3308
  • Bal:
{awards}
Tevrikler Xebere gore Sagol!

--------------------
▼►►Proqramming◄◄▼

AySeLLiM

  • 28 may 2012 17:55
  • Məqalə: 0
  • Şərh: 390
  • Bal:
{awards}
maraqli idi,tesekkurler winked bayraminiz mubarek!!

--------------------
Nə qədər bilirsən bil,söylədiklərin qarşındakının anladığı qədərdir".

adsiz2

  • 28 may 2012 16:44
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
BAYRAMINIZ MUBAREK OLSUN

--------------------

SabriNa B-va

  • 28 may 2012 15:58
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Тwk-lerrrrrrrrrrrrrrrrrrrrrrr winked

✿Victoria✿

  • 28 may 2012 15:49
  • Məqalə: 257
  • Şərh: 3405
  • Bal:
{awards}
BUTUN AZERBAYCANI RESPUBLIKA GUNU MUNASIBETILE TEBRIK EDIREM YASASIN AZERBAYCAN love

--------------------

Miss Lady

  • 28 may 2012 14:31
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
menim gozel bacim cox sagol xebre gore..men de butun legend.az ehlini tebrik edirem....

C.I

  • 28 may 2012 13:51
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Butun Azerbaycanlilari tebrik edirem.........

--------------------

lie to the world

  • 28 may 2012 12:39
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
“BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ” .......


mende butun Azerbaycan xalqini bu gozel musteqillik gunu munasibeti ile tebrik edirem..bayramimiz mubarek olsun... fellow

--------------------

HaYaT_GuZeL

  • 28 may 2012 12:36
  • Məqalə: 234
  • Şərh: 1877
  • Bal:
{awards}
Bir kərə yüksələn bayraq bir daha enməz.

Bir kərə yüksələn bayraq endi 1000 dəfə

MələkKız

  • 28 may 2012 12:06
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Butun Azerbaycanlilari tebrik edirem.Məmməd Əmin Rəsulzadə kimi insanlarin ALLAH ruhunu sad elesin.

8salzsr8

  • 28 may 2012 12:05
  • Məqalə: 4
  • Şərh: 45
  • Bal:
{awards}
winked butun azerbaycanlilari tebrik edirem wink

--------------------
Həyatın nə olduğunu onun gözəlliyində axtarmaq və onu daha gözəl hədəflərə yönləndirmək lazımdır...

.♣.Chrysalis.♣.

  • 28 may 2012 11:55
  • Məqalə: 784
  • Şərh: 6328
  • Bal:
{awards}
Tebrik edirem her kesi.xeber ucun cox sag ol canim

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Deniz

  • 28 may 2012 11:45
  • Məqalə: 338
  • Şərh: 3907
  • Bal:
{awards}
Her kesi bu ozel gun munasibetile tebrik edirem...Yaxsi ki varsan Azerbaycanim....!

MELEK INSAN...

  • 28 may 2012 11:32
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
AZERBAYCAN XALQINI TEBRIK EDIREM.....................

--------------------

LoVe_LiFe

  • 28 may 2012 11:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TEBRIK EDIREM HER KESI. canim xebere gore cox sagol

✰Dгeaм✰

  • 28 may 2012 11:12
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Hamınızı qarşıdan gələn 28 may müsteqillik günü münasibəti ile təbrik edirəm.
Uğur, yüksəliş, sülh, əmin - amanlıq başımızdan əksik olmasın!
Tesekkureler canim arkadasim benim.

esi .i.

  • 28 may 2012 10:25
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekurlerrrrrrrrrrrrrrr

Leyla M_va

  • 28 may 2012 10:18
  • Məqalə: 1
  • Şərh: 324
  • Bal:
{awards}
tesekkurler

--------------------
Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 25
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}