Nə gözəldir sevmək

 
Nə gözəldir sevmək


Nə qədər gözəldir bir sevdiyinin olması, ən çətin anında, heç ümid etmədiyin bir zamanda bir salamıyla içini istilətməsi. Ağlayarkən səsini eşidər-eşitməz bütün mənfilikləri həmin an unutmaq, yağan qarda başını pəncərəyə qoyub onu xəyal etmək, yağışlı havalarda soyuqdan deyil onun üçün darıxdığına görə ta dərinlərdə bir yerinin sızlaması nə gözəldir. Bir salamıyla bütün qaranlıqların işıqlanması, 'gəl' demədən yanında olduğunu bilmək, getdiyin hər yerə onu da ürəyində, mənliyində, yanında aparmaq ..
Ona aid mahnılar zümzümə etmək, yazılar yazmaq səhifə-səhifə. Ən gözəl cümlələri belə bəyənməmək, ən gözəl sözləri belə ona yaraşdırmamaq nə gözəldir. Hiss etmək, yox olmaq, yanmaq, yandırılmaq, özünü onda tapmaq nə gözəldir. Səhər oyandığında, gözlərini gözbəbəyinin içində görmək nə gözəldir. Sonunu bilmədən özünü atəşə atmaq, amma onsuz da atəşdə olduğunu bilmək nə gözəldir. Qərar vermədən, fikir yürütmədən, məntiqli düşünmədən, yalnız sevmək nə gözəldir. Adı xatırlandığında səssiz olmaq, qızarmaq, utanmaq nə gözəldir.

Dəfələrlə andlar pozmaq, ürəklər qırmaq, qırılmalar, bağışlamaq, əfv diləmək, məğlub olmaq, sevgiyə boyun əymək nə gözəldir.Getmək, dönmək, darıxmaq, gözləmək, unutmamaq, unutulmamak, eşq uğrunda ağlamaq, qısası eşq içində özünü itirmək nə gözəldir.Qorxduğunun başına gəlməsindən ürkmək, acı çəkmək, yas tutmaq, qısası ziddiyyət içində qalmaq, peşman olmaq; amma keçmişi sorğulamadan başlamaq, yenə yenidən sevmək, sevdiyindən imtina etməmək nə gözəldir. İlk olmaq, tək olmaq, son olmaq nə gözəldir. Dualar etmək, yalvarmaq, amma heç ümid etmədiyin bir anda "aha O" deyə bilmək nə gözəldir. qüruruna yenilmeyip 'qal' deyə bilmək nə gözəldir.Hər şeyi boş vermək, hər şeyi dərd etmək, yenə də üsyan etməmək nə gözəldir. Şəkilinə baxdığında sanki qarşındaymış kimi gülümsəmək, eşq qədəhini son damlasına qədər içmək, könül dənizində boğulmaq, azad ruhumuzu bir tək adama zəncirlərlə bağlamaq nə gözəldir. Gəlməyəcəyini bilərək gözləmək, onsuz bayramların zəhər olması, sevinclərin kədərə qarışması, bir sevdanın tək başına hökmdarı olduğunu bilmək nə gözəldir. O olmayanda yetim uşaqlar kimi üşümək, "kaş ki etməsəydim" deyə bilmək, günəşi görə bilməmək, yaşadığını hiss edə bilməmək, ac qalmaq, tək qalmaq, başqa gözlərə kor olmaq nə gözəldir. Onun qoxusundan başqa qoxu hiss etməmək, ondan başqasını görməmək və hər yeni gün bir şeylərin olmasını gözləmək nə gözəldir. Qiymətini anlamaq sevdiyinin, artıq köhnə günlərə dönməyəcəyini bilərək yenə də bəs etməmək bu həyatdan nə gözəldir. Gözlərini xəyal etmək, dənizin dalğaları kimi saçlarını oxşamaq, əllərindən tutmaq.Telefonunun çalmasını gözləmək, yaşadığın şəhəri tərk etmək, başqa yerə yerləşmək, amma eşqdən qaça bilməyəcəyini bilmək, hara gedərsənsə get ürəyini, ağılını, ürəyindəkini də yanında apardığını bilmək nə gözəldir. Heç bir sevdada eyni dadı tapa bilməmək; dünənin, bu günün, sabahın və bir tərəfinin həmişə yarım qalacağını bilmək, həmişə qürbətdə qalmaq, nə gözəldir ağrını dadmaq.

Həyat uzun və bitmək bilməyən bir filmdir...Rejissor isə mərhəmətsiz, insanı ən can alan nöqtələrindən vurandır. Bax, o rejissorun sən olduğunu bilmək belə nə gözəldir. “Mən gedirəm.” dediyin kimi “Mən gəldim.” deyə bilmək nə gözəldir.
Onu yuxularda görmək, bitəcəyini bilsən də bu gözəl yuxunun, səhər qalxdığında gerçək olması üçün dualar etmək, ilk onu düşünmək nə gözəldir.
Mən yalnız səni “məndəki sənlə” sənə izah etmək istədim. Bu yazını bir gün oxusan bil ki içimdə o qədər söz var səni sevməyə həsr etdiyim…
Daha nə deyilə bilər ki sevgi və eşq adına ... Deyilmiş nə qədər sözlər var ki hələ də deyilməkdədi, amma sonu tapılmamaqda, çünki dünya sevgi üzərində dayanmaqdadı...


Geri dön

frog

  • 13 iyun 2012 20:14
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
thankssssssssssss

esi .i.

  • 5 iyun 2012 12:13
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
ttttttwwwwwwwwwwwwwwwwkkkkkkkkkkkkl

_RiHanNa_

  • 5 iyun 2012 12:08
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Sitat: green_15
Tekrar xeberi ne qeder verirsiz?

Get işinlə məşğul olda..


Gözəl rəyləriniz üçün thankss)

enigmatic_girl

  • 4 iyun 2012 20:15
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sevmek coookk guzel:) ama sevilmek dahada guzel=))

--------------------

Shokoladka

  • 4 iyun 2012 20:07
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Sevib sevilmek gozel birshyedi=)

--------------------


sweet__love

  • 4 iyun 2012 19:58
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
{awards}
hmmm... sevgi gozeldi qedrini bilene ve esl olana qarsiliqdi olanda gozeldi sevgi amma men heleki bu hissi qiyabi bilirem hiss etmemisem allah acisindan vemesin)))

I am Happy

  • 4 iyun 2012 19:40
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Sevgi gozeldi. Amma kash ki, iki terefde bir-birini heqiqetende seve. Kash ki, sevgide hec vaxt yalan olmasin. Kash ki, sevenlerin hec biri yalan danishmasin.

--------------------

m.i=z

  • 4 iyun 2012 19:21
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
siz dediyiniz sevgi aile qurmamis insanlara mexsusdur.

--------------------
MƏN ADSIZDAN BAŞQA HEÇ KİMLE DOSTLUQ ETMİCƏM!!!!!!!!!! DOSTLUQ GÖNDƏRMİYİN MƏNƏ. ONSUZDA RƏDD EDİCƏM SİZİ.

sevgi_ meleyi

  • 4 iyun 2012 18:51
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
sevmek mence de cooooooooooooox gozel bir hissdir.......amma vaxtinda sevdikde..............
xebere gore twk

--------------------
H+J=Love

-_Broken Heart_-

  • 4 iyun 2012 18:25
  • Məqalə: 0
  • Şərh: 223
  • Bal:
{awards}
Esq icinde ozunu itirmek ne gozeldir......Twk

--------------------
Dağlar önümdə əyilirkən , qayalara yalvarmaram !!!

★Miss Love★

  • 4 iyun 2012 18:01
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
İlk olmaq, tək olmaq, son olmaq nə gözəldir.
Beli beli sevmek sevilmek cooooox gozeldir...gozel meqaleуe gore cox sagol canim love winked

✰Dгeaм✰

  • 4 iyun 2012 17:33
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Sevmek gozeldi,amma coxu bunu bilmir....

ELECTRIK_GIRL

  • 4 iyun 2012 17:27
  • Məqalə: 3
  • Şərh: 203
  • Bal:
{awards}
sevgi seven ucun gozeldi menim kimilercun hecne di

--------------------

..:MeleK kiz:..

  • 4 iyun 2012 17:26
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
mencede cox gozeldir love

_BiRiCiK_

  • 4 iyun 2012 17:16
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
Bilirəm dəəə

--------------------

LoVe_LiFe

  • 4 iyun 2012 16:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cannim dogurdanda beledir tesekkurler askim xebere goree

C.I

  • 4 iyun 2012 16:55
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
evet askim ne gozeldi sevib sevilmek tesekkur ederim superrrrrr

--------------------

★Adriana★

  • 4 iyun 2012 16:54
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
Maraqli xebere gore tesekkurler

Tekrar xeberi ne qeder verirsiz?

--------------------

✰GlaMurKa✰

  • 4 iyun 2012 16:48
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkruelr xebere goreeee feel

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}