"Eurovision 2012" - BİZ bunu bacardıq!

 
"Eurovision 2012" - BİZ bunu bacardıq!

Bakıda keçirilən müsabiqə 57 illik tarixi olan müsabiqələrdən ən yaxşısı oldu

Azərbaycanın paytaxtı Bakıda keçirilən 57-ci Eurovision Mahnı Müsabiqəsi öz möhtəşəmliyi ilə müsabiqənin tarixinə qızıl hərflərlə yazıldı. ANS PRESS-in məlumatına görə, 42 ölkənin qatıldığı "Eurovision 2012" ilk növbədə yüksək səviyyədə təşkilatçılığı ilə bütün dünyaya nümunə oldu. Bəli, 22-24 mayda keçirilən yarımfinallar və 26 mayda baş tutan final şousu möhtəşəmliyi ilə yaddaşlara həkk olundu.

Azərbaycan "Eurovision" taktikası ilə dünyanı fəth etməyi bacardı

Dünyanın diqqət mərkəzində olan böyük bir hadisənin Azərbaycanda keçirilməsi 20 illik müstəqillik tarixi olan gənc ölkə üçün bir şans idi. Azərbaycan özünü dünyaya tanıtmaq üçün əlinə düşən fürsətdən yüksək dərəcədə istifadə etdi. Bəli, “Azərbaycan” kəlməsini tələffüz edə bilməyənlər, Azərbaycan adlı ölkənin xəritənin hansı küncdə yerləşdiyindən xəbərsiz olanlar Odlar Yurdunu məhz Eurovision mahnı Müsabiqəsi ilə tanıdılar. Daxili və xarici qüvvələrin bizə qarşı apardığı kampaniyalar baxmayaraq, həm dövlət olaraq, həm xalq olaraq BİZ bunun öhdəsindən layiqincə gəldik. Artıq Azərbaycanı nəinki dünyada tanıdılar, hətta Yer üzündə belə bir xalqın, millətin var olmasına sevindilər. Bunu Azərbaycana gəlmiş 1000-dən çox xarici jurnalistlərin təəssüratlarına əsaslanaraq yazıram. İki həftə Eurovision Mətbuat Mərkəzində hər gün birlikdə olduğumuz xarici jurnalistlərin dilindən ünvanımıza eşitdiyimiz təriflər bizi göyün yeddinci qatına qaldırırdı. Fəxr ediləsi çox şeylər var idi – qonaqpərvərliyimiz, gülərüzlü olmağımız, yüksək təşkilatçılıq, Bakının gözəlliyi və sairə.

Bakı Kristal Zalı” hər kəsi valeh etdi

Eldar Qasımov və Nigar Camalın ötən il 14 mayda “Eurovision 2011”də qələbə qazanması ilə müsabiqəni keçirmək hüququnu əldə edən Azərbaycan 11 ay ərzində öhdəsinə düşən işi yüksək səviyyədə həyata keçirdi. 8 ay ərzində dənizin sahilində tikilib təhvil verilmiş “Bakı Kristal Zal” öz möhtəşəmliyi ilə hər kəsi heyran qoydu. 25 min tamaşaçı tutumu olan konsert zalının olduqca geniş, işıqlı səhnəsi təmsilçilərin arzuladığı bir səhnə idi. Səhnədə istifadə olunan işıq effektləri təmsilçilərin təqdim etdiyi şounun əsas hissəsini təşkil edirdi. Hətta Böyük Britaniyanı təmsil edən dünya şöhrətli Engelbert Hamperdink öz heyranlığını gizlədə bilmədi. İndiyədək yüzlərlə böyük səhnələrdə çıxış etmiş 76 yaşlı müğənni “Bakı Kristal Zalı”n səhnəsinin möhtəşəmliyindən danışdı.

Hər iki yarımfinalda olduğu kimi, final şousunda da "Bakı Kristal Zal" hər təmsilçidən əvvəl onun ölkəsinin bayrağında işıqlandırıldı.

Eurovision Mətbuat Mərkəzi

Eurovision 2012”-ni işıqlandırmaq üçün yerli və xarici KİV-lərdə 1500 jurnalist qeydiyyatdan keçmişdi. Jurnalistlərin rahat işləməsi məqsədilə “Bakı Kristal Zalı”n düz yanında tikilən Eurovision Mətbuat Mərkəzində hər şey yüksək səviyyədə idi. Mətbuat Mərkəzi 13-27 may ərzində dünya KİV-nin nümayəndələrinin gününü, yarımfinnallar və final şouları zamanı isə sutkasını keçirdiyi bir məkan idi. Jurnalistlərin çalışdığı iri zalda 1500 noutbok quraşdırılmışdı və sürətli internetlə təmin edilmişdi.

Mətbuat Mərkəzinin daxilində həmçinin ölkə təmsilçiləri ilə mətbuat konfranslarının keçirilməsi üçün 500 nəfərlik Mətbuat Zalı var idi.
Pressa üçün nəzərdə tutulmuş kafe hər kəsin ürəyincə idi. Burada jurnalistlərə pulsuz çaylar, şirələr, sulardan əlavə Azərbaycanın milli şirniyyatlarından paxlava, şəkərbura, badambura və şəkərçörək təklif edilirdi. Şirniyyat sevməyənlərə ağartı məhsullarından dovğa, ayran pulsuz, pendir və cürbəcür çeşidli kəsmiklər təklif edilirdi. Dünya KİV-lərinin nümayəndələri cürbəcür meyvələr, qoz, fındıq və badam ləpələri ilə qonaq edilirdi. Sonuncu həftə isə Mətbuat Mərkəzinin qarşısında manqallar quruldu, kabablar bişirildi və mətbuat nümayəndələrinə pulsuz olaraq verilirdi. Yerli jurnalistlərdən fərqli olaraq bütün bunlar xarici mətbuat nümayəndələrini təəccübləndirmişdi. Heç vaxt “Eurovision”da iştirak etməyən yerli mətbuat nümayəndələri əvəlcə bunu adi qarşıladılar. Sonrakı günlərdə xarici jurnalistlərdən eşitdiklərimizlə Azərbaycanda keçirilən “Eurovision”un digərlərindən müsbət tərəfdən fərqləndiyi öyrəndik. Norveçdə və Almaniyada keçirilən “Eurovision”da iştirak edən xarici jurnalistlər bu fərqin yerlə-göy qədər olduğunu deyirdilər.

Xarici jurnalistlər 27 mayın səhər saat 5 radələrində Eurovision Mətbuat Mərkəzini birdəfəlik tərk edən xarici jurnalistlər “Qud by, Press Center” deyərək məkanla sağollaşırdılar. Hər kəs, biz yerli jurnalistlər də buradan doğma ocaqlarından ayrılmış kimi idik. Cəmi 2 həftə hər gün gəldiyimiz bir məkandan ayrılmaq və bir daha buraya qayıtmamaq hissi çətin idi.

Euroclub” və "Euro village"

Əl Oyunları Sarayında yaradılmış “Euroclub” ölkə təmsilçilərinin, nümayəndə heyətlərinin, fanatların və jurnalistlərin ən çox sevdiyi məkan oldu. Burada təmsilçilərin iştirakı ilə konsertlər təşkil olunurdu. “Euroklub” müsabiqə ərəfəsində gecə səhərədək açıq olurdu. “Kristal Zal” və Mətbuat Mərkəzindən işlərini başa vuranların əksəriyyəti yolunu buradan salırdı. Bura yorğunluğu, stresi atmaq üçün gözəl məkan idi.

Milli Parkda quraşdırılmış "Euro village" isə müsabiqəni izləmək imkanından məhrum olanlar üçün böyük fürsət oldu. Hər gün minlərlə yerli sakin və şəhərimizin qonaqları "Eurovision 2012" təmsilçilərinin canlı ifalarını burada təşkil olunmuş konsertlərdə izləyə bilirdilər.

Müsabiqənin favoritləri uğur qazandılar

Azərbaycanın paytaxtı Bakıda keçirilən “Eurovision 2012” bəlkə də siyasətdən ən çox uzaq müsabiqə kimi yadda qalacaq. Çünki Eurovision Mahnı Müsabiqəsi favoritlər builki kimi uğur qazanmamışdılar. Çox vaxt ən çox bəyənilən ifaçılar səsvermə zamanı sonuncu yerlərdə olurdular. Bukmekerlərin proqnozları uzun illərdi özünü doğrultmurdu. “Eurovision 2012” eyni zamanda bukmekerlərə uğur gətirdi. Onların verdiyi proqnozlar özünü 100% doğrultdu. Hələ yarımfinal mərhələsindən qabaq şəksiz birinciliyə namizəd olan Isveç təmsilçisi Lorin “Eyforiya” mahnısı ilə 492 mümkün baldan 372 səs qazanaraq qalib oldu. 42 ölkənin 18-dən ifaçıya 12 bal gəldi. Müsabiqə tarixində təkcə Aleksandr Rıbak 2009-cu ildə 387 bal toplaya bilmişdi. Lorin müsabiqənin II yarımfinalında da birinci olmuşdu. Daha bir yarımfinal birincisi Rusiya təmsilçisi “Buranovskiye babuşki” 259 səslə finalda ikinci oldu. Çoxları müsabiqə ərəfəsində qısa müddət ərzində bütün dünyada sevilərək məşhurlaşan nənələri “Party For Everybody” mahnıları ilə birinci yerdə görmək istəsə də İsveç təmsilçisi onları 113 səslə geridə qoydu. Müsabiqədə 2-ci yeri tutan Rusiya təmsilçiləri “Buranovskiye babuşki” qrupuna İsveçrədən başqa bütün ölkələr səs verib. Serbiya təmsilçisi Zeljko Yoksimoviç də favoritlər sırasında idi. Onun öz bəstəsi olan “Nije Ljubav Stvar” mahnısı müsabiqənin sevilən musiqi nömrələrindən idi və bu da özünü səsvermədə doğrultdu. Serbiya 214 səslə III yerə sahib çıxdı.

Azərbaycanın Eurovision Mahnı Müsabiqəsindəki uğuru ənənəyə çevrildi

"Eurovision" mahnı müsabiqəsinə 2008-ci ildən qatılan Azərbaycan ilk beşliyə düşərək bu il də uğura imza atdı. Samir və Elnur ilk dəfə iştirak etdiyimiz mötəbər beynəlxalq müsabiqədə 8-ci yerə yüksələ bildilər. Aysel və Araşın "Eurovision 2009"dakı çıxışı bizi 3-cü etdi. "Eurovision 2010"da Səfurə ilk beşliyə düşdü və Eldar və Nigar 2011-də ölkəmizə qalibiyyət sevincini yaşatdı. Azərbaycan “Eurovision” mahnı müsabiqəsindəki uğurunu bu il də təkrarladı. Finalda iştirak edən 42 ölkədən 21 ölkə bizə səs verdi və Səbinə Babayeva 150 səs toplayaraq 4-cü yerə sahibləndi. Səbinənin peşəkar ifası və təqdim etdiyi "When the music dies" mahnısı öz layiqli yerini tutdu. 26 ölkə içində 4-cü olmaq kiçik nailiyyət deyil. Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində iştirak etdiyi 5 ildə Avropa tamaşaçısının ən çox səs verdiyi ölkələrdən biri oldu.

İsveç 5-ci dəfə qalib oldu
İsveç 57 illik tarixə malik Eurovision mahnı Müsabiqəsində 5-ci dəfə qalib oldu. Bu ənənəni 1974-cü ildə “ABBA” qrupu qoymuşdu. Ölkə daha sonra 1984, 1991, 1999 illərdə birinci olmuşdu. “Eurovision 2012”-də Lorin ölkəsinə qələbə sevinci yaşatdı və İsveç “Eurovision 2013”ni öz ölkəsində keçirmək hüququnu qazandı.

Can Bonomo Türkiyə və Azərbaycanı daha da mehriban etdi

Türkiyə təmsilçisi Can Bonomonun yarımfinaldakı və finaldakı çıxışı zamanı Eurovision Mətbuat Mərkəzindəki azərbaycanlı jurnalistlərin ifaçını yallı gedərək dəstəkləməsi Türkiyədən gəlmiş qonaqları bir balaca təəccübləndirmişdi. Can Bonomonun finala keçdiyi elan olunanda iki qardaş millətin sevincindən bir-birini qucaqlaması çox təsiredici səhnə idi.

Eyni müəllifin mahnıları birinci və axırıncı yerləri qazandı

Sonuncu yerdə 7 balla Norveç oldu. Ölkəni iranlı müğənni Tuji təmsil edirdi. Qəribə də olsa onun ifa etdiyi “Stay” mahnısının bəstəkarı Peter Bostoem eyni zamanda Loreni birinci edən “Euphoriya” mahnısının müəllifidir. Bir müəllifin bəstələdiyi mahnı eyni müsabiqədə birinci və sonuncu yerləri qazanması maraqlı nəticədir.

Pop-musiqinin vətəni növbəti uğursuzluğa düçar oldu

Böyük Britaniyanı təmsil edən dünya şöhrətli 76 yaşlı müğənni Engelbert Hamperdinkin 12 səs toplaması heç də təəccüblə qarşılanmadı. Onun finalın açılışını etdiyi sentimental “Love Will Set You Free” kompozisiya bəyənilsə də tamaşaçıda pozitiv hisslər oyatmadı və bu əlbəttə ki, səsvermədə özünü biruzə verdi. Beləliklə, pop-musiqinin vətəni növbəti dəfə mahnı müsabiqəsində uğursuzluğa düçar oldu. Ölkə 2008-2010-cu illərdə sonuncu yerdə olmuşdu. Bu dəfə isə onu axırıncı yerdən nə az, nə çox cəmi 5 bal ayırırdı.

Eurovision 2012” siyasətdən daha uzaq oldu

Eurovision” mahnı müsabiqəsinin siyasətlə qarışdıranlar az deyil. Tamaşaçılar səsvermədə daha çox qonşu və dost olduqları ölkənin təmsilçisinə üstünlük verirlər. Bu səsvermədə diasporanın da rolu istisna olunmur. Bəli, hər dəfə qalib ölkənin qazandığı uğurda siyasətin təsiri az olmurdu. Lakin Bakıda keçirilən “Eurovision 2012” indiyədək keçirilənlərə nisbətən siyadətdən daha uzaq oldu. Lorinin əvvəlcədən proqnozlaşdırılmış qəti qələbəsi bunu deməyə inkan verir. Müğənni milyonlarla tamaşaçını “Eyforiya”sının təsiri altına salaraq qalibiyyəti əldə edə bildi. İsveç təmsilçisinə builki müsabiqədə iştirak edən 42 ölkədən yalnız bir ölkədən - İtaliyadan səs gəlmədi. Lorinin qələbəsi bizə imkan verir ki, Eurovision siyasətdən uzaq bir yarışma olmasa da, milyonlarla tamaşaçı sonda məhz yaxşı musiqini və performansı qalib görmək istəyir.

Bu ilki müsabiqədə zəif mahnı yox idi

Bu ilki musiqi festivalında zəif mahnı yox idi və hər təmsilçi birincilik uğrunda ciddi mübarizə aparırdı. Final mərhələsində “Bakı Kristal Zalı”n möhtəşəm səhnəsində öz perfomanslarını nümayiş etdirən Böyük Britaniyanı təmsil edən Engelbert Hamperdink, Macarıstandan "Compact Disko" qrupu, Albaniyadan Rona Nişliu, Litvadan Donny Montell, Bosniya və Herseqovinadan Maya Sar, Rusiyadan "Buranovskiye babuşki", İslandiyadan Greta Salome & Jonsi, Kiprdən İvi Adamou, Fransadan Anqun, İtaliyadan Nina Zilli, Estoniya Ott Lepland, Norveçdən Tuji, Azərbaycandan Səbinə Babayeva, Rumıniyadan "Mandinga", Danimarkadan Soluna Samay, Yunanıstandan Eleftheria Eleftheriou, İsveçdən Lorin, Türkiyədən Can Bonomo, İspaniyadan Pastora Soler, Almaniyadan Roman Lob, Maltadan Kurt Kalleya, Makedoniyadan Kaliopi, İrlandiyadan "Jedward", Serbiyadan Zeljko Yoksimoviç, Ukraynadan Qaytana, Moldovadan Paşa tamaşaçıların rəğbətini qazandılar. Bir sözlə, “Eurovision 2012”də zəif çıxış olmadı, təmsilçilər gözəl musiqi ilə yanaşı əsl şou göstərdilər.


Geri dön

frog

  • 20 iyun 2012 20:17
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
SEBRIM CHATMADI OXUMAGA

Nuray2012

  • 20 iyun 2012 11:48
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

✰GlaMurKa✰

  • 4 iyun 2012 15:34
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Sitat: ANGEL252
coooooooooooooooxxxxxxx uzun idi amma oxudum

winked

keven

  • 3 iyun 2012 11:23
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

ANGEL252

  • 2 iyun 2012 00:29
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
coooooooooooooooxxxxxxx uzun idi amma oxudum wink

✰GlaMurKa✰

  • 1 iyun 2012 20:37
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
serhlere gore tesekkurlerrr

_favorit_arkadas

  • 1 iyun 2012 15:17
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
ZAC EFRON,
Aydaaaaaa..Eurovision gutarda xeberleri gutarmadida=))))

--------------------

..::Only_Life::..

  • 31 may 2012 20:12
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
Sitat: GLAMOUR_97
Halladir bizimmkileree))Ugurlarimizin davami olsunAMIN!!!!!!!!!!!!!

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

asel

  • 31 may 2012 19:30
  • Məqalə: 0
  • Şərh: 1016
  • Bal:
{awards}
heqiqetende qurur verici 1weydi twkler xebere gore

--------------------
awk aciyi sever.

enigmatic_girl

  • 31 may 2012 18:50
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: ZAC EFRON
Aydaaaaaa..Eurovision gutarda xeberleri gutarmadida=))))

wink

--------------------

SabriNa B-va

  • 31 may 2012 17:09
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Сппппппппппппппппппппппссссссссссссс [hide][/hide]

Victorious

  • 31 may 2012 17:03
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Tesekkurler maraqli xeberdi

--------------------

lovelyyy

  • 31 may 2012 16:07
  • Məqalə: 0
  • Şərh: 344
  • Bal:
{awards}
xebere gore tesekkurler smile

--------------------
İnSaNıN hƏyAtInDa CəMi Üç BöYüK hAdİsƏ vAr: DoĞuLmAq, YaŞaMaQ vƏ öLmƏk... O, nEcƏ dOğUlDuĞuNu HiSs EtMiR, iNsAn KiMi YaŞaMaĞı UnUdUr Və ƏzAbLaR İçİnDə ÖlÜr...

SlaDkaya Deliwka

  • 31 may 2012 15:53
  • Məqalə: 1513
  • Şərh: 1577
  • Bal:
{awards}

ZAC EFRON,
Aydaaaaaa..Eurovision gutarda xeberleri gutarmadida=))))

wink

))_AntiLove_((

  • 31 may 2012 15:19
  • Məqalə: 3
  • Şərh: 532
  • Bal:
{awards}
Tewekkurler.. smile

--------------------
Arxαmdαn dαnışαn Üç Quruşluq İnsαnlαrα , Söyləyə biləcək Tək Sözüm Var ; - Xırda Pullαr Dαimα Səs Sαlαr [; ♥

---ANGELA---

  • 31 may 2012 14:59
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
MƏQALƏYƏ GÖRƏ TƏŞƏKKÜRLƏR AMMA ÇOXDUYE HAMISINI OXUMADIM....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

my angel__

  • 31 may 2012 14:34
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
halaldi bizimkilere))o gun olsun bu ilk olmasin coxlu qelebeler qazanaq)

--------------------
Помни, что ты - мое все ❤

alicia

  • 31 may 2012 14:20
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
aferin bizimkilere sebine de cox superiydi mahnida super

GlamouR_

  • 31 may 2012 14:15
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Halladir bizimmkileree))Ugurlarimizin davami olsun

AMIN!!!!!!!!!!!!!
winked

--------------------

✰GoLd GirL✰

  • 31 may 2012 13:14
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox gozel oldu.yeniden ugrlar Azerbaycana....

LoVe_LiFe

  • 31 may 2012 13:05
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqliydi tesekkurler

..:MeleK kiz:..

  • 31 may 2012 13:00
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
dogurdan super olmusdu o qeder pul tokmeye deyer

✰Dгeaм✰

  • 31 may 2012 12:59
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli melumat ucun cxo sag ol canim.

ZAC EFRON

  • 31 may 2012 12:58
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
Aydaaaaaa..Eurovision gutarda xeberleri gutarmadida=))))

_BiRiCiK_

  • 31 may 2012 12:55
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
AAAAAAAAAAY ÇÇÇOX TWK

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 35

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}