İslam

 
İslam

HANSI QURAN?
Quran xalqı oyatdı. İslamın ən böyük vəzifəsi, hər şeydən əvvəl cəmiyyət və düşüncədəki çöküş faktorlarını kökündən kəsməkdir. Təharət və nəcasətdə yeni bir hissə kəşf etmə, ziyarət yoluyla şəhid savabını qazanma, kəlam-fiqh çəkişmələriylə məşğul olma yerinə, silahını qapıb Fransız müstəmləkəçiliyini yox etməkdir.
Əgər Quran, kitab olsa, oxunub aydın olsa, gündəmi İşğal etsə, əgər möminlərə "O danışır xitabı sənədir, qulaq asmalı, nə dediyini dinləyib qavramalısan" deyilsə, qurtuluş bağışlayar, izzətə çatdırar, oyandırıcı və quruluşçu olar...

BİR KİTAB VAR...

Bir kitab var: Oxunmaq üçün. Oxunub anlamaq üçün. Anlayıb yaşanmaq üçün. Yaşayıb şahid/şəhid olmaq üçün.
Bir kitab var: Kitabların anası. Dünyanı axirətə bağlayan göbək bağı. Allahın insanlığa mesajı. Sən ey dost! Sən bu kitabı oxudunmu? Oxudunsa kim oldun? Və ya, nə oldun?

ÜÇ AYLAR

Rəcəb və Şaban ayları, rəhmət ayı olan Ramazanı qarşılayan aylar olub Ramazan ayının müjdəçisidir. Dinimizdə ayrı bir dəyəri olan üç ayların müsəlmanlarda insani xüsusiyyətlərin kamilləşməsi və iradənin nəzarət altına alınması barəsindəki rolu danılmazdır. Çünki Rəcəb və Şaban aylarının bolluğundan və bu aylarda olan Mirac gecəsinin rəhmətindən istifadə edən bir müsəlman Ramazan ayında özünü hər cür pislikdən uzaq tutar və insani xüsusiyyətlərinin artmasına cəhd göstərər. Nəhayət Qədr gecəsindəki ibadət və tövbəsi ilə mənəvi həzzə çatar.

QURAN ELMLƏRİ VƏ ONUN DİGƏR ELMLƏRƏ TƏSİRİ

Qurani Kərimin ifadə etdiyi üslub, ifadə və təsvir imkanlarını dərk etmək üçün Quran Elmlərində müəyyən dərəcədə ixtisaslaşmaq lazımdır. Çox vaxt təfsir və tərcümələrdə mətnə bağlılığın, orijinallığın qorunub saxlanılmamasında əsl səbəb Quran Elmlərində müəyyən dərəcəyə çatmadan ondan məna, hökm çıxarılmasıdır. Qurani Kərimin bu geniş imkanlarını əldə etmək üçün onun dillə olan əlaqəsini, ərəb dili üzərində təsiri və eyni zamanda ondan təsirlənməsi yaddan çıxarılmamalıdır. Dinimizin, düşüncələrimizin özündə kəlam var, hətta bir izaha görə varlığın təməlində də kəlam var.

RƏCƏB VƏ ŞABAN

Həzrəti Peyğəmbərin orucu bədənin nəzarət altına alınıb ruhun azadlığını artırmağı təmin etmək üçün idi. Bu şəkildə ağıl, idrak, təsəvvür daha da aktivləşirdi. Çünki orucun məqsədi düşünən ağlı formalaşdırmaq idi. Beləliklə də insan vəhyə, vəhyin mesajına hazır olacaqdı. Vəhyi sözlərin sultanı olaraq qarşılayacaq və taxta oturdacaqdı. Yəni qəlbin taxtında vəhy oturacaq, əmrləri o verəcəkdi. Əl-ayaq, dil-dodaq, göz-qulaq kimi bədən ölkəsinin əyalətləri də bu əmrlərə itaət edəcək, bu əmrləri icra edəcəkdilər. Beləcə insanın Allaha təslimiyyəti tamamlanacaqdı.

QURANIN GÜCÜ - TƏRTİL

Allah Təala, qullarından endirdiyi ayələri tərtil ilə, yəni yavaş yavaş, başa düşərək, təfəkkür edərək oxumalarını istəyir. Deməli tərtil ilə oxumaq Allahın ən üstün tutduğu, ali bir oxuma tərzidir. Ona görə Qur`an ancaq ürəklə, ağılla, idrakla oxunduğu zaman bəşər övladına bir fayda verə bilər. Yəni Qur’anın evdə bir yerdə qalması və ya mənasını başa düşmədən sadəcə üzündən oxunması insana çox da fayda verməz. Ona görə Allah Rəsulu, Furkan surəsində vəhy edildiyi kimi ümmətinin bu problemini dilə gətirərək onları Allaha şikayət edir.

QƏLƏM VƏ MÜRƏKKƏB

Qələm və mürəkkəb birlikdə bir sevgi yaşayırlar. Biri olmasa o birinin varlığı bir işə yaramaz. Onlar birlikdə bir eşq dastanı yazırlar. Mürəkkəb qanını qələmə halal edir, özünü onun fərmanına təslim edir. Bu sevdadan kəlmələr doğulur. Kəlmələr qanla doğulur. Kəlmələrin doğum evi kağızlardır.
Bəzən kağızın yaşadığı qədər yaşayırlar, bəzən dillərə dastan olub aşiqlərin yaşadığı qədər. Bəzən doğulduqlarına peşman olurlar, bəzən doğum sancısı çəkərək ölürlər.

ZAMAN, ÖMÜR VƏ BİZ

O halda sizlər gec qalmayın, gecikməyin! İndi gülüb, ölərkən ağlayanlardan deyil, indi ağlayıb ölərkən gülənlərdən olun... Vaxtı öldürən ölülərdən deyil, diri əməllərlə vaxtı dirildən dirilərdən olun...Çünki sizlərə bir həkim, bir professor, bir kahin deyil, Sizləri yaradan Allah və Onun Rəsulu (sas) xəbər verir: Öləcəksiniz!

QURANIN "QURAN"DAKI ADLARI (1)

Din adına nəyin doğru, nəyin yanlış; nəyin xeyirli, nəyin zərərli; nəyin tam, nəyin əskik olduğunu təyin etmək baxımından danılmaz qaynaq Furqan olan Qurandır. Din adına söylənəcək sözlərin və ya qəbul edəcək əsasların mütləq mənada Qurana uyğun olması vacibdir. Quranla təsdiqlənmədən, başqa sözlə desək onun “razılığını almadan” heç kimin sözünə etibar edilməməlidir.


Geri dön

LoVe_LiFe

  • 2 iyun 2012 09:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
ALLAH RAZI OLSUN

✰GlaMurKa✰

  • 1 iyun 2012 23:39
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰GoLd GirL✰

  • 30 may 2012 16:49
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun...

Melek Kiz

  • 29 may 2012 18:41
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
cox maraqli yazidi allah razi olsun sizden

....::::INNA::::....

  • 29 may 2012 13:17
  • Məqalə: 3
  • Şərh: 198
  • Bal:
{awards}
ALLAH razi olsun
canim superdiiiiiiiiiiiiiiii
ellerin derd gormesin!!!

★Miss Love★

  • 29 may 2012 12:54
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
maraqli meqale idi тewekkurler

esi .i.

  • 29 may 2012 10:06
  • Məqalə: 9
  • Şərh: 1166
  • Bal:
{awards}
serhlerinize gore tesekkurer!minnetdram!

_favorit_arkadas

  • 29 may 2012 00:00
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
allah razı olsun...

--------------------

enigmatic_girl

  • 28 may 2012 15:56
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Priya

  • 28 may 2012 14:20
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Dinim-Islam
Kitabım-Quran
Peyğəmbərim-Hz.Muhamməd(s.ə.s)
Ağalarım-Hz.Əli və onun 11 övladı
.

Çox sağ ol, esi.i.

--------------------




))_AntiLove_((

  • 28 may 2012 13:51
  • Məqalə: 3
  • Şərh: 521
  • Bal:
{awards}
BİR KİTAB VAR...

Bir kitab var: Oxunmaq üçün. Oxunub anlamaq üçün. Anlayıb yaşanmaq üçün. Yaşayıb şahid/şəhid olmaq üçün.
Bir kitab var: Kitabların anası. Dünyanı axirətə bağlayan göbək bağı. Allahın insanlığa mesajı. Sən ey dost! Sən bu kitabı oxudunmu? Oxudunsa kim oldun? Və ya, nə oldun?

Tewekkurler...

--------------------
Arxαmdαn dαnışαn Üç Quruşluq İnsαnlαrα , Söyləyə biləcək Tək Sözüm Var ; - Xırda Pullαr Dαimα Səs Sαlαr [; ♥

✰Dгeaм✰

  • 28 may 2012 13:43
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

LoVe_LiFe

  • 28 may 2012 13:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DEYERLI MEQALEYE GORE ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 12
Qonaqlar: 46
Cəmi: 78

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 584
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}