Niyə bu həyatıma son qoymuram?

 
Niyə bu həyatıma son qoymuram?

Əslində çox bəd,xoş olmayan bir sualdır. Bayırda günəş açıb,qışın başındakı son payız havalarını yaşarkən niyə insan bu sualı versinki özünə?
Başa salıram,

Hər bir normal insan kimi məndə müəyyən yaş həddinə çatanda 3-5 sual soruşmağa başladım özümdən. Hardan gəldik? Hara gedirik? Kimik? Kimlərdənik?...kimi suallar. Cavablar vardı əlbəttə. Açdım oxudum amma nələrinsə içimdə əskik qalmasını hiss etdim. Həyatı başa düşmürdüm. Sualıma tam əmin cavab tapmırdım. Birdən bir gözəl sual çıxdı qarşıma:

Həyatın mənası nədir?

Əslində bu sualı soruşarkən almaq istədiyim cavab bu idi: “Həyatın mənası ........dur” amma bu sualı verəndə içimdən elədə mənalı cavab gəlmir,istədiyim şeyi tam olaraq əldə edə bilmirəm,nöqtələrin yerini məntiqli bir şey qoya bilmirəm. Ona görə ki,bu sual elədə güclü sual deyildi. Başqa bir sual verməliydim özümə. Onda eyni cavabı amma istədiyim kimi almaq istəyirəmsə sualı dəyişdirirəm.

Bu dəqiqə hə bax elə bu dəqiqə niyə həyatıma son vermirəmki?

Sual əvvəlkinə baxanda xoş olmasada ağlıma o qədər cavab gəldiki çox sevindim. Hətta bu cavabları elə içdən deyirdimki,mənə çox qəribə gəldi. Bu suala birdən birə bu qədər cavab tapa bildim?. Həyatıma niyə son vermirəm?Bu suala cox cavablar verə bilərdim:

Ailəm üzülər deyə bilərəm ,və yaxud məni sevənlər,

Ölkəmin mənə ehtiyacı ola bilər deyə bilərəm,

Yaşamağı sevirəm yada gitara çalmağı,uçmağı,danışmağı,gəzməyi,iyləməyi,dadmağı,nəfəs almağı,oppanmağı,yazı yazmağı sevirəm deyə bilərəm.

Günahdı deyə bilərəm,içimdə ALLAH qorxusu var...

Hətta bəlkə çox incidər məni deyə bilərəm.

Bir anlığa boş bir otaqda oturub bir qələmlə həyatınızda nə varsa pozduğunuzu düşünün:ailəniz,yaxınlarınız,dostlarınız,sevgiliniz,qaçmaq,tullanmaq.........
Beləcə intihar edən adamların nə qədər ağılsız olduğunu görərsiniz. Həyatın mənası nədir? Heç bir şey..... əgər nəfəs almaq yoxdursa....və beləcə həyatımın mənasını bəd bir sualla öyrənə bildim..Həyatda hər şeydən doymamağa çalışmaq lazımdı. Bir fakt yadıma düşdü.

Bu yaxınlarda alman milyarderi olan Ditmar Hopun oğlu 21 yaşında olarkən özünü asıb. Xeyir, bu kriminal xəbərlər deyil. Özünü asarkən cavan oğlan ölümünün səbəbini yazıb. Məktubda deyilir-“Mən həyatda hər şeyin dadına baxdım,hər şeyi gördüm və bütün arzularım həyata keçdi. Indi isə ölümün dadına baxmaq istiyirəm”
Bu sadəcə ağılsızlıqdır.....İnanıramki həmin oğlan bayaq mənim verdiyim bəd sualı özünə versəydi belə etməzdi..

Sizə yaşamağın ləzzətini çıxartmağı arzu edirəm,DOSTLAR!Bilirəm bilirsiz amma yenədə yadınıza salımki, HƏYAT ÇOX GÖZƏLDİ,YAŞAMAĞA DƏYƏR!


Geri dön

omur

  • 13 aprel 2011 17:01
  • Məqalə: 0
  • Şərh: 231
  • Bal:
menim ucun yasamaqla olmeyin ferqi yoxdu .........
ama xebere gore twk....
men onsuzda olmusem......

--------------------
wirinler

Ulya

  • 10 noyabr 2010 11:38
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox xosuma geldi xeber

AskZede

  • 9 noyabr 2010 23:17
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
hmm dogurdanda heyat cox gozledir yasamaq gormek dunayada hec bir seyden doymaq omaz mence o mektub sef yazilib mence beledi neise twk xebere gore belay

--------------------

Just For Legend

  • 9 noyabr 2010 23:03
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
“Mən həyatda hər şeyin dadına baxdım,hər şeyi gördüm və bütün arzularım həyata keçdi. Indi isə ölümün dadına baxmaq istiyirəm”

ALLAHIN VERDIYI CANI ALLAHDAN BASQA HER KIM ALARSA,EN BOYUK GUNAHI QAZANMISH OLAR !!!!

--------------------

Yusif

  • 9 noyabr 2010 22:47
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
maraqli xeberdi twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 31
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}