Onu Mən Öldürdüm!

 
Onu Mən Öldürdüm!


Budur, qəbrinlə üz-üzə dayanmışam, ziyarətinə gəlmişəm. Gözlərimdən sürətlə üzümə axıb, paltarıma tökülən göz yaşlarım sanki leysan yağışı ilə səs-səsə verib. Birinci dəfə deyil, mən hər gün buradayam sevgilim... qəribədir: sevgilim, bəli sevgilim, sənin yanında, amma səni hiss edə bilmirəm, bu dərd məni ödürür. Əlimi başdaşına vururam, soyuğu məni üşüdür. Xəyalınla isinmək istəyirəm, kədəri məni dondurur. Sənə qarşı elədiklərim ruhumu dəmir qəfəsə salmış, sümüklərimi xurd-xəşil edərək, belimi əymişdir.

Mən indi bütün varlığımla səni arzulayıram. Mən indi bütün hayqırtımla sənə ağlayıram. Sənəmi? Yox, yox, sənə nə var ki! Xoşbəxt yaşadın, xoşbəxt öldün. Mən özümə ağlayıram, özümə! İndi bütün ömrümü səninlə görüş saniyəsinə qurban verərəm, amma sən sağ olanda sənə vaxt ayırmağı, səninlə maraqlanmağı vaxt itkisi sayırdım. Onda mənə dostlar, tanışlarla vaxt keçirmək daha ciddi görünürdü... Sanki hər şey əlimdən çıxacaq kimi gəlirdi mənə, amma sən əlimdə idin, heç yana da qaça bilməzdin. Buna görə də sənə vaxtımın ən dəyərsiz bölümünü ayırırdırm. Evə vaxtımın yorğununu gətirir, əsbimi daşıyırdım. Sanki sənin vəzifən yemək bişirmək. paltar yumaq-ütüləmək, ev təmizəmək imiş! Sanki mən ağa, sənsə mənim (və bizim) nökərimizmişsən! Sanki səni Allah kişiyə xidmətçi olaraq yaradıbmış. Sanki... indi bu “sanki”lər küt alət kimi beynimə çırpılır, az qalır ağrının şiddətindən gözlərim tutulsun, dişlərim xıncım-xıncım olsun.

Mən indi tək Allahımdan savayı kimə şikayətlənim? Mən nə ağır yatmışammış, İlahi! Şeytan məni nə yaman yatırdıb, qəflətə salıbmış. Nəfsim əməllərimə necə don geyindiribmiş! Görünür, məlumdur ki, məni yalnız sənin ölümün ayılda bilərmiş... günahsız bir insanın göz yaşlarına ayılmayan kişini özgə nə ayılda bilərdi ki?! Halbuki dəfələrlə mənə demişdin ki, mənim Allahdan başqa kimsəm yoxdur, mənə bir belə etinasız olma... Doğrudan da, sənin sahibin varmış, O sənə sahib çıxdı, mənə də göstərdi ki, O Özü yiyəsizlərin, sahibsiz bilinənlərin yiyəsi, sahibidir. Ah...!

Hər gün evə gələrkən, uşaqların şən səsləri məni bezikdirirdi, hirsimi səndən çıxırdım. Sən isə sadəcə göz yaşı tökürdün. Allah məni öldürsün! Allah məni bağışlamasın! İndi mənə ölüm də çətindir, bu qara üzlə sənin o parlaq üzünə necə baxaram? Ah... mən ölümü neynirəm, mən çoxdan ölmüşəm onsuz da! Mən ayaq üstə gəzən cənazəyəm, bircə dəfn edənim çatmır. Mən sənə etinasız yanaşdığım, sənin kövrək varlığını, hər şeydən dəyərli vucudunu görməməzliyə vurduğum gündən ölmüşdüm, amma bilmirdim... indi bildim.

Sən nə qədər xoşbəxtsən, canını mənim zülmümdən, hamısından daha ağırı isə, mənim biganəliyim və etinasızlığımdan qurtarmısan. İndi cənnət sənin ayaqların altındadır. Amma mən səni çox ucuz bilmişdim. Nə elədim, özümə elədim, kimə neynədim ki?!

Sən bir həyat yoldaşı olaraq boynuna götürdüyün, əslində vəzifən olmayan işləri bütün yorğunluğuna, ağrı-acılarına baxmayaraq çox gözəl şəkildə yerinə yetirirdin. Amma mən vəzifəm olan heç bir işi vəzifəm deyilmiş kimi öhdəsindən gəlmədim. Mən nə qədər yazıq və aciz imişəm! Halbuki başqaları mənim zahirimə aldanmışdılar, çöldə mələk, evdə iblis idim mən. Çöldəki bütün nigarançılıqlarımı, yorğunluqlarımı, aclıq və susuzluqlarımı evə gətirib ailə həyatımı qaraldan, şeytan məskəninə çevirən mən olmuşam.

Mən kiməm? Heç kim! Mən kiməm? Heç kim! Ey Allah, axı mən kiməm!! İlahi, İlahi, İlahi!!! Mən heç kiməm, mən heç kiməm, heç kim, heç kim, heç kim...

***

Bıy, başıma xeyir! Ay bala, ay Fərid, nə olub sənə, sayıqlayırsan? Heç kim nədir, yenə nə Ay Allah, Allah salmısan, səsin aləmi bürüyüb. Yatmışdın?

Nə? Necə? Yatmışam? Ana, mən yatmışam?


Axı nə olub sənə! Yuxu görürdün?


Yuxu? Mən yuxu görürdüm? Yuxu? Yuxu idi? Mən yuxumu görürdüm? Gördüklərim yuxu idi? Ana! ― deyə qışqırır və dik atılır:


Ana! Məhbubə hanı? - yenə əvvəlki tonla danışır.


Uşağı da götürüb bazara getdi, bazarlıq etməyə - deyə anası cavab verir.

Nigaran və küt-küt səsini yüksəldir:

Necə, bazara, özü də uşaqla? Bəs niyə o gedib, məgər mən ölmüşdüm?


A... Ay bala, sən də qəribə oğlansan ha.... Məgər bayaq özün demədin ki, öl, canın çıxsın, get, bazarlığını et? Yorulub-ölürəm deyən sən deyildin?

Dəli kimi yerindən sıçrayaraq:

Yox, belə olmaz, axı nə vaxta kimi... Allah məni öldürsün! - deyib, qapıdan çölə atılır.

Ana bir şey anlamayaraq başını yelləyir...


***

Bu yuxu olmaya da bilərdi...


Geri dön

frog

  • 16 iyun 2012 01:09
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
vay vay vay bilmirsen adam oldurmek gunahdi?

HU-NUR-ES

  • 31 may 2012 00:44
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Əla hekayədir. Tam 1 azəri ailəsini təsvir edir təəssüf ki...

Cansi

  • 31 may 2012 00:16
  • Məqalə: 0
  • Şərh: 783
  • Bal:
{awards}
qeseng yazidi twk

--------------------
Men eserimin esiriyem

ZAC EFRON

  • 30 may 2012 14:33
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
NO COMMENT!

kishmish

  • 30 may 2012 00:00
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
tuklerim biz biz oldu cox super ela mohtewem soz tapa bilmirem...yazan eller var olsun

★Azerbaijan girl★

  • 29 may 2012 22:34
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
like like like like supper tahnks........................

lovelyyy

  • 29 may 2012 22:23
  • Məqalə: 0
  • Şərh: 344
  • Bal:
{awards}
Maraqlidi.....))))))))) love

--------------------
İnSaNıN hƏyAtInDa CəMi Üç BöYüK hAdİsƏ vAr: DoĞuLmAq, YaŞaMaQ vƏ öLmƏk... O, nEcƏ dOğUlDuĞuNu HiSs EtMiR, iNsAn KiMi YaŞaMaĞı UnUdUr Və ƏzAbLaR İçİnDə ÖlÜr...

... Deryam ...

  • 29 may 2012 21:43
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Bu hekayəni həyatda gerçəkdən yaşayıb peşman olan həyat yoldaşları , övladlar var. AMA Geriyə baxanda dəyərini bilmədiklərini görə bilməyəndə ancaq nifrət dolu baxışları görürlər ......

--------------------

_favorit_arkadas

  • 29 may 2012 20:32
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
hekayəyə görə çox sağol...

--------------------

lie to the world

  • 29 may 2012 20:20
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
maraqliydi ama bir o qederde qeribeydi...cox sagol

--------------------

✰GlaMurKa✰

  • 29 may 2012 20:00
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
coxx maraqlidi canim tsk

Delya_91

  • 29 may 2012 19:53
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
coox maraqli idi,beyendim

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

enigmatic_girl

  • 29 may 2012 19:51
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir..(( no

--------------------

I am Happy

  • 29 may 2012 19:32
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Sən bir həyat yoldaşı olaraq boynuna götürdüyün, əslində vəzifən olmayan işləri bütün yorğunluğuna, ağrı-acılarına baxmayaraq çox gözəl şəkildə yerinə yetirirdin. Amma mən vəzifəm olan heç bir işi vəzifəm deyilmiş kimi öhdəsindən gəlmədim. Mən nə qədər yazıq və aciz imişəm! Halbuki başqaları mənim zahirimə aldanmışdılar, çöldə mələk, evdə iblis idim mən. Çöldəki bütün nigarançılıqlarımı, yorğunluqlarımı, aclıq və susuzluqlarımı evə gətirib ailə həyatımı qaraldan, şeytan məskəninə çevirən mən olmuşam.


Maraqliidi cox beyendim.

--------------------

..:MeleK kiz:..

  • 29 may 2012 18:20
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
menide olduren biri var

Leyla M_va

  • 29 may 2012 18:04
  • Məqalə: 1
  • Şərh: 325
  • Bal:
{awards}
Suuuuppppppppppperrrr

--------------------
Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.

esi .i.

  • 29 may 2012 16:50
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
minnetdarammmmmmmmmmmmmm

★Miss Love★

  • 29 may 2012 16:39
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Cooox menali ve gozel hekaуe idi sona kimi oxudum ellerine sagliq...Kaw buтun kiwiler oz xanimlarinin ne qeder deуerli oldugunu gec olmadan anlaуa bilse...

LoVe_LiFe

  • 29 may 2012 16:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ayyy coxx maraqliydii beyendimm super tesekkurler

✰Dгeaм✰

  • 29 may 2012 16:32
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox kederli hekaye idi.Tesekkurler.

C.I

  • 29 may 2012 16:31
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
ayyyyyy cox menali bir hekaye idi cann cox sag ol tesekkur xeberine gore..........

--------------------

))_AntiLove_((

  • 29 may 2012 16:31
  • Məqalə: 3
  • Şərh: 532
  • Bal:
{awards}
Coox Maraqli idi..Tewekkurler

--------------------
Arxαmdαn dαnışαn Üç Quruşluq İnsαnlαrα , Söyləyə biləcək Tək Sözüm Var ; - Xırda Pullαr Dαimα Səs Sαlαr [; ♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}