Xoşbəxtlik həsrəti (17-ci hissə)

 
Xoşbəxtlik həsrəti (17-ci hissə)

Sevinc anası ilə başını aşağı salıb həyatını yaşayacağını, balasını böyüdəcəyini xəyal etməyə başlamışdı. Bir yandan da Vahidi düşünürdü. "Görəsən Əsmər ona dedi? Bəs Vahid niyə gəlib məni aparmadı? Yox, onsuz da gəlsə də getməyəcəm! Onu bağışlamamışam. Bağışlaya bilmərəm. Heç vaxt!..." Hamilə olduğunu bildiyi gündən içində bir ümid işığı yanırdı. Gələcəyini, balasını düşünürdü. Hər gün haldan-hala düşsə də, alışırdı hər bir şeyə. Amma dayısı Cavid Sevincin hamilə olduğunu eşitdiyi andan əsəbi idi. Elə hey bir yol axtarırdı ki, Vahidə zəng vursun. Amma bacısının sözlərini də unutmurdu: "Qardaş, Sevinc Vahidin gəlişini gözləyir. O mütləq gələcək ailəsini yanına aparacaq. Burda hələ ki, çətin vaxtlarını ötürür. Orda kim baxacaq Sevincə? Qoy Vahid gələnə kimi burda qalsın. Yaxşılaşsa, sən özün apararsan". Hər kəs alışmağa çalışırdı. Tərlan isə bacarmırdı. Sevinci çox sevirdi. Arifə kimi insanla ailə qurduğuna da peşman idi. Nə Tərlana qayğıkeş, gülər üzlü həyat yoldaşı, nə də anasına layiqli gəlin olmadı. Amma nə etsin, onun kitabında boşanmaq sözü yox idi. Sevincin hamilə olduğunu biləndən elə hey onu düşünürdü: "Görəsən Vahid niyə gəlib aparmadı onu? Yəni bu qədər alçaqdır? Sevinc! Ehhh.... İlahi sən özün ona kömək ol! "

O gecə Tərlan niyəsə yata bilmədi. Səhərə kimi yerinin içində "qaynıyırdı". Səhərə yaxın sübh azanının səsi gələndə yerini tərk etdi. Pəncərəni açıb azanı dinləməyə başladı. Qəlbində isə ylanız və yalnız Sevinc üçün dua edirdi. Birdən yandakı otaqdan tappıltı eşitdi. Nə olduğunu anlamadı. Amma səs anasının otağından idi. İri addımlarla yandakı otağa girdi. Qarşısındakı mənzərə acı da olsa real idi. Anası yatağın kənarında yerə sərilmişdi....

-Allah rəhmət eləsin!.

-Allah ölənlərinizə rəhmət eləsin.

Budur, Tərlan ağlamaqdan boğazı gözü şişmiş halda ona başsağlığı verənlərə boğuq səslə cavab verirdi. Taqəti yox idi daha. Anasını bir an içində itirmişdi. Arifə: "Allaha şükr et ki, anan əzab çəkmədən öldü." deyərdi. Başqaları isə boş-boş baş sağlığı verərdilər. Quru təsəllilər Tərlanı bezdirirdi. Heç bir dəyəri yox idi onun üçün. Tərlan anasını itirmişdi. Bu heç də adi acılara bənzəmirdi. Nə dərd, nə kədər,nə göz yaşları, nə baş sağlıqları onu geri qaytara bilməzdi.

Tərlanın için-için ağlamaqdan boğazı şişmişdi. Mətbəxə keçib Arifədən isti su istədi. O da isti suyu gətirənə kimi Tərlan ordaca kiçik stulda əyləşdi. Bu vaxt Sevinc qadınların məclisi üçün çay aparmağa gəldi. Tərlan Sevinci görər-görməz özünü itirdi. Heç onun burda olduğundan xəbərdar deyildi. Arifə də Sevincin ardınca mətbəxə dönəndə bu qarşılaşmanın şahidi oldu. Nə danışacaqlarını rahat eşitmək üçün qapıya doğru əyildi:

-Sevinc?

-Tərlan, Allah rəhmət eləsin! Yeri Cənnət olsun!

-Sağ ol Sevinc, Çox sağ ol...

- Bu qədər özünü incitmə. Olacağa çarə yoxdur. Onun qisməti bura qədərmiş. Dərdə salma özünü.

- Mənim üçün nigaran olma, Sevinc. Sən balanı düşün. Sənin xoşbəxt olmağını hər şeydən çox istəyirəm. İnşallah, Vahid sənin qədrini anlayar.

Əslində Tərlan özü də bilmədən utanmadan Sevincə ürəyindəkiləri dedi. Amma sevgisindən başqa...

- Hə? Demək belə Tərlan! Sən hələ də bu "sərçəni" sevirsənmiş. "Sənin xoşbəxt olmağını hər şeydən çox istəyirəm". Puah, sən öləsən! Mənə də Arifə deyərlər. Sizi elə günə qoyum ki, dəymişiniz dura-dura kalınız tökülsün. Dayanın....

Ardı var

Yazan: Xəyalə Murad

İcazəsiz kopya edilməsi qadağandır.
a


Geri dön

frog

  • 16 iyun 2012 20:37
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
thanks,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Aysel_

  • 5 iyun 2012 16:24
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Men bu hekayeni cox beyenirem ve de hemise maraqla oxuyuram...Tesekkurler,,,

C.I

  • 3 iyun 2012 18:01
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
тесеккур хебере горе..............

--------------------

✰GoLd GirL✰

  • 1 iyun 2012 20:27
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox gozel oxuyuram ve ardini gozleyirem.....

✰GlaMurKa✰

  • 1 iyun 2012 20:14
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqlidi tesekkurlerrr

_favorit_arkadas

  • 1 iyun 2012 14:09
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Xəyalə Murad,
hmmm

--------------------

C.I

  • 1 iyun 2012 13:06
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
maraqli xeebre gore tesekkur edirem..........

--------------------

Xəyalə Murad

  • 1 iyun 2012 09:57
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
MARAQLA OXUYUB SƏBR EDƏRƏK HƏR HİSSƏNİ GÖZLƏMƏYİNİZƏ HEYRANAM. TƏBRİZ BƏY BƏLKƏ BİR GÜNDƏ İKİ HİSSƏ YERLƏŞDİRƏSİZ? OXUCULARIM TƏSİRLƏNİRLƏR))

Sheytanka

  • 1 iyun 2012 01:28
  • Məqalə: 31
  • Şərh: 356
  • Bal:
{awards}
maraqlidir tewekkur

--------------------
(●̮̮̃•̃)(●̮̮̃•̃)
/█\♥/█\ ღ•°ƒσяєωєя ℓσνє°•ღ

---ANGELA---

  • 31 may 2012 22:36
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
THANK YOU....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

LoVe_LiFe

  • 31 may 2012 22:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coxx beyendim hekayeye gore tesekkurler beyendim

✰Dгeaм✰

  • 31 may 2012 22:02
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox gozel hekaye idi.Tesekkurler.

..::Only_Life::..

  • 31 may 2012 20:36
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
cox maraqlidi tesekkurler

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

enigmatic_girl

  • 31 may 2012 20:20
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Maraqlidir tesekkur

--------------------

SabriNa B-va

  • 31 may 2012 20:12
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Aaaaaaaaaaaaaa ne pissssssssssssss recourse

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 45
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}