Bəlkə bir gün

 
Bəlkə bir gün

*Bir səhər oyanasan və görəsən ki, buludlar rəngini dəyişib. Səhər yeməyini yeyib liftin düyməsini basıb girəsən içəri və görəsən ki, qoca bir qadın dayanıb, amma, nə gileylənir, nə də yorğundu. Salamlaşıb keçəsən...

*Tıxacsız yollarda gedəsən, dəqiq dayanacaqlarda saxlayalar avtobuslar. Qızların təbəssümlərinin işıqforunda düşəsən tıxaca, dayanıb saatlarla baxasan. Və anlayasan ki, qırmızı rəngdən də başqa rənglər insanı yolundan eləyə bilir…

*Sonra o qız əl eləyə, sağollaşa, sənə həyatın yaşıl işığını yandıra. İşə gedib hirslənmədən adamların üzünün saflığında çiməsən, daha metrolardan tər iyi gəlməyə. Sən avtobusu, adamlar səni minməyə.

*Günorta pəncərədən yerə baxasan, görəsən ki, əlini ağzına salan uşaq bilmədən barmağını dişlədi. Dünyadakı bütün hərəkətlərin bu qədər təbii olacağına inanasan. Ağlayan uşağın yanağından süzülən yaş, böyük bir prospektin tozunu yatıra.

*Gözünü yumub özün haqda yox, başqaları haqqında düşünəsən. İnsan özü haqda o zaman çox düşünür ki, öz dərdi çoxalaraq onun başqalarına baxan gözünü bağlayır. Sonra yuxu tuta səni, yuxunda baxçanın həyətində oynayan uşaqları görsən. Amma, yuxuları yozmayasan səhər-səhər.

*Oyuncaq dükanlarını uşaqlara bağışlayalar. Ya da, uşaq vaxtı oyuncaq almağa pulu olmayan qocalara.

*Qocaların ən çox getdiyi yer əczaxanalar, ən çox danışdıqları mövzu dərman preparatları olmaya.

*Qapıların kandarından təbəssüm asalar. İnsanlar ancaq ürəkləri istəyəndə gülələr. Varlılar üçün ayrı, kasıblar üçün ayrı maska taxmaya insanlar.

*Papiros və zavod tüstüləri küsüb gedələr şəhərdən.

*Gözəl qızların çantalarından gözəl kitablar çıxa.

*“Buyurun”, “Çox yaxşı”, “Mən də məmnunam”, “Allah köməyiniz olsun” sözləri gün ərzində ən çox işlənən kəlmələr ola.

*Baltalar ağacları yox, kin-küdurəti doğraya...

*Televizoru açasan və eşidəsən ki, İraqda 300 uşaq doğulub. Çeçenlər silah yox, şənlik fişəngi atırlar.

Bəs Siz bir səhər gözünüzü açdıqda nəyin dəyişdiyini görmək istərdiniz?!

Bəlkə bir gün


Geri dön

frog

  • 17 iyun 2012 21:20
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
THANKS............

..:MeleK kiz:..

  • 29 may 2012 18:34
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
*Papiros və zavod tüstüləri küsüb gedələr şəhərdən.

*Gözəl qızların çantalarından gözəl kitablar çıxa.
nerdeeee

★Miss Love★

  • 29 may 2012 12:37
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
gozel xeberdir beуendim ellerine sagliq

_favorit_arkadas

  • 28 may 2012 23:50
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
xəbərə görə çox sağol...

--------------------

✰GlaMurKa✰

  • 28 may 2012 20:22
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
coxx sag ol canimmm xebere goreee

enigmatic_girl

  • 28 may 2012 18:27
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
belke de bir gun.... recourse

--------------------

_ayan_

  • 28 may 2012 17:44
  • Məqalə: 1
  • Şərh: 100
  • Bal:
{awards}
maraqlidi.tewekkurler...

Leyla M_va

  • 28 may 2012 15:56
  • Məqalə: 1
  • Şərh: 325
  • Bal:
{awards}
tesekkurler

--------------------
Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.

★Azerbaijan girl★

  • 28 may 2012 15:12
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Bəs Siz bir səhər gözünüzü açdıqda nəyin dəyişdiyini görmək istərdiniz?

her weyin evvelki kimi olmaginni istiyerdim oz heyatimda....................................

coox maarqli idi ellerine saglik..super........

Miss Lady

  • 28 may 2012 14:36
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
*Gözəl qızların çantalarından gözəl kitablar çıxa.
cox sagol bu sozlere gore..beyendim.......

LoVe_LiFe

  • 28 may 2012 13:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
*Oyuncaq dükanlarını uşaqlara bağışlayalar. Ya da, uşaq vaxtı oyuncaq almağa pulu olmayan qocalara.
((((((( SECILMISDERE ELAVE ETDIM

))_AntiLove_((

  • 28 may 2012 13:41
  • Məqalə: 3
  • Şərh: 532
  • Bal:
{awards}
Kaw Bele ola...Tewekkurler...

--------------------
Arxαmdαn dαnışαn Üç Quruşluq İnsαnlαrα , Söyləyə biləcək Tək Sözüm Var ; - Xırda Pullαr Dαimα Səs Sαlαr [; ♥

lie to the world

  • 28 may 2012 13:38
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
aaaa....cox gozel bir meqaledi hevesle oxudum..ellerine sagliq kaw herwey burda yazilan kimi ola...

mende isterdimki insanlar bir birilerinin arxasinca quyu qazmaqdan onun sehvlerini kiminlese muzakire etmekdense ona elinden gelen butun komeklikleri edeki diger insanda dogru yolu tapa...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 53

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}