Depressiyadan qaçış

 
Depressiyadan qaçış

Depressiya: insanların daxilində yaşanan payız...

Son zamanlar insanların daha sıx rastlaşdığı depressiya, ümumiyyətlə, ətrafda meydana gələn hadisələrə reaksiya olaraq meydana çıxır. Müxtəlif səbəblərdən irəli gələn depressiyaya mövsümlər də çox təsir edir. Hətta bəzi insanlar Günəş işığının azaldığı payız və qış aylarında depressiyaya uğrayırlar. Günəş işığı bu vəziyyətdəki xəstələrə dərman kimi təsir edir.

Depressiyaya hansı amillər səbəb olur?

Depressiyanın yaranma səbəblərini mütəxəssislər müxtəlif amillərlə izah edirlər. Başlıca amil kimi konkret və mücərrəd bir itki yaşanması göstərilir. Bu baxımdan depressiya ilk baxışda hər hansı bir matəmə qarşı reaksiyanı xatırladır. Ancaq hər itki yaşayan, depressiya keçirməz. Əgər itki insandırsa, həmin insan kədərli duyğuları ilə baş-başa qalır. Bundan başqa, insanın qüruruna toxunulması da depressiyaya səbəb ola bilər. Haqsızlığa məruz qalmaq və bunların qarşısını almaqda çarəsiz qalmaq, ətrafındakıların ona qarşı lazım olan yardımını görməmək də insana itki duyğusu yaşadır.

Beləliklə, itki və xəyalların gerçəkləşməməsinin depressiya yaratmasının başlıca səbəblərindən biri də insanın alternativ çözüm tapmamasıdır. Nəticədə düşündüyünü əldə edə bilməyən insan həll yolu tapmayaraq boşluğa düşür. Fiziki səbəblərə gəldikdə isə bəzi alimlərin fikrincə, bu, əsasən, mərkəzi sinir sistemi ilə bağlı olur ki, beyində hüceyrələrarası bağlantı bölgələrində ortaya çıxan dəyişikliklər yolu ilə gerçəkləşir.

Müxtəlif xəstəliklər də depressiyaya meyli artırır. Bioloji səbəblərdən qaynaqlanan depressiya növlərindən biri də mövsümidir. Bu cür insanlar ilin müəyyən bir dövründə depressiyaya yaxalanırlar. Bəzi insanlarda depressiyanın genetik səbəblərinin də olduğu məlumdur. Belə insanların ailələrində depressiya keçirənlərə daha sıx rast gəlinir. Hormon pozğunluğu da depressiyaya yol açır.

İnternetin müasir dünyada önəmli rol oynadığını, ancaq faydaları ilə yanaşı, zərərlərinin də olduğunu deyən İngiltərə alimlərinin apardıqları bir araşdırmaya görə, hədsiz internet istifadəsi və depressiya arasında da qüvvətli bir əlaqə var. Hesab ödəmək, alış-veriş və elektron məktub göndərmək üçün internetdən istifadə edərkən onlayn olduqda nə qədər zaman sərf etdikləri və gündəlik fəaliyyətlərinə başqa amillərin də təsir etdiyini düşünməyən insanlar var. Amma fakt odur ki, bir qrup insan üçün hədsiz internet istifadəsi depressiyaya meyllilik əlaməti ola bilər.

Depressiyaya kimlər məruz qalır?

Araşdırmalara görə, depressiyaya düşən insanların bir çox müsbət cəhətləri var. Onların əksəriyyəti yaxşı niyyətli, özünü tənqid edən, daha yaxşı olmağa çalışan, özündə hansısa mənfilikləri düzəltməyə çalışan və eyni zamanda istismara məruz qalan insanlardır. Amma yaşadıqları onlara çox şeylər öyrətdiyindən depressiyanı keçirdikdən sonra hər kəsdən daha güclü olurlar.

Başqalarını istismar edən, aldadan, qazanc əldə etməyə çalışanlar isə asanlıqla depressiyaya uğramırlar.

Bəzi insanlar xırda bir cətinliklə qarşılaşdıqda depressiyaya düşürlər


Psixoloq Tariyel Faziloğlu da təsdiq edir ki, depressiyanın bir cox səbəbləri arasında bioloji xəstəliklərin, mövsüm dəyişikliklərinin yaratdığı xarici görünüşdəki problemlər və s. də var:

"Amma bütün bunlar, sadəcə, insanın psixikası ilə əlaqədardır. İnsan o zaman depressiyaya düşür ki, o, vəziyyətlə razılaşmır, amma bu vəziyyətdən çıxa da bilmir. Bu zaman insanın özünə inamı zəifləyir və özünü gücsüz hiss edir. Nəticədə insanın bütün diqqəti o problemə yönəlir və ətraf mühitdən tədricən qopur. Ona görə də insanlardan qaçır, tək olmaq istəyir. Depressiyadan cıxmağın ən gözəl yolu sizi depressiyaya sala biləcək şeylərdən uzaq durmaq və ya onu sadəcə qəbul edib həyata davam etməkdir".

Psixoloqun fikrincə, depressiyaya hər kəs düşə bilər. Belə ki, bir çox insanlar var ki, depressiyaya bir dəfə düşürlər və ömürlərinin sonuna qədər ondan çıxa bilmirlər:

"Ömürləri boyu onunla yaşayırlar. Elə insanlar da var ki, onlar tez-tez, hər xırda cətinliklə qarşılaşdıqları zaman depressiyaya düşürlər. Bəzilərində depressiya bir neçə saat çəkir".

İnternetin depressiyaya səbəb olmasına gəldikdə isə psixoloqun fikrincə, bu, mümkündür: “Bir çox Avropa ölkələrində internetə bağlılığı, artıq xəstəlik kimi qəbul ediblər və ona muvafiq mualicə metodları hazırlanıb, hətta bu yöndə xüsusi söbələri olan xəstəxanalar da fəaliyyət göstərir. Əlbəttə ki, internetden cox istifadə insanda asılılıq əmələ gətirir və bu da depressiyaya səbəb ola bilər”.

Biokimyəvi stressin sayəsində payız aylarında intiharların sayı daha da artır

Payız fəslində insanların daha çox depressiyaya məruz qaldığını deyən psixoloq Xatirə Səfərovanın sözlərinə görə, depressiyanın yaranma səbəbinə bir cox amilləri də aid etmək olar: “Günlərin qısalması, saatların cəkilməsi, günəşsiz və yagmurlu hava insanların daha cox duyğusal hislərinə təsir etdiyi ücün daxili harmoniya pozulur. Payızda agaclar saralıb yarpaqlarını tökdüyü kimi insanların da daxilində payız yaşanır və beləliklə, insanlarda ruh duşkünlüyü, dostlardan qaçma, səbəbsiz ağlamaq istəyi, yuxusuzluq və ya həddən artıq uzunmüddətli yuxu, bütün bunlar mövsümi depressiyanın ilkin əlamətləridir. Orqanizm biokimyəvi stresslə üzləşir. Günəş şüaları azaldığından insanın bədənində melonin hormonu çoxalır və bu da insanın depressiyaya məruz qalmasında başlıca amillərdən ola bilər. Orqanizmdə baş vermiş biokimyəvi stressin sayəsində payız aylarında intiharların sayı daha da artır”.

Depressiya daxildən ətrafa "ruha yardım et" mesajını atır

Psixoloqun fikrincə, depressiya bir müdafiə mexanizmidir və bu hal insanda 2 həftədən artıq davam edərsə, o zaman depressiyaya məruz qalır, əks halda isə əhval-ruhiyyənin korlanması kimi qeyd olunmalıdır: “İnsan özünü bir balaca yaxşı hiss etmirsə, yaşadığı bu duruma depressiya demək olmaz. Eyni zamanda depressiya ruhun xəstələnməsi deməkdir. Adi zökəm xəstəliyi kimidir, tez üstünə düşsən, tez sağalacaqsan, müalicə etməsən də öz-özünə maksimum 6 ay içində keçəcək. Bu isə yarım ilə bərabərdir. Buna görə də depressiya daxildən ətrafa "ruha yardım et" mesajını atır. İnsan ruhu elə bir xüsusiyyətə malikdir ki, ona gələn zərərlərdən müdafiə olunmaq üçün hər hansı bir mesaj atır və bədəni silkələyərək insanı oyatmağa çalışır. Hər bir insan depressiyaya məruz qala bilər”.

Payız aylarında hətta kicik uşaqlar belə, depressiyaya məruz qala bilər

X.Səfərovanın sözlərinə görə, təbii ki, insan həddindən artıq internetdən istifadə edərsə, gün rejimi itir, həyat sistemi pozulur və bütünlüklə konsentrasiya bir istiqamətə yönəlir, güclü maraq yaranarkən oradan ayrılmaq, bir o qədər də asan olmur: “Lakin fiziki tələbat insanı oradan ayırmağa məcbur edir. İnsan virtual aləmlə real həyatın arasında özünü asılı vəziyyətdə hiss edir. Xüsusilə, internet qarşısında insanın vaxtı bütün günü yeməklə və ya yeməməklə keçirsə, bu, onun nəinki psixi, həm də fiziki strukturunun pozulmasına gətirib çıxarır. İnsan həyatda adətən fokuslanmış fikirlərinin ardınca qaçır. Lakin zaman bu ehtiyacın qarşısını alırsa, o zaman insanın daxili deformasiyaya uğrayır. Bu deformasiya isə fərdin depressiyaya məruz qalmasına səbəb olur”.

Psixoloq deyir ki, payız aylarında hətta kicik uşaqlar belə, uşaq depressiyasına məruz qala bilər. Onun fikrincə, bu səbəbdən də həmin aylarda ilk olaraq məktəb və bağçalarda payız bayramı və ya şənliyi qeyd olunmalıdır ki, insanın beynində payız ayına qarşı müsbət assosiasiya yaransın və avtomexanizmlər gələcəkdə işə düşərək bu ayın depressiya ayı kimi yox, bayram ayı kimi təfəkkürdə öz formulunu alsın: “Böyüklər isə yaxşı olar ki, bu aylardan istifadə etsinlər və yaradıcılıq qabiliyyətlərini işə salaraq hər hansı bir yaradıcı işlə məşğul olsunlar. Ən yaxşı müdafiə mexanizmi sublimasiya müdafiə mexanizmidir. Bu, digər müdafiə mexanizmlərindən fərqli olaraq, insanı yaradıcı işlər görməyə yönəldir. İnsan qısa ömrünü depressiyaya yox, yaradıcı işə yönəltsə, həyatda unudulmaz izlər qoya bilər”.


Geri dön

frog

  • 14 iyun 2012 19:50
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
THANKS.............

★Miss Love★

  • 29 may 2012 12:30
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Depressiуaуa duwmek cox pisdir...Allah hamini qorusun...xebere gore sagol canim=)

_favorit_arkadas

  • 28 may 2012 23:42
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
məsləhətə görə çox sağol....

--------------------

✰GlaMurKa✰

  • 28 may 2012 19:50
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Sitat: love me
Depresiya hara qacsaq bizi tapir naraqhat olma.

enigmatic_girl

  • 28 may 2012 19:06
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir)))

--------------------

Leyla M_va

  • 28 may 2012 18:58
  • Məqalə: 1
  • Şərh: 325
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.

LoVe_LiFe

  • 28 may 2012 16:09
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler xebere gore

✰Dгeaм✰

  • 28 may 2012 16:08
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Depresiya hara qacsaq bizi tapir naraqhat olma. wink

Depresiya hara qacsaq bizi tapir naraqhat olma. wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 46
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}