[28.05.12] Gündəlik Qaynar Xəbərlər

 
[28.05.12] Gündəlik Qaynar Xəbərlər

28 May 2012 [01:30]
Bakı metrosundan çox istifadə edən sərnişinlərə hansı güzəştlər edilə bilər?


Bakı metrosunda sərnişinlərin istifadə etdikləri təmassız kartlar gediş haqqının ödənilməsini asanlaşdırsa da, müəyyən problemlər də yaradır.
kartlara ancaq metroda yerləşdirilmiş terminallarda pul yüklənilməsi sərnişinlərə çətinlik yaradır. Gediş haqqı yükləyən zaman sərnişin sıxlığının qarşısının alınması, həmçinin onların rahatlığı üçün gələcəkdə gediş haqqını pay-pointlarda yükləmək təklif olunsa da, bu məsələ təklif olaraq qalıb. Başqa problem isə birdəfəlik gediş kartının olmamasıdır. Dünyanın bir çox ölkələrində metro kartları birdəfəlikdir. Digər tərəfdən, metrodan çox istifadə edən şəxslər üçün uzunmüddətli kartlar var. Bakı metrosunda nə üçün birdəfəlik gediş kartları yoxdur?

İqtisadçı Rövşən Ağayev açıqlamasında bildirdi ki, dünyanın bir çox ölkələrində metrodan az istifadə edənlər üçün birdəfəlik, çox istifadə edənlər üçünsə uzunmüddətli kartlar təklif olunur. Onun sözlərinə görə, belə gediş kartlarının olması texniki baxımdan çox rahatdır:


"Çünki kart yükləyən zaman bəzən texniki problemlərlə üzləşirsən. Amma birdəfəlik kartlar var ki, pul ödəyib alırsan və 6 ay, bir il istifadə edirsən. Müştərinin aldığı kartın müddəti artdıqca, ümumi gediş haqqının qiyməti azalır. Elə sərnişinlər də var ki, ildə bir dəfə metrodan istifadə edirlər və onların gediş kartı almaları vacib deyil. Belə olan halda bir dəfə istifadə etmək üçün kartlar olmalıdır".

İqtisadçı hesab edir ki, metro bir xidmət bazarıdır və istehlakçı, müştəri üçün müxtəlif variantlar təqdim olunmalıdır: "Xidmət və əmtəə bazarında həmişə seçim imkanı bol olmalıdır. Ona görə də metrodan az istifadə edənlər üçün birdəfəlik, daimi müştərilər üçünsə dünyanın bir sıra ölkəsində müddəti artdıqca dəyəri ucuzlaşan kartlar satılır".

Rövşən Ağayevin fikrincə, normal mədəni xidmət bazarında müştərinin belə seçim imkanı olmalıdır. Azərbaycanda bazar iqtisadiyyatı, digər xidmətlərdə olduğu kimi, nəqliyyat xidmətində də tam oturuşmadığından, mədəni xidmət prinsipləri formalaşmadığına görə belə problemlər ortaya çıxır.

Bakı Metropoliteninin hərəkət xidmətinin baş mühəndisi Etibar İsayev açıqlamasında bildirdi ki, metroda ödəniş sistemi elə nəzərdə tutulub ki, həm birdəfəlik, həm də uzunmüddətli istifadə etmək mümkündür. Onun sözlərinə görə, gediş kartına 200 manatlıq gediş yükləmək mümkündür. İnsan kartı alıb istədiyi stansiyaya gedəndən sonra elə həmin metronun çıxışında onu geri qaytara bilər.

Metrodan çox istifadə edənlər üçün gediş haqqı barədə endirimli təkliflərin olmamasına gəlincə, E.İsayev vurğuladı ki, metroda gediş haqqı endirimlidir. Bir sərnişin maya dəyərindən 3 dəfə aşağı daşınır. Əgər metro rentabelli işləyərsə, hər hansı güzəşt ola bilər.


28 May 2012 [06:00]
Günün yuxuyozması


Lalə - Həyatınızda həzz dönəmi başlayıb. Amma bu, uzun çəkməyəcək. Laləni iyləmək - yalana işəradir.

Qurbağa - Həyat tərzinizin sağlamlığınıza vurduğu zərər barədə fikirləşmirsiniz. Yaşıl otluqda tullanan qurbağalar - sədaqətli dosta işarədir. Qadın yuxuda qurbağa görürsə, varlı dul kişiyə gedəcək. Yuxuda qurbağa yeyirsinizsə, tamahınıza güc gələ bilmirsiniz. Qurbağa qurultusu - gəzintiyə çıxacaqsınız.

Çilçıraq - Gözlənilməz uğur sizə böyük imkanlar yaradacaq. Xəstə adam çilçıraq görürsə, tezliklə sağalacaq. Ölümcül xəstə adam belə yuxudan sonra möcüzəli şəkildə sağalacaq. Çilçırağın sönməsi isə bədbəxtliklərə, çətinliklərə işarədir. Çilçıraq almaq - çətin işə yozulur.

Kolqotka - Yüngülbeyin insanlarla dostluq edəcəksiniz. Qadın yuxuda kolqotka geyinirsə, müəyyən stilə riayət etməyə çalışır, amma alınmır. Kolqotka cırıqdırsa, gözlənilməz hadisələr planlarını pozacaq və qiybət obyektinə çevriləcək.

Milli.Az


Geri dön

frog

  • 19 iyun 2012 21:24
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
THANKS,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, fellow

..:MeleK kiz:..

  • 3 iyun 2012 13:29
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
oxudum cox sagol

SU PƏRİSİ

  • 29 may 2012 15:24
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Oxudum tessekkur...

--------------------

★Miss Love★

  • 29 may 2012 12:21
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqli idi oxudum cox sagol=)

_favorit_arkadas

  • 28 may 2012 23:38
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
maraqlıdır oxudum

--------------------

Narka E-ZaDe

  • 28 may 2012 21:44
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Maraqlidir,oxudum thanks =)

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

✰GlaMurKa✰

  • 28 may 2012 19:40
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurler canim xeberlere goreee

enigmatic_girl

  • 28 may 2012 19:31
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
metro xeberi maraqlidir ama men bu gun yuxuda ne gorduyumu bilmirem

--------------------

Miss Lady

  • 28 may 2012 17:23
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
tesekkurle..yuxuyozma mene maragli geldi.

LoVe_LiFe

  • 28 may 2012 16:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
gundelik xeberlere gore tesekkurler

✰Dгeaм✰

  • 28 may 2012 16:21
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli melumat ucun cox sag ol xeberci. wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}