Bu gün Atatürkün vəfat etməsinin 72-ci ildönümüdür

 
Bu gün Atatürkün vəfat etməsinin 72-ci ildönümüdür


Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da uzun sürən xəstəlikdən sonra vəfat edib

Türkiyə Cumhuriyyətinin (TC) qurucusu Mustafa Kamal Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. Anası Zübeydə xanım, atası Əli Rıza əfəndidir. Orta təhsilini məhəllə məktəbində alan Mustafa 1893-cü ildə Selanik hərbi məktəbinə daxil olub. Burda təhsil alarkən məktəbin riyaziyyat müəllimi Yüzbaşı (Kapitan) Mustafa Səbri bəy ona mükəmməl mənasına gələn “Kamal” adını verir. Fransız dili müəllimi Yüzbaşı Nakiyüddin bəyin fikirlərinin təsirində qalan Mustafa Kamalda müstqillik düşüncəsi o vaxtlar formalaşır.

1896-cı ildə Monastr Hərbi məktəbinə daxil olaraq 1899-cu ildə burdan məzun oldu. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsində iştirak etmək istəsə də həm yaşının azlığı, həm də tələbə olması səbəbilə buna izn verilməyib.

1899-cu ildə İstanbul “Mekteb-i Harbiye-i Şahane”yə (Hərbi Akademiya) daxil oldu və 549 akademik arasında birinci ili 27, ikinci ili 11, üçüncü ili isə 8-ci yerdə Mülazim (Leytnant) rütbəsilə başa vurdu. 1905-ci ildə isə həmin akademiyadan Kurmay Yüzbaşı (Qərargah Kapitanı) rütbəsi ilə məzun oldu.

Mustafa Kamal o zamankı Osmanlı ordusunun tərkibində ölkənin müxtəlif yerlərində vəzifələrdə olmub, getdiyi yerlərdə isə hərbi vəzifəsi ilə yanaşı müstəqillik fikirlərini də təbliğ edib.

1910-cu ildə Fransada keçirilən hərbi təlimlərdə iştirak edən Mustafa Kamal komandirinin xəbərdarlığı ilə təlim təyyarəsinə minmir. Məlumata görə, həmin təyyarə qəzaya uğrayıb və pilotlar hamısı həlak olub. Bəzi yazıçılar ömrü boyu təyyarəyə minməyən Mustafa Kamalaın bu hərəkətini təlimdə baş vermiş qəza ilə izah edirlər.

Daha sonra müxtəlif vəzifələrdə olan və bir çox müharibədə iştirak edən Mustafa Kamalı Osmanlı padşahı IV Vahiduddin Anadoluya göndərir. 1919-cu il mayın 19-da Samsun şəhərinə çatan Mustafa Kamal iyunun 22-də hazırladığı bəyanatla millətin gələcəyinin yenə də millətin əzmkarlığı və qərarlılığı ilə ilə xilas ola biləcəyini elan edir.

1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılmasını təmin edərək özü də Ərzurumdan millət vəkili olur. Məclisin spikeri və hökumətin başçısı kimi Anadoluda Milli İstiqlal (qurtuluş) mübarizəsini başladacaq hökumətin bazasını yaradır.

1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edən Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Qəbri (Anıtkabir) Türkiyənin paytaxtı Ankara şəhərindədir


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:04
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
4oxx twkk elleriviz var olsunn

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 14 may 2011 12:25
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Allah rehmet elesin.boyuk sexsiyyet idi

--------------------

Made_In_Bakinka

  • 9 fevral 2011 02:33
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Sitat: Ulya
Allah rehmet elesin.boyuk sexsiyyet idi


MuslimGirl

  • 10 noyabr 2010 14:46
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah rehmet elesin! Sozun esl menasinda, dahi shexsiyyet idi.

SerSeRi_RuzGaR

  • 10 noyabr 2010 14:30
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
MaRaqLi_XeBerDIr)))))))))))

--------------------
<<<$aLunKa>>>

Yusif

  • 10 noyabr 2010 14:12
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Allah Rehmet elesein Ruhu sad olsun

Just For Legend

  • 10 noyabr 2010 14:06
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
BIR MILLRY IKI DOVLETIK......ALLAH REHMET ETSIN

--------------------

sevgi yalandir

  • 10 noyabr 2010 13:58
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
ALLAH REHMET ETSIN

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 10 noyabr 2010 13:53
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore.Allah rehmet elesin.boyuk sexsiyyet idi

Baby_Love

  • 10 noyabr 2010 12:15
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Allah rəhmət eləsin. Xəbərə görə çox sağol,dostik

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 29

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}