Mütənin Ömər tərəfindən haram (təhrim) edildiyini göstərən hədislər

 
Mütənin Ömər tərəfindən haram (təhrim) edildiyini göstərən hədislər

Bəziləri mütənin haram buyrulduğunu peyğəmbərin adına yazmaq istəsələr də hər iki məzhəbin hədis kitablarında mövcud olan hədislər bu gerçəklikləri gizlətməyə və ikinci xəlifə Ömər tərəfindən olan təhrimi (qadağanı) peyğəmbərlə əlaqələndirməyə imkan vermir.

Dini mənbələrdə nəql olunan hədislər açıq-aydın mütə nikahını Ömərin haram etdiyini göstərir. Lakin bəzi insanlar bu qadağanı peyqəmbərlə bağlamaq istəmişlər. Biz bu mövzunu daha ətraflı izah etmək üçün mütənin Ömər tətəfindən qadağan olunduğunu, hətta mütə edənlərə cəza təyin edildiyini göstərən hədisləri qeyd edəcəyik.

Əhli sünnənin adlı-sanlı alimlərindən olan Siyuti və Qirmani “Tarixi xuləfa” və “Əxbarud-duvəl” kitablarında Ömərin “əvvəliyyatı” (kəşf etdiyi ilk işlər) haqqında yazmışlar:

«هو اول من سمّي اميرالمومنين و اول من كتب التاريخ من الهجرة .... اول من سَنَّ قيام شهر رمضان ... و اول من حرم المتعة...»

“O, ilk dəfə "Əmirül-möminin ləqəbi verilən və hicri tarixini qələmə alan şəxsdir. Təravih namazını ramazan ayında birinci dəfə sünnə (bidət) edən də odur. O, ilk adamdır ki, mütəni haram etdi.”[1]

و عن الحكم قال: قال علي † :« لو لا ان عمر نهي عن المتعة ما زني الا شقىّ»

Həkəm nəql edir ki, Əli (əleyhis-səlam) dedi: “Ömər mütəni qadağan etməsəydi bədbəxtlərdən başqa bir kəs zina etməzdi.”[2]

« عن عمر انّه قال:«ثلاث كن علي عهد رسول الله … و انا محرمهنّ و معاقب عليهنّ: متعة الحج و متعة النسآء ...»

Nəql olunur ki, Ömər demişdir: “Allahın rəsulunun zamanında üç şey vardi ki, mən onları haram etdim və onlara əməl edənləri cəzalandırdım. O üç şey: Həcc mütəsi, nisa (qadın) mütəsi və azanda “həyyə əla xəyril əməl”cümləsidir.”[3]

عن عمر انّه قال: «متعتان كانتا علي عهد رسول الله… و انا انهي عنها و اعاقب عليهما متعة الحج و متعة النسآء»

Ömərdən nəql olunur ki, dedi: “Allah rəsulunun vaxtında iki mütə vardı. Mən onları qadağan edirəm və onlara əməl edənlərin cəzası var. O iki mütənin biri həcc mütəsi, digəri qadın mütəsidir.”[4]

عن ابي نضرة قال كنت عند جابر بن عبدالله فاتاه آت فقال ابن عباس و ابن الزبير اختلفا في المتعتين فقال جابر فعلنا هما مع رسول الله… ثم نهانا عنها عمر فلم نعدلها»

Əbu Nəzrə nəql edir:

Mən Cabir ibn Abdullahın yanında idim. Bir şəxs dedi:

- İbn Abbas və İbn Zübeyrin iki mütə məsələsində ixtilafları var.

- Biz Allahın rəsulunun vaxtında hər ikisini görərdik. Sonradan Ömər bu iki işi bizə qadağan etdi və biz bunları bir daha təkrarlamadıq- deyə Cabir cavab verdi.[5]

Başqa bir hədisdə nəql olunur:

عن ابي نضرة قال كان ابن عباس يأمر بالمتعة و كان ابن الزبير ينهي عنها فذكرت ذلك لجابر بن عبدالله فقال: لدي دار الحديث تمتعنا مع رسول الله… فلما كان عمر قال ان الله يحل لنبيه… ما شاء بما شاء و ان القرآن قد نزل منزله: فاتموا الحج العمرة كما امركم الله اتموا نكاح هذه النساء فلا اوتي يرجل تزوج امرأة الا رجمته بالحجارة

Əbu Nəzrə deyir ki, İbn Abbas mütə etmək göstərişi verirdi. İbn Zubeyr isə bu işdən çəkindirirdi. Mən bu işi Cabir ibn Ənsariyə xatırlatdım. O, dedi: Hadisədən xəbərdaram (İşin necə baş verdiyini bilirəm). Biz Allahın rəsulunun dövründə mütə edirdik. Ömər gələndə isə belə dedi: "Şübhəsiz, Allah öz peyğəmbərinə istədiyini (istədiyi üçün) halal etdi. Həcc və ümrəni Allah əmr etdiyi kimi tamamlayın və qurtarın. Qadınları siğə etməkdənsə çəkinin. Əgər bir qadın mənim onu (müəyyən müddətə) siğə etmiş kişini yanıma gətirsə həmin şəxsi daşqalaq edəcəyəm.[6]

«عن جابر بن عبد الله قال: تمتعنا متعتين علي عهد النبي… الحج و النساء فنهانا عمر عنهما فانتهينا»

Nəql olunur ki, Cabir ibn Abdullah dedi: “Peyğəmbər sağ olanda biz iki mütəyə əməl edirdik. Onlardan biri həcc mütəsi, o biri qadın mütəsi idi. Belə ki, Ömər bizi bu işdən çəkindirdi və biz bu işi bir daha davam etdirmədik.”[7]

«عن ابي سعيد الخدري و جابر بن عبدالله قالا: تمتعنا الي نصف من خلافة عمر... حتي نهي عمر الناس عنها في شأن عمرو بن حريث»

Nəql olunur ki, Əbi Səid Xudri və Cabir ibn Ənsari demişlər:

“Biz Ömərin xilafətinin yarısına qədər mütə edirdik. Belə ki, Ömər Əmr ibn Hüreysin işinə görə bu işi bizə qadağan etdi.”[8]

«عن جابر قال: كانوا يتمتعون من النساء حتي نهاهم عمر بن الخطاب»

Cabir ibn Abdullah dedi: “Camaat qadın mütəsindən bəhrələnirdilər və Ömər onu yasaq etdi.”[9]

عن ابن جريح عن عطاء قال: سمعت ابن عباس يقول: رحم الله عمر ما كانت المتعة إلاّ رحمة من الله تعالي رحم بها امّت محمد… ولو لا نهيه لما احناج الي الزنا إلاّ شفيّ

İbn Cureyc Ətadan nəql edir ki, o dedi: “İbn Abbasdan belə dediyini eşitdim:

- Allah Ömərə rəhm etsin. Mütə Allahın Məhəmməd ümmətinə bəxş etdiyi rəhmətdən başqa bir şey deyildi. Əgər Ömər onu qadağan etməsəydi, kiçik bir dəstədən savayı heç kəsin zinaya ehtiyacı olmazdı.”[10]

«عن سعيد بن مسيب قال : نهي عمر عن متعتين : متعة النساء و متعة الحج»

Səid ibn Müsəyyib deyir:

- Ömər iki mütəni yasaq etdi. Biri qadın mütəsi, digəri həcc mütəsi.[11]

İmran ibn Səvad nəql edir:

- Sübh namazında Ömərə iqtida etdik. Sonra o, “Subhanə” və digər bir surəni qiraət edib namazı bitirdi. Birlikdə ayağa qalxdıq. O:

- Bir şey istəyirsən?- deyə soruşdu.

- Bəli,- deyə cavab verdim.

O:

- Bizimlə gəlsin,- dedi və mən onlara qatıldım. Mənzilə daxil olanda mənə içəri girməyə icazə verdi. Üstündə heç nə olmayan bir taxt üzərində əyləşmişdi. Mən:

- Nəsihətim var,-dedim.

- Sübh və şam nəsihət edənlərə mərhəba,- dedi.

- Ümmət sizdə dörd eyb tutmuşdur,- dedim. (Deyir: Şallağının bir ucunu çənəsinin altına, o biri ucunu budunun üzərinə qoyub ona dirsəkləndi) dedi:

- Davam et.

- Dedilər ki, sən həcc aylarında ümrəni haram etmisən. Lakin peyğəmbər və Əbubəkr bu işi görməmişdilər və bu iş halal idi,-dedim.

- Bu iş halaldır. Onlar ümrəni həcc aylarında yerinə yetirsələr bunu həccin yerinə biləcək və Məkkə il ərzində boş qalacaq (digər günlərdə heç kəs ümrə ziyarəti üçün gəlməyəcək) və cücəsiz qalan yumurtaya bənzəyəcəkdir. Həcc Allahın bəxş etdiyi bəha və nurdur (gözəllikdir). Mən yanılmamışam,- deyə Ömər cavab verdi. Mən:

- Sənin qadın mütəsini haram etdiyini də söyləyirlər. Bu Allahın bir rüxsəti (icazəsi) idi ki, biz bir ovuc buğda ya xurma müqabilində ondan bəhrələnirdik və üç gündən (və ya üç yaxınlıqdan) sonra ayrılırdıq,- deyə davam etdim.

Ömər:

- Allahın rəsulu onu zərurət və yoxsullulğun hökm sürdüyü bir zamanda halal etdi. Indi camaatın vəziyyəti yaxşılaşmış, rifaha və bolluğa üz tutmuşlar. Sonradan müsəlmanlardan kiminsə bu işi gördüyündən xəbərim yoxdur. Zəmanəmizdə kim istəsə bir ovuc buğda və ya xurma ilə evlənib, üç gündən sonra talaqla ayrıla bilər. Demək yanılmamışam,- dedi...[12]

« عن عروة بن الزبير خولة بنت حكيم دخلت علي عمر بن الخطاب فقالت : ان الربيعة بن امية استمتع بامرة مولدة فحملت منه فخرج عمر... يجر ردائه فزعاً فقال هذه المتعة و لو كنت تقدمت فيه لرجمته»

Ürvə ibn Zübeyrdən belə nəql olunub ki, dedi: Həkimin qızı Xulə Ömər ibn Xəttabın hüzuruna gəlib:

- Rəbi ibn Üməyyə uşaq doğan bir qadından bəhrələndi və o qadın hamilə oldu,- dedi. Ömər bu sözü eşitcək əsəbi halda əbasını çəkə-çəkə evdən çıxdı və:

- Bu mütədir. Əgər bundan öncə bu barədə rəyimi desəydim mütləq onu daşqalaq edərdim,- dedi.[13]

«عن ابن جريح قال: اخبرني ابو الزبير عن جابر قال: قدم عمرو بن حريث الكوفة فاستمتع بمولاة فأتي بها عمر و هي حبلي فسأله فاعترف قال فذلك حين نهي عنها عمر»

Nəql olunmuşdur ki, İbn Cüreyc dedi: Əbu Zübeyr Cabirin dilindən belə deyirdi:

- Ömər və İbn Hüreys Kufəyə daxil oldular. O, bir kənizi mütə edib. Ömərin yanına gətirdi. Kəniz hamilə idi. Ömər soruşdu və o da etiraf etdi. Bu hadisə Ömər ona qadağa qoyandan sonra baş verdi.[14]

Süleyman ibn Yəsardan (o da Umm Abdullah Əbi Xeysəmənin qızından) nəql olunmuşdur ki, Şamdan gələn bir kişi onun yanına gəldi və:

- Subaylıq mənə çox təsir edir. Bir qadın gətir, ondan (mütə etməklə) bəhrələnim, - deyə söylədi.

Mən ona bir qadın göstərdim. O, bir neçə adil şəxsi şahid tutaraq həmin qadınla evləndi. Allahın müqəddər etdiyi qədər orada qaldı. Sonra evdən çıxdı. Ömər ibn Xəttab bu işdən xəbər tutanda yanıma adam göndərib bu hadisənin nə qədər doğru olduğunu soruşdu. Mən, deyilənləri təsdiqlədim.

O, dedi:

- Hər zaman gəlsə, məni xəbərdar et.

Mən də həmin kişi yanıma gələndə Ömərə xəbər verdim. Ömər onu yanına çağırıb soruşdu:

- Bu işi görməyinə səbəb nədir?

- Mən Allahın rəsulunun zamanında bu işi gördüm və o həzrət dünyasını dəyişənədək məni bu işdən çəkindirmədi. Ondan sonra Əbubəkrlə idim. O da dünyadan gedənə qədər bu işə qadağa qoymadı. Indi səninləyik. Bizə bu haqda əmr və ya qadağa çatmamışdır.

Ömər dedi:

- Canım əlində olana and olsun əgər bundan öncə mənim qoyduğum qadağadan xəbər tutmuş olsaydın səni daşqalaq edərdim. Elan edin ki, mütə nikahı zina sayılsın.[15]

«ان سلمة بن امية بن خلف الجحمي استمتع من سلمي مولاة حكيم بن امية بن الاوقص الأسلمي، فولدت له فجحد ولدها فبلغ لذلك عمر فنهي عن المتعة»

Sələmə ibn Uməyyə ibn Xələf Cuhəmi, Həkim ibn Uməyyə ibn Əvqəs Əsləminin kənizindən bəhrələndi (yəni onu mütə etdi) və kəniz ondan bir uşaq dünyaya gətirdi. Sələmə uşağı inkar etdi. Hadisə Ömərin qulağına çatanda mütəni qadağan etdi.[16]

Bu hədislər mütənin peyğəmbərin vəfatından sonra, ikinci xəlifə Ömərin zamanında haram edilməsinə aydın bir sübutdur. Hədislərdə qeyd olunduğu kimi Əli(əleyhis-salam), Cabir ibn Abdullah Ənsari, Ömərin özü, İbn Abbas və başqa böyük səhabələr mütənin peyğəmbərin vəfatından sonra, ikinci xəlifə tərəfindən haram olunduğunu söyləmiş və məhz onun bu peyğəmbər sünnəsinin müqəddəs İslam dinindən silmək istədiyini bəyan etmişlər. O, hədəfinə çatmaq üçün ağır cazalar da təyin etmişdir. Hər bir oxucu bu hədisləri mütaliə etməklə eyni qənaətə gələ bilər.


Geri dön

..:MeleK kiz:..

  • 3 iyun 2012 13:39
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
oxudum melumat aldim

✰GlaMurKa✰

  • 1 iyun 2012 23:39
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
- Ümmət sizdə dörd eyb tutmuşdur,- dedim. (Deyir: Şallağının bir ucunu çənəsinin altına, o biri ucunu budunun üzərinə qoyub ona dirsəkləndi) dedi:

★Miss Love★

  • 29 may 2012 12:41
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli xebere gore cox sagol

_favorit_arkadas

  • 28 may 2012 23:53
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razı olsun....

--------------------

✰GlaMurKa✰

  • 28 may 2012 20:27
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

enigmatic_girl

  • 28 may 2012 18:13
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_ayan_

  • 28 may 2012 17:56
  • Məqalə: 1
  • Şərh: 100
  • Bal:
{awards}
ay coxduye hamsini oxuya bilmeyecem deysen vaxtim cox olanda oxuyaram hamsini.zehmete gorede tewekkurlerrrrr

✰Dгeaм✰

  • 28 may 2012 14:02
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

lie to the world

  • 28 may 2012 13:44
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
cooooxxx sagolun ALLAH RAZI OLSUN...

--------------------

LoVe_LiFe

  • 28 may 2012 13:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Nəql olunur ki, Cabir ibn Abdullah dedi: “Peyğəmbər sağ olanda biz iki mütəyə əməl edirdik. Onlardan biri həcc mütəsi, o biri qadın mütəsi idi. Belə ki, Ömər bizi bu işdən çəkindirdi və biz bu işi bir daha davam etdirmədik.”[7]

allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 63

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}