Yayda qidalanmağın qaydaları

 
Yayda qidalanmağın qaydaları

Hər mövsümdə olduğu kimi, yayda da sağlam qidalanmaqla bəzi sağlıq problemlərini azaltmaq mümkündür.

Yayda havanın temperaturunun yüksəlməsi ilə qidalanma vərdişlərindəki dəyişikliklərlə birlikdə yüksək təzyiq, ürək çatışmazlığı da müşahidə edilməkdədir. Bundan başqa isti havalarda tərləmə ilə ortaya çıxan su və mineral itkisi nəticəsində baş gicəllənməsi, huşunu itirmə hissi və ürək bulanma kimi sağlamlıq problemləri də ola bilər. Xüsusilə körpə və uşaqlarda ishal olma riski, qida zəhərlənmələri artır. Ancaq sağlam və balanslı bəslənmə ilə yay aylarında sıxlıqla görülən bu cür sağlamlıq problemlərinin azaldılması mümkündür.

Susamasanız da, gündə 10-12 stəkan su için
Bədəndən atılması lazım olan maye normal şərtlərdə sidik, nəcis və tənəffüslə atılar. Yay aylarında maye və mineral itkisinin qarşısını almaq üçün çox miqdarda maye qəbul etmək önəmlidir. Hər gün ən az 2-2,5 litr (10-12 stəkan) su içilməlidir. Bundan başqa məşq edildiyində daha çox su içməyə diqqət yetirmək lazımdır. Maye qəbulu zamanı suyla yanaşı süd, ayran, qazlı su, limonad, soyuq bitki çayları, şəkərsiz kompotlar və təzə sıxılmış meyvə şirəsi kimi içkilər də doğru seçimlərdir.

Gündə 3 pay yemək yeyin
Sağlamlığın qorunması üçün həyatın hər dövründə nizamlı qidalanma çox əhəmiyyətlidir. Buna görə qidalarınızı gündə 3 ana pay (nahar, günorta və axşam) və 3 ara pay şəklində istehlak etməyə çalışın. Bu zaman qan şəkəriniz normada qalar.

Gündəlik qidalanmada 4 əsas qida qrupundan istifadə edin
Yetərli və balanslı bəslənmə üçün gündəlik qidalanmada 4 əsas qida qrupundan istifadə edin - süd və süd məhsulları (süd, qatıq, ayran), ət-quru paxlalılar-yumurta-pendir, çörək-taxıl (çörək, makaron, plov) və meyvə-tərəvəz qrupu.

Qidaları yaxşıca çeynəyin
Doymaq hissi yemək yedikdən 15-20 dəqiqə sonra hiss edilməyə başlayır. Bu səbəblə yavaş-yavaş və yaxşıca çeynəməklə yeməyə diqqət edin. Yemək əsnasında tikələr arasında yeməyinizə tez-tez ara verin.

Mayonez və qızartmalara vida edin
Yayda mayonez, yağlı sous, yağlı qidalar və qızartmalardan uzaq olun. Yeməklərdə bitki yağlarından istifadə edin. qızartma əvəzinə qaynadılmış yeməklərə üstünlük verin.

Qida zəhərlənmələrindən qorunmaq üçün gigiyenaya fikir verin
Xüsusilə yay aylarında qida zəhərlənmələri artır. Ona görə də bu mövsümdə çöldə və açıqda satılan yeməklərdən uzaq olun. Tez xarab olan potensial riskli qidaları (ət, yumurta, süd, balıq və s.) soyuducudan kənarda çox saxlamayın. Qidaların alınması, bişirilməsi və saxlanma mərhələsində gigiyenaya diqqət yetirin.

Dondurma və meyvəli şirniyyatları seçin
Qızardılmış və xəmir şirniyyatları əvəzinə südlü, meyvəli şirniyyatları, dondurmanı seçin. Ancaq hər qidada olduğu kimi bunda da miqdarına diqqət yetirin.

Açıq bufetlərə diqqət yetirin
Qida istehlakında hər vaxt pay miqdarına diqqət yetirməliyik. Ancaq yayda xüsusilə tətillərdə açıq bufetdən qida istehlakına meyl olur. Bu vəziyyətdə əvvəlcə hazırlanan yeməkləri nəzərdən keçirin, seçdiyiniz yeməklərdən az-az götürməyə çalışın, qabınızı doldurarkən salatlardan başlayın, xüsusilə bol göyərti və tərəvəzli yeməklərə üstünlük verin.

Avtomobil əvəzinə piyada gəzin, liftin əvəzinə nərdivandan istifadə edin
Həftədə 3 gün templi gəzintilər, üzmək, məşqlər sizi yay yorğunluğuna qarşı qoruyacaq. Əgər “vaxtım yoxdur” deyirsinizsə, heç olmasa aktiv həyat tərzi üçün gəzərək gedə biləcəyiniz yerlərə avtomobillə getməyin, lift yerinə nərdivandan istifadə edin. Bu cür kiçik fəaliyyətlərlə də həyat tərzinizi dəyişdirə bilərsiniz.


Geri dön

..::Only_Life::..

  • 4 iyun 2012 21:33
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
hmmm tesekkurler

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

enigmatic_girl

  • 4 iyun 2012 13:47
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Susamasanız da, gündə 10-12 stəkan su için

onsuz voleybolda icirem:)

--------------------

_favorit_arkadas

  • 4 iyun 2012 13:37
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
məsləhətə görə çox sağol...

--------------------

..:MeleK kiz:..

  • 4 iyun 2012 13:20
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
gündə 10-12 stəkan su içirem

✰GlaMurKa✰

  • 4 iyun 2012 13:00
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
men cox yeye bilmirem tesekkurlerr

Shokoladka

  • 4 iyun 2012 12:29
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Yayda demek olarki,agir yemekler yemirem.Yungul yemekler yeyirem=)

--------------------


C.I

  • 4 iyun 2012 11:51
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
aha meslehetine gore cox sag ol canim tesekkur edirme xebere gore..........=))

--------------------

))_AntiLove_((

  • 4 iyun 2012 11:27
  • Məqalə: 3
  • Şərh: 532
  • Bal:
{awards}
TeWeKkurLer...

--------------------
Arxαmdαn dαnışαn Üç Quruşluq İnsαnlαrα , Söyləyə biləcək Tək Sözüm Var ; - Xırda Pullαr Dαimα Səs Sαlαr [; ♥

✰Dгeaм✰

  • 4 iyun 2012 11:12
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Ellerine saglik canikom benim...

... Deryam ...

  • 4 iyun 2012 10:53
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Mennen olsa bu deyilenlerin hansi ziyanlidirsa onu ederdim recourse
Lazimli meslehetlerdi . twkler smile

--------------------

★Miss Love★

  • 4 iyun 2012 10:51
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
mesleheтlere gore cox sagol canim=)

_BiRiCiK_

  • 4 iyun 2012 10:33
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
HMMMMM TƏŞƏKKÜRLƏR

--------------------

frog

  • 4 iyun 2012 09:41
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
qidalanmagin da qaydasi var men ne istedim onu da yeyirem tongue

LoVe_LiFe

  • 4 iyun 2012 09:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Maraqli xebere gore ve meslehetlere gore tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 30

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}