Bir qızın hekayəsi

 
Bir qızın hekayəsi

Hər şeydən şikayət edən bir qız var idi. Həyatın dözülməz olduğunu düşünürdü. Mübarizə aparmaqdan yorulmuşdu. Bir problem qurtarmamış başqası ilə üzləşirdi. Atası qızının bu vəziyyətini görüb ona dərs verməyi qərara aldı. Qızın atası aşpaz idi. Bir gün qızını mətbəxə apardı. Üç qab götürüb ocağın üzərinə qoydu.Su ilə doldurduqdan sonra altını yandırdı. Su qaynamağa başlayanda birinə yerkökü, o birinə yumurta, üçüncüsünə isə qəhvə tumları qoydu. Qızına bir kəlimə də demədən gözləməyə başladı. Qızı heç bir şey başa düşmədiyi üçün sakitcə baxır və bu işin nə ilə qurtaracağını bilmək istəyirdi.Ancaq o qədər səbirsiz idi ki, bir az keçməmış sual verməyə başladı.Atası dinmirdi. İyirmi dəqiqə sonra ata qabların altını söndürdü. Əvvəl yerkökünü çıxarıb bir qaba qoydu. Sonra yumurtanı çıxardı. Nəhayət üçüncü qabdakı qəhvəni götürüb bir fincana tökdü.
Üzünü qızına tutub soruşdu:
- Nə görürsən?
Yerkökü, yumurta, qəhvə - deyə qızı saymazyana cavab verdi.
- Daha yaxından bax, dedi atası.
- Yerkökünə toxun.
Qız deyiləni etdi. Yerkökü yumşalmışdı.
- İndi də yumurtaya bax.
Yumurtanın qabığı əvvəlkindən də bərk idi.
- İndi də qəhvənin dadına bax.
Qızı qəhvədən bir qurtum aldı, çox gözəl dadı var idi.Qızın üzünə xoş təbəssüm yayıldı.Amma yenədə heç nə başa düşməmişdi.
- Bütün bunlar nə deməkdi ata?
- Ata belə izah etdi. Yerkökü, yumurta və qəhvə hər üçüdə eyni şeyə məruz qaldı. Ancaq hər birinin də 'münasibəti' başqa başqa idi.
- Yerkökü əvvəlcə bərk, güclü və amansız görünsə də, qaynar suyun içərisində yumşaldı, gücdən düşdü.Yumurta isə zərif idi. Nazik qabığı ilə içindəki mayeni qoruyurdu. Ancaq qaynar suda qatılaşdı. Amma qəhvə tamam başqa idi. Qaynar suda həm özü dəyişdi, həm də suyu dəyişdirdi.
- Sən bunlardan hansısan?
Həyatda bir problemlə qarşılaşdıqda necə 'münasibət' göstərəcəksən? Yerkökü kimi yumşalıb, əziləcəksənmi? Yumurta kimi qatılaşacaqsanmı?
Yoxsa, qəhvə kimi başına gələn bir hadisənin həyatına yeni bir dad verməsinəmi çalışacaqsan?
Qız artıq atasının nə demək istədiyini başa düşmüşdü...


Geri dön

omur

  • 14 aprel 2011 16:57
  • Məqalə: 0
  • Şərh: 231
  • Bal:
twwwwwwwk maraqli idi

--------------------
wirinler

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:17
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkur xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

only-girl

  • 1 aprel 2011 19:51
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
tesekkur xebere gore

--------------------

Ulya

  • 10 noyabr 2010 11:24
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli heyayeye gore

Yusif

  • 9 noyabr 2010 20:55
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Cox maraqli Hekayedir Cox saq ol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 19
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}