Həzrəti Peyğəmbərdən (s.a.s) hədislər.

 
  • 10.11.2010, 23:23
  • Bölmə: İslam
  • Müəllif: Ulya
Həzrəti Peyğəmbərdən (s.a.s) hədislər.

Nəql edirlər ki, bir gün Peyğəmbər (s) Bəqi qəbristanlığından keçirdi. Bir qəbrin baş tərəfində dayandı və buyurdu: “Elə indicə bunu oturdub ondan bə`zi suallar soruşdular. And olsun məni haqq olaraq peyğəmbərliyə seçən Allaha, yuxarıdan ona atəşdən olan bir gürzlə elə vurdular ki, odun şö`lələri qəlbindən zəbanə çəkdi.”
Sonra başqa bir qəbrin baş tərəfində dayandı və həmin dediklərini bir də təkrarladı və buyurdu: “Əgər ürəkləriniz partlamasaydı, Allahdan istəyərdim ki, bu əzabların səsini mənim eşitdiyim kimi sizin də qulaqlarınıza çatdırsın.”
Soruşdular: “Ey Allahın rəsulu, bunlar nə günahın sahibi idilər?” Buyurdu: “Biri sözgəzdirən idi, digəri isə sidikdən sonra istibra etmirdi. (Yəni, natəmiz idi.)"


Əli və Fatimə iki dərin elm dəryasıdır. Onlar arasında sədd var ki, qarışmazlar, o, mənəm. Onlardan ləl-cəvahir və mərcan çıxar ki, onlar da Həsən (ə) və Hüseyndir.

İki ibdət var ki, onların savabı digər ibadətlərin savabından daha tez gəlib çatar:
1. Qohumlara yaxşılıq etmək.
2. Məzlum (zülm görmüş) insanın köməyinə yetişmək.
İki günahın da cəzası bütün günahların cəzasından daha tez yetişər:
1. Qohumlardan əlaqəni tamamilə kəsmək.
2. İnsanlara zülm etmək.


Heç vaxt imkanlı, var-dövlətli adamlar qarşısında (onların var-dövlətinə görə) əyilmə. Hər kəs belə etsə behişt əlindən çıxar.

Allahın asqıraqdan xoşu gəlir, lakin əsnəməkdən yox.


İki göz cəhənnəm odundan amandadır; biri gecə yarısı Allah qorxusundan ağlayan göz, digəri isə Allah yolunda gecə keşik çəkərək yumulmayan göz.

Özü əməl edib, başqalarına da öyrətmək üçün iki hədis öyrənən şəxs bu işə başlayan kimi onun üçün yazılan savab altmış illik ibadətdən üstündür.


Yerlər və göylər, məlaikələr, gecə və gündüz üç dəstə insan üçün Allahdan bağışlanmaq istəyərlər; alimlər, tələbələr və səxavətli insanlar.

Üç nəfərin duası rədd olunmaz; səxavətli insanın, xəstənin və tövbəkarın.

Dünyanın zinəti üç şeydir; var-dövlət, övlad və qadın.
Axirətin də zinəti üç şeydir; elm, pəhrizkarlıq və sədəqə.
Bədənin də zinəti üç şeydir; az yemək, az yatmaq və az danışmaq.
Qəlbin də zinəti üç şeydir; səbr, sükut və şükür.

Atalar üç cürdür. Biri insanın yaradılış vasitəsi olan (doğma ata), ikincisi qayınata, üçüncüsü isə insana elm öyrədən müəllim, ya ustad.

Peyğəmbər (s) buyurub: “Mən sizin dünyanızdan üç şeyi sevirəm; ətir, qadın və gözümün işığı olan namazı.” (Dünya dedikdə məqsəd dünyada həyata keçən əməllərdir. Baxmayaraq ki, Allah və axirət qəsdi ilə yerinə yetirilir.)

İbn Abbas deyir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: “Adəmin Allahdan öyrəndiyi və tövbə etmə vasitəsi olan sözlər hansılardır?” Buyurdu: “Allahı Məhəmmədə (s), Əliyə (ə), Fatiməyə (ə), Həsənə (ə) və Hüseynə (ə) and verdi, tövbəsi də qəbul oldu.”


Peyğəmbər (s) əmr verib ki, beş heyvanı öldürsünlər; qarğa, sağsağan, ilan, əqrəb və quduz it.

Hər bir müsəlmanın digər müsəlman boynunda beş haqqı var; salama cavab, xəstə olanda yoluxmaq, dəfn mərasimində iştirak etmək, dəvətini qəbul etmək, asqıran zaman ona “yərhəməkumullah” demək.

Şəhidin Allah yanında altı mükafatı var; torpağa yıxılan kimi günahları bağışlanar, özünün behiştdəki yerini görər, qəbir əzabından amanda olar, Qiyamət gününün qorxusundan amanda olar, başına elə bir tac qoyulub ki, bircə yaqutu bütün dünyadan üstündür, onunla yetmiş iki huri evləndirərlər və qohumlarından yetmiş nəfər barədə şəfaəti qəbul olunar.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:01
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Angel-Xranitel-666

  • 13 noyabr 2010 19:41
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TWK

--------------------
AnGeL-xRaNItEl ti super

MuslimGirl

  • 11 noyabr 2010 18:20
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Baciska, cox gozel meqaledir. Ibretamiz hedislerdir. Peygemberimizin (s.a.s) butun hedisleri gozeldir. Allah razi olsun! Ellerine sagliq.

Ulya

  • 11 noyabr 2010 00:09
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Yusif,
senden de

Yusif

  • 10 noyabr 2010 23:31
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkur dosi allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}