Ağlar qalmış uşaqlar ölkəsi

 
Ağlar qalmış uşaqlar ölkəsi - FOTO


- Anama deyirəm ki, məni vurmasın. Deyirəm ki, qardaşıma çörək, ət, konfet alsın. Mən də oyuncaq istəyirəm. Qonşumuzda bir qız var - onda elə oyuncaq var. Gözəldir, rənglidir. Mən də istəyirəm. Amma anam almır. Deyir ki, olmaz, atam alacaq. Atam isə gəlmir.



...4 yaşlı Şuşanik Ermənistanın Qavar rayonundakı Vaqarşatak kəndində yaşayır. Anası, 3 yaşlı qardaşı Suren ilə birlikdə. Şuşanik Toxmacyan anadan olandan bəri atasını görməyib.

Atası Qrişanın fotosu birotaqlı daxmanın ortasında, yük yerinin üstündədir.

Anası döyəndə ağlayan, hıçqıran Şuşanik atasının şəklinin yanında durub: "Ata, anam məni döydü! Ata..." - deyib ağlayır.

Atası isə onu sakitcə seyr edir.

Qrişa Toxmacyan Ermənistan Müdafiə Nazirliyinin Dağlıq Qarabağa yolladığı "ekspedisiya korpusu"nun tərkibində xidmətə çağırılmışdı.

4 il 7 ay əvvəl - Şuşanik onda anasının bətnində, iki aylıq idi.

Ermənistan prezidenti Serj Sarkisyan və ondan əvvəlki sələflərinin "ekspedisiya korpusu" adlandırdıqları, əslində isə Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa Yerevanın yeritdiyi işğal dəstələri olan hərbi dəstələrdən birində, Ağdərə rayonundakı hərbi hissədə qulluq edən Suren Toxmacyanı gecə saat 01:20-də komandiri, kapitan Movses Beylaryan güllələmişdi.

Bir qutu siqaretə görə: Toxmacyan komandirin əmrinə tabe olmamış, siqaret almaq üçün gecənin bir aləmində kazarmadan çıxaraq yaxınlıqdakı küçədəki dükana getməmişdi.

Şuşanik Toxmacyan Ermənistanda ataları hərbi xidmətdə həlak olan yüzlərlə uşaqdan biridir və onların təxminən 84 faizinin valideynlərinin ölümləri hələ də araşdırılmayıb.

Şuşanik təki yüzlərlə erməni uşağın ataları Ermənistan ordusundakı hərc-mərcliyin, vəhşiliyin, başıpozuqluq və anarxiyanın qurbanı olublar.


İyunun biri və bir Asmik

Asmik Yegizaryan 11 yaşındadır. Qafanda yaşayır və bacısı Qayeneni çox sevdiyini deyir.
Bu gün iyunun 1-i, Beynəlxalq Uşaqları Müdafiə Günüdür.

1949-cu ildə Fransanın paytaxtı Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası bu günü təsis edəndə Asmikin babası Qurgen Yegizaryan anadan olmuşdu.

Bir il sonra, 1950-ci ildə dünyada ilk dəfə olaraq Beynəlxalq Uşaqları Müdafiə Günü bayram ediləndə Qurgen Yegizaryan yetim qalmışdı: onun atası Saşik tikintidə "bədbəxt hadisə" nəticəsində ölmüşdü.

Bu səbəbdən də Yegizaryanlar ailəsində hər il iyunun 1-i həm bayram, həm matəmdir.

Çünki Asmik də iyunun 1-də anadan olub.

Çünki Asmikin atası Muşeq iyunun 1-də Qafanı tərk edərək Rusiyanın Murmansk şəhərinə işləməyə yollanmışdı.

Və ən nəhayət, ötən il iyunun 1-də Asmikin anası Repsimedə, 31 yaşlı qadında, döş xərçəngi tapılıb.

Yegizaryanlar ailəsi indi Muşeqin hər ay yolladığı pula göz dikərək, o pulları səbirsizliklə gözləyərək yaşayır.

Başqa imkan, çarə, ümid yoxdur.

Ermənistan Azad İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qriqor Arakelyanın dediyinə görə, ölkədəki hər üç ailədən birinin mənsubu indi başqa ölkələrdə işləyir və əmək mühacirləri statusunda yaşayır.

Hər iki ailədən birinin adamı isə Ermənistanı tərk edərək xarici ölkələrdən birinə, daha real olsaq, Rusiya, Ukrayna, Qazaxıstan və ya Belarusa işə yollanmağı arzulayır.

Ermənistan Uşaqların Müdafiəsi Liqasının sədri Lüsine Hakopyanın dediyinə görə, ölkədəki hər 10 uşaqdan 8-nin valideyni maddi və maliyyə çətinliklərinə düçar olub. Hər 5 uşaqdan 4-nün isə ailəsinin müalicəyə, səhiyyə xərclərinə pulu çatmır.


"Dağılsın o ev!"

11 yaşlı Tatul məktəbdən qayıdanda zorlanıb, sonra da başı daşla əzilərək öldürülüb. Tatulun tanınmaz hala düşmüş cəsədi 4 ay sonra Vanadzorun cənubunda, zibillikdə tapılmışdı.

Tatul Sukiasyan bu ilin yanvarın 23-də qətlə yetirilmişdi.

Onu qətlə yetirəni Vanadzor camaatı yaxşı tanıyır, amma səsini çıxara bilmir. Çünki bu adam Ermənistan Polisində yüksək rütbə tutan şəxsin qohumudur.

Tatul ötən ilin əvvəlindən bəri Ermənistanda təcavüzə məruz qalan 138 uşaqdan biridir. Həmin uşaqlardan 46-sı vəhşicəsinə öldürülmüşdü. Və bu cinayətlərin yalnız 12-nin (!) üstü açılıb.

Ermənistan Polisi və rəsmi strukturlar da etiraf edirlər ki, son illərdə ölkədə yetkinlik yaşına çatmamışlara qarşı ağır, habelə xüsusilə ağır cinayətlərin sayı artıb. Rəsmilər bu artımın 2 faiz olduğunu deyirlər.

Hüquq müdafiəçisi Aleksey Manvelyan isə artımın 23 faiz təşkil etdiyini söyləyir və sözlərini də sübut etməyə hazır olduğunu vurğulayır.

...Tatulun atası Vardan indi Yerevanda yaşayır. Vanadzordan oğlu qətlə yetiriləndən yarım il sonra köçüb.

Vaxtilə yaşadığı evi xatırlamaq belə, istəmir: "Dağılsın o ev!"


Çox uşaq çox dərddir?

Statistikaya görə, üç və ya daha çox uşağın olduğu erməni ailələrin çoxu indi faktiki olaraq səfillik həddindədir. Onların tam əksəriyyəti yoxsulluq səviyyəsindən də aşağı hədd olan yaşam sürür, gündəlik ruzi axtarışlarını həyat "macəra"sına çevirir.

Ermənistanın kənd yerlərindəki hər 8 ailədən 6-nın başçısı ölkəni çörək dalınca tərk edərək başqa dövlətlərdə miqrant kimi işlədiklərindən ailələri qadınlar idarə edir.

Belə ailələrin yeganə çörək təminatçısı qadınlar olsa da, Ermənistanda kişilərlə müqayisədə qadınlar arasında işsizlik səviyyəsi daha yüksəkdir.

Hazırda Ermənistandakı işsizlərin 70 faizi qadınlardır.

Analar və ya ana olacaq ermənilər.

Ermənistan Milli Statistika Xidmətinin son hesabatına görə, 4 və daha çox uşağın böyüdüyü erməni ailələrin 70 faizindən çoxu ifrat yoxsulluqda yaşayır.

Ölkə əhalisinin 36 faizi yoxsulluq həddindən aşağı durumda həyat sürürsə, uşaqların arasında bu rəqəm 41 faizdir.


11 nəfərə 300 dollar

...43 yaşlı Qayane Yerevandakı şirkətlərdən birində süpürgəçi işinə düzəlib. Dediyinə görə, şirkətin rəhbərindən onu işə rəsmi qəbul etməməsini istəyib.

"Çünki belə olarsa, mən və 8 uşağım yoxsulluğa görə aldığımız müavinəti itirəcəyik", - Qayane deyir.

Qayanenin özünə və 8 uşağına görə ayda toplam 61600 dram, yəni 150 dollar müavinət verirlər.

Onun əri isə 55 min dram maaş alır.

11 nəfərlik ailə ayda 300 dollara yaşamaq məcburiyyətindədir.

"Ermənistanda uşaqlar, onların yaşamlarının və maddi rifah səviyyəsinin normal təminatı, hüquqlarının təminatı ilə bağlı situasiya olduqca ağırdır. Dəfələrlə müraciət etmişik, bəyanatlar yaymışıq, əməli işlə kömək göstərmək istəmişik - amma bir nəticə hasil olmur", - UNİCEF-in Yerevandakı ofisinin informasiya və kommunikasiya proqramlarının rəhbəri Emil Saakyan deyir.

Ermənistan prezidenti Serj Sarkisyanın arvadı Rita Aleksandrovna bugünkü bayram münasibətilə üç nəvəsinin hər birinə hədiyyələr alıb. Hədiyyələrin ən ucuzu 2300 avroluq oyuncaq avtomobildir.

...Şuşanik hələ də gəlincik gözləyir:

- Mən ağlamıram. Ağlamaq istəmirəm. Amma...



Geri dön

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 9 iyun 2012 20:47
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
pis oldum.xebere gore twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

ツMrs.Crazy ツ

  • 2 iyun 2012 12:27
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
yaziqdilar eeee sad

lie to the world

  • 1 iyun 2012 18:19
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
hamisin oxudum cox uzuldum uwaqlarin bele yawadiqlari heyata..ne demek olare insan soz tapa bilmir teki ALLAH butun uwaqlara qaygiya ehtiyaclari olan butun uwaqlara komek olsun ve qorusun...cunki onlar UWAQDIRLAR...((((

--------------------

Sheytanka

  • 1 iyun 2012 17:45
  • Məqalə: 31
  • Şərh: 356
  • Bal:
{awards}
cox uzundu,oxuyaram sora :D thx

--------------------
(●̮̮̃•̃)(●̮̮̃•̃)
/█\♥/█\ ღ•°ƒσяєωєя ℓσνє°•ღ

C.I

  • 1 iyun 2012 17:34
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
yaziq uwaqlar oxudum ((((

--------------------

AysU_DilarE

  • 1 iyun 2012 17:27
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
recourse pis oldum hamisini oxumasamda cox hissesini oxudum cox sag ol

--------------------

★Miss Love★

  • 1 iyun 2012 16:44
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqli idi oxudum ve qeribe oldum biraz((...xebere gore тewekkurler

✰GoLd GirL✰

  • 1 iyun 2012 16:38
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Bu gunumuze sukur.....

EnD of TiMe

  • 1 iyun 2012 16:17
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
oxudum bezi hissesini...tsekkurler xebere gore

lovelyyy

  • 1 iyun 2012 15:31
  • Məqalə: 0
  • Şərh: 344
  • Bal:
{awards}
yazıq uşaq recourse ...teşekkürler

--------------------
İnSaNıN hƏyAtInDa CəMi Üç BöYüK hAdİsƏ vAr: DoĞuLmAq, YaŞaMaQ vƏ öLmƏk... O, nEcƏ dOğUlDuĞuNu HiSs EtMiR, iNsAn KiMi YaŞaMaĞı UnUdUr Və ƏzAbLaR İçİnDə ÖlÜr...

music_angel

  • 1 iyun 2012 15:18
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem..yazan elleriniz var olsun.maraqlidi

--------------------

✿Victoria✿

  • 1 iyun 2012 15:12
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
COX HISSESINI OXUDUM THANKS

--------------------

))_AntiLove_((

  • 1 iyun 2012 15:00
  • Məqalə: 3
  • Şərh: 532
  • Bal:
{awards}
Ermənistan prezidenti Serj Sarkisyanın arvadı Rita Aleksandrovna bugünkü bayram münasibətilə üç nəvəsinin hər birinə hədiyyələr alıb. Hədiyyələrin ən ucuzu 2300 avroluq oyuncaq avtomobildir.
...Şuşanik hələ də gəlincik gözləyir:

- Mən ağlamıram. Ağlamaq istəmirəm. Amma...

--------------------
Arxαmdαn dαnışαn Üç Quruşluq İnsαnlαrα , Söyləyə biləcək Tək Sözüm Var ; - Xırda Pullαr Dαimα Səs Sαlαr [; ♥

R.M_FaNaTka

  • 1 iyun 2012 14:55
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Hmm Maraqli Xebere gore tewekkurler Cox Sagol

--------------------

LoVe_LiFe

  • 1 iyun 2012 14:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
XEBERE GORE TESEKKURLER

SU PƏRİSİ

  • 1 iyun 2012 14:38
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
MARAQLI MƏQALƏYƏ GÖRƏ THANKS...

--------------------

..:MeleK kiz:..

  • 1 iyun 2012 14:33
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun

sevgi dushmeni

  • 1 iyun 2012 14:32
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
hemise dediyim kimi uzun meqaleleri oxumaga sebrim catmir.yarisina catanda axotum qurtarib qaliram wink tesekkurlerr oxuduqum qederi ucun

--------------------

✰Dгeaм✰

  • 1 iyun 2012 14:28
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli melumat ucun cox sag ol.

✰GlaMurKa✰

  • 1 iyun 2012 14:25
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
xeberin adi coxx gulmeli idi amma pis oldum ttesekkurlerr

---ANGELA---

  • 1 iyun 2012 14:25
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
MARAQLI MƏQALƏYƏ GÖRƏ THANKS...

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

enigmatic_girl

  • 1 iyun 2012 14:24
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Bu ne idi bele?: hamisini oxuya bilmedim(((

--------------------

_favorit_arkadas

  • 1 iyun 2012 14:22
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
maraqlı idi xəbərə görə çox sağolun...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 50
Cəmi: 72

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}