Qeybət etmək

 
Qeybət etmək

Hansısa bir möminin və ya müsəlmanın aybını, onu pisləmək üçün arxasından söyləmək, qeybət olar. Qeybət, haramdır. Dinləyən, o kimsəni tanımırsa, qeybət olmaz.

Qeybət olunan kimsə, bədənində, nəsəbində, əxlaqında, işində, sözündə, dinində, dünyasında, hətta paltarında, evində, heyvanında olan bir qüsur, arxasından deyildiyi zaman, bunu eşidincə kədərlənsə, qeybət olar. Eşidincə kədərlənəcəyi bir sözü üzünə qarşı da söyləmək günahdır.

Üstü örtülü söyləmək də, işarə ilə, hərəkət ilə bildirmək, yazı ilə bildirmək də hər zaman söyləmək kimi qeybətdir.

Bir müsəlmanın günahı və qüsuru deyildiyində, hafizlərin, din adamlarının, (Əlhəmdülillah, biz belə deyilik) demələri, qeybətin ən pisi olar. Birindən bəhs edilərkən, (Əlhəmdülillah, Allah bizi həyasız etmədi) kimi, onu pisləmək, çox çirkin qeybət olar. (Filan kimsə çox yaxşıdır, ibadətdə bu qüsuru olmasa, daha yaxşı olardı) demək də qeybət olar.

Qurani Kərimdə buyurulub ki:

(Bir-birinizi qeybət etməyin.)
[Hucurat 12]

Qeybət, adam çəkişdirmək deməkdir. Birini qeybətini etmənin, ölmüş insanın ətini yemək kimi olduğu bildirildi.

Hədisi şəriflərdə buyurulur ki:

(Miraca çıxarıldığımda, misdən dırnaqlarıyla üzlərini və sinələrini cırmaqlayan kəslər gördüm. "Bunlar kim" dedim. Cəbrayıl əleyhissalam, "Qeybət edərək insanların ətini yeyən, şəxsiyyətlərini zədələyən kəslərdir" dedi.)
[Əbu Davud]

(Qiyamətdə bir kimsə, savab dəftərində, etmədiyi ibadətləri görər. "Bunlar səni qeybət edənlərin savablarıdır" deyilir.)
[Haraiti]

(Bir camaat içində olarkən, bir kimsə haqqında qeybət edildiyini görsən, o kimsə üçün köməkçi ol. Və camaatı da ondan məhrum etməyə çalış və ya oradan qalx get.)
[İ. Əbiddünya]

(Din qardaşının üzünə söyləməkdən xoşlanmayacağın şey qeybətdir.)
[İbni Asakir]

(Bir kimsənin yanında din qardaşı qeybət edilər və köməyə ehtiyacı olarsa ona kömək etməzsə, Allahu təala o kimsəni dünya və axirətdə alçaq edər.)
[İbni Əbiddünya]

(Bir kimsənin malı az, uşaqları çox, namazı gözəl olsa və müsəlmanları qeybət etməzsə, qiyamətdə onunla yan-yana olarıq.)
[Hatib]

(Filanın boyu qısadır) deyən birinə, Peyğəmbər əfəndimiz, (Bu sözün dənizə atılsa, dənizi kokutur) buyurdu.
(Tirmizi)

Qeybət, insanın savablarının azalmasına, başqasının günahlarının özünə verilməsinə səbəb olar. Bunları hər vaxt düşünmək, qeybət etməyə mane olar. (İslam Əxlaqı)

Qeybətin zərəri:


Qeybəti və zərərini bilən qeybətdən qaçıb xilas olar. Məsələn ilanı və zərərini bilən, ilanla oynayarmı? İlanı qoynuna alıb yatarmı? Qeybətdən xilas olmaq üçün:

1- Qeybətin zərərini düşünməli! Qeybət səbəbiylə, savablarının gedəcəyini, hətta qeybət etdiyi kimsənin günahlarını da yüklənəcəyini bilməlidir! Hədisi şərifdə buyurur ki:

(Qiyamətdə, savab dəftəri açılan bir kimsə, "Dünyada ikən, bu ibadətləri etmişdim, burada yazılı deyil" deyər. "Onlar, silinib qeybət etdiklərinin dəftərlərinə yazıldı" deyilir.)
[İsfehani]

2- Qeybət, dünyada da alında bir quru ləkədir! Özünə dedi-qoduçu dedirtməməlidir.

Çünki Hədisi şərifdə buyurur ki:

(Qeybət edəni dinləyən də günahda ortaqdır.)
[Taberani]

3- Bir kimsə, başqa birinə inciksə, onu pisləməyə çalışar, qeybətini edər. Başqasına qızıb da özünü Cəhənnəmə atmanın axmaqlık olduğunu bilən, qeybət etməz. Qeybət etməklə, ona zərər vermiş olmur, özünü fəlakətə atır. Üstəlik sevmədiyi adamın günahlarını götürüb, yerinə öz savablarını verir.

4- Bəzən insanları məmnun etmək, onları güldürmək üçün qeybət edilər. İnsanları məmnun etmək üçün, Allahu təalanın qəzəbinə məruz qalmağı istəmək nə qədər səhvdir.

5- Qeybət edən, təriflənməyi, hər kəsin özündən bəhs etməsini istər. Bu baxımdan özünü tərifləmək üçün bilvasitə yolları seçər. Məsələn, (Filan çox dözülməzdir) deyər. Bu, (Mən çox mülayim birisiyəm) deməkdir. Comərd olduğunu bildirmək üçün, (Filankəs çox xəsisdir) deyər. Əgər belə qeybət edəni dinləyən, ağıllı biri isə, özünü bu şəkildə tərifləyənə heç dəyər verməz, onun dəyərsiz olduğunu anlar. Bunları dinləyən ağıllı deyil də, cahil, axmaq biri isə, qeybət etdiyi üçün ona dəyər versə, nə çıxar? Qazancı nə olar?

6- Başqalarını qeybət edib qüsur araşdıran kimsə, öz qüsurlarını görə bilməz. Halbuki öz qüsurları ilə məşğul olan başqalarının qüsurlarını görə bilməz. Başqalarının qüsurları ilə məşğul olan birinin, öz qüsurunu görməyən yazıq bir axmaq olduğu aydın olar.

7- Qısqanc olan, mal sahiblərini pislər. (Malı çox amma yeməsini bilməz, xəsisin biridir) deyər. Yaxud vəzifə sahibi üçün, (Müdir oldu deyə özünü bir şey zənn edir) deyər. Belə söyləməklə, qeybət edilənin nə malı azalar, nə də vəzifəsi əldən gedər. Buna baxmayaraq qısqanclıq atəşi, söyləyəni yandırıb qovurar. Üstəlik, qeybət günahına girdiyi üçün savablarını sevmədiyi kimsəyə verməyə məhkum olar.

Qeybətdən çəkinin; çünki qeybət zinadan daha şiddətlidir. Adam zina edib tövbə edər də, [bir daha etməzsə], Allahu təala onun tövbəsini qəbul edər. Qeybət edilən, qeybət edəni bağışlamadıqca, bağışlanmaz.
[İbni Ebid-Dünya, Deylemi, Taberani, Beyheki, Tergib və Terhib, İ. Şarani, İ. Qəzali]

Qurani Kərimdə də belə keçər

(Fitnə, qatillikdən daha pisdir.)


Ayədə fitnənin adam öldürməkdən daha böyük günah olduğu bildirilir. Fitnə necə olar da qatillikdən daha pis deyilmədiyi kimi, qeybət necə olar da zinadan daha pisdir deyilməz. Adam öldürmək bir cinayət, günah isə, fitnə bir çox cinayətlər və günahlara səbəb ola bilər. Fitnənin, bir çox mənası vardır. Daha çox küfr, təxribatçılıq, bölücülük, bəla, imtahan kimi mənalara gəlir. Fitnə, bir çox müsəlman qanı tökülməsinə və ya bir müsəlman ölkənin küfr edənin əlinə keçməsinə səbəb ola bilər.

Bir kimsə, nəfsinə, şeytana və pis yoldaşa rast gəlib gəlib zina etmişsə, sonra peşman olub bir daha etməmişsə, Allahu təala onun tövbəsini qəbul edər. Amma qeybət, söz daşımaq, bir çox fitnələrə səbəb ola bilər. Qeybətə asanca girildiyi, zərərinin sərhədi olmadığı üçün bu şiddətli bir xəbərdarlıqdır.

Qeybət, Qurani Kərimdə, ölü qardaşının ətini yeməyə bənzədilmişdir.

(Bir-birinizin qüsurunu araşdırmayın, arxasından danışmayın, qeybət etməyin. Kim ölmüş qardaşının ətini yeməkdən xoşlanar? Bu iyrəncdir. O halda Allahdan qorxun.)
[Hucurat 12]

Qeybət, söz daşımaq və digər günahlardan qaçmaq, nəfs ilə cihad edib, böyük cihad olaraq bildirilmişdir. Qeybətin verdiyi zərərlər haqqında hədisi şəriflərdə buyurulur ki:

(Miracda sinələrindən asılaraq əzab edilənləri gördüm. "Bunlar, qaş göz işarəsiylə lağ və qeybət edənlərdir" deyildi. Necə ki Quranda, [tərcümə olaraq] belə buyurulur: (İnsanları arxadan çəkişdirib, qaş göz ilə lağ edənlərin vay halına!)
[Hümeze1] (Beyheki)

(Miracda, Cəhənnəmdə iylənmiş leş yeyənlərin kim olduğunu soruşdum. "Bunlar, qeybət edərək insanların ətlərini yeyənlərdir" deyildi.)
[I. Əhməd]

(Qeybət və qovmaq, adamın imanını zəiflədərək yox edər.)
[İsfehani]

(Cəhənnəmdən ən son çıxan, qeybətdən tövbə edəndir. Cəhənnəmə ilk girən, qeybətdən tövbə etmədən öləndir.)
[R. Nasıhin]

(Qeybət, etmək leş yeməkdən daha pisdir.)
[İ. Hibban]

(Biri üçün deyilən qüsur, onda varsa, qeybətdir, yoxsa böhtan olar.)
[Müslim]

(Qeybət edənin duası qəbul olmaz.) [Şirə]

(Qeybət edən Cəhənnəmlikdir.)
[İsfehani]

(Dörd adamın, çəkdikləri şiddətli əzabdan, Cəhənnəmdəkilər narahat olar. Biri, atəşdən bir tabut içindədir, ikincisi bağırsaqlarını yerdə sürüyər, üçüncüsü qan və irin qusar, dördüncüsü öz ətini yeyər. İlki borclu olaraq öldü. İkincisi sidikdən çəkinməzdi. Üçüncüsü, ədəbsiz danışardı. Dördüncüsü, qeybət edərdi.)
[Taberani]

(Beş şey oruc və dəstəmazda xeyr buraxmaz: Yalan, qeybət, söz daşıma, şəhvətlə harama baxmaq, yalan yerə and içmək.)
[Deyləmi]

(Oruc, atəşə qalxandır. Qeybətlə parçalanmadıqca qoruyar.)
[Buxari]

(Qeybət etməyən Allahu təalanın zəmanətindədir.)
[İbni Huzeyme]

(Leş yemək, qeybət edərək, yoldaşının ətini yeməkdən daha yüngüldür.)
[Ebuşşeyh]

Yeni dəfn edilən iki ölü üçün Rəsulullah əfəndimiz buyurdu ki: (İndi onların qəbirləri odla dolduruldu, əzab içindədir. Fəryadlarını insan və cindən başqa hər məxluq eşitdi. Əgər gizləyə bilsəydiniz, mənim eşitdiklərimi siz də eşidərdiniz. Bunlardan biri, sidikdən çəkinməzdi, o biri də, insan əti yeyər idi [qeybət edərdi].)
[İ. Əhməd, İbni Cərir]

Rəsulullah qeybət edənə, (Tövbə et, qardaşının ətini yedin) buyurdu.
(Taberani, İ. Əbi Şeybe)

Cinayət törədərək cəzalandırılan birini qeybət edənlərə, Rəsulullah əfəndimiz (S.A.V), (Bu eşşəyin leşindən yeyin. Qeybət etmək, bu eşşək leşini yeməkdən daha pisdir) buyurdu.
(İbni Hibban]

Nəticə: Rəsulullah əfəndimizin (Varislərim) dediyi, Allahu təalanın güvəndiyi şəxslərə yəni İslam alimlərinə qarşı heç olmasa ədəbi mühafizə etməli, din düşmənlərinə aldanıb suizan etməməli. Allahu təalanın, dinini, soysuzlara qarşı bu mübarək şəxslər vasitəsiylə mühafizə edib, yaydığını unutmamalı.

Qeybətin kəffarəsi:

Qeybət etmənin kəffarəsi, kədərlənib tövbə etmək və halallaşmaqdır. Peşman olmadan halallaşmaq, riya olar, ayrı bir günah olar. Qeybət üç cür olur:

1- (Bu qeybət deyil, onda olan şeyləri söylədim) demək. Belə söyləməklə, harama halal demiş olar ki, çox təhlükəlidir.

2- Qeybət olunan, bunu eşitmişsə, tövbə etməklə bağışlanılmaz. Onunla halallaşmaq da lazımdır. Bir hədisi şərifdə buyrulur: (Qeybətini etdiyi adam, qeybət edəni bağışlamadıqca, bağışlanmaz) [Deylemi]

3- Qeybət olunanın bundan xəbəri yoxsa, tövbə və istiğfar etməklə və ona dua etməklə bağışlanar. (Ya Rəbbi məni də, qeybətini etdiyim adamı da bağışla) deyə dua etməlidir!

Müəllif: Şəbnəm


Geri dön

frog

  • 22 iyun 2012 20:31
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN...

Nuray2012

  • 21 iyun 2012 13:22
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler........

--------------------

Angel Alisa

  • 3 iyun 2012 16:29
  • Məqalə: 1
  • Şərh: 29
  • Bal:
{awards}
twk ler deyerli ve lazimli xebere gore...Allah razi olsun.....

--------------------
^«°°««° BeNi °»»°°» KaYßeTMeYi «°««°°» SeCeNi ::::::: «*°*° BeN KaZaNMaK iCiN°*°*» uGrAwMaM °°««»°««°¿¡¡¡¡ ://^

enigmatic_girl

  • 29 may 2012 18:20
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun Qeybet sevmiremmmm cokk kotu(

--------------------

..:MeleK kiz:..

  • 29 may 2012 17:43
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
hec vaxt kiminse qeybetini etmemiwem insallah hemiwe bele olar

✰GlaMurKa✰

  • 29 may 2012 16:03
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
qeybet etmeyi hccc sevmirem tesekkurler ALLAH RAZI OLSUN

✰GoLd GirL✰

  • 29 may 2012 15:01
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox sag olun...

C.I

  • 29 may 2012 14:44
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
oxudum cunki maraqli geldi tesekkur Allah razi olsun.......

--------------------

SU PƏRİSİ

  • 29 may 2012 14:35
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN !!!!

--------------------

MADRID MELEYI

  • 29 may 2012 12:12
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
Allah razi olsun minnetdaram

buzlar prensesi

  • 29 may 2012 12:11
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
Qeybəti və zərərini bilən qeybətdən qaçıb xilas olar. Məsələn ilanı və zərərini bilən, ilanla oynayarmı? İlanı qoynuna alıb yatarmı? Qeybətdən xilas olmaq üçün:

1- Qeybətin zərərini düşünməli! Qeybət səbəbiylə, savablarının gedəcəyini, hətta qeybət etdiyi kimsənin günahlarını da yüklənəcəyini bilməlidir! Hədisi şərifdə buyurur ki:

(Qiyamətdə, savab dəftəri açılan bir kimsə, "Dünyada ikən, bu ibadətləri etmişdim, burada yazılı deyil" deyər. "Onlar, silinib qeybət etdiklərinin dəftərlərinə yazıldı" deyilir.)

ALLAH SIZDEN RAZI OLSUN!!!!

-------

  • 29 may 2012 12:08
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
tewekkurler....))

))_AntiLove_((

  • 29 may 2012 11:55
  • Məqalə: 3
  • Şərh: 532
  • Bal:
{awards}
Başqalarını qeybət edib qüsur araşdıran kimsə, öz qüsurlarını görə bilməz. Halbuki öz qüsurları ilə məşğul olan başqalarının qüsurlarını görə bilməz. Başqalarının qüsurları ilə məşğul olan birinin, öz qüsurunu görməyən yazıq bir axmaq olduğu aydın olar.

--------------------
Arxαmdαn dαnışαn Üç Quruşluq İnsαnlαrα , Söyləyə biləcək Tək Sözüm Var ; - Xırda Pullαr Dαimα Səs Sαlαr [; ♥

Leyla M_va

  • 29 may 2012 11:08
  • Məqalə: 1
  • Şərh: 325
  • Bal:
{awards}
ALLAH sizden razi olsun

--------------------
Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.

AysU_DilarE

  • 29 may 2012 10:48
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
twkler maraqli xebere gore

--------------------

★Miss Love★

  • 29 may 2012 10:42
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Qeуbeт eтmekde,oтurub qeуbeтe qulaq asmaqda cox gunahdir...deуerli meqaleуe gore cox sagol

✰Dгeaм✰

  • 29 may 2012 10:26
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Qeybetden nifret edirem.Yene de Alalh razi olsun.

LoVe_LiFe

  • 29 may 2012 10:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun deyerli meqaleye gore

esi .i.

  • 29 may 2012 09:53
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkurler

Mehri_94

  • 29 may 2012 09:38
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
Allah razi olsun!qiybete hemise nifret etmisem indide ele.kimin sefi olub uzune demisem.

--------------------
R :love: M
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 64
Cəmi: 83

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}