Xoşbəxtlik həsrəti (22 və 23-cü hissə)

 
Xoşbəxtlik həsrəti (22 və 23-cü hissə)

22-ci hissə

Dayısı Cavidin həmin gün uşağı Vahidə verməsinə səbəbi Dilarə sonradan güclə də olsa öyrəndi. Cavidin dediyinə görə Vahid südəmər uşağı anasız qoymaz. Mütləq arxasınca gəlib aparacaq. Amma o gündən düz 3 ay keçirdi. Nə Vahiddən bir xəbər vardı, nə də gəlib gedən. Bu üç ayı Sevinc canlı ölü kimi yaşadı. Nə kimsəylə danışar, nə də evdən çölə çıxardı. Körpəsindən ona qalan tək yadıgar qol yazısı idi. Hansı ki, uşaq doğularkən qoluna bağ vururlar. Beləcə ananı və uşağı daha rahat tapa bilirlər deyə. Bu 3 ayı yastığının altında saxladığı o kiçik bir bağ onun üçün tək təsəlli idi. Amma cansız, dilsiz, ruhsuz bir təsəlli. Hər gün Arifəgildən şəhərə zəng edirdi. Vahidlə Zəminə evdə olanda Əsmər də danışa bilmirdi. Lakin bu 3 ayda Əsmərdən tək öyrəndiyi o olmuşdu ki, Vahid evlənib. Tamamilə təsadüfən rayonlardan birinə qonaq gedib. Orda yaşayan bir qızla evlənib. İndi o yad qız Sevincin qızına "analıq" edir. O gün Sevinc sanki ən hündür binadan yerə zərbə ilə dəymişdi. "Mən ki, ölməmişəm. Balamın anası mən ola-ola başqa biri niyə "analıq" etsin ona? " Əsmər hər fürsət düşdükcə ayda bir dəfə Sevincə körpəsi haqqında uzun uzadı məktub yazıb, poçtla göndərərdi. Sevincə məktubu isə Tərlan gətirərdi. Çünki Tərlan rayonun mərkəzində işləyirdi. Hər gün Sevinc poçta gedib gəlməsin deyə, Dilarə ondan xahiş etmişdi. Lakin Tərlan bunu bir sirr kimi Arifədən saxlamışdı. Sevinci çox sevirdi. Məktub poçta gələnə kimi Tərlan Sevincin gözünə görsənməzdi. Elə ki, məktub əlində idi, ildırım sürəti ilə Sevincgilə gedərdi. Elə darvazadan Sevincə verib gedərdi. Bu bir növ Sevincin gözlərindəki sevinci görmək arzusu idi. Onun dərdi Tərlanın dəri idi sanki. Sevincin bu 3 ayda yaşadıqları onun gözü önündən getmirdi. Hər gün Arifə də "canı yanan rəfiqə" maskası taxıb Tərlanın yanında ondan danışırdı. Vahidin evləndiyini eşidəndə Tərlan az qalırdı gedib Vahidlə dalaşsın. "Ay, əclaf! bu cür yoldaşın balan ola-ola sən hansı ağılla evlənirsən?" Tərlan Vahidin Sevincdən ayrılmasına səbəbi bilmirdi. Heç bunu Arifə də demirdi. Amma Tərlan Sevinci xoşbəxt görməsindən başqa arzusu yox idi.

-Vahid, oyan da!

- Nolub yenə?

- Daha nolacaq? Mən nə vaxta kimi sənin uşağına baxacam? Mən də ana olmaq istiyirəm.

- Olarsan da. Məyər ailə quranda qəbul etdiyin şərtlərimin içində uşaq da olduğunu unutmusan?

- Yox! Amma daha demədim ki, hər gün gecə gündüz mən baxacam ona. Bir Əsmər də baxsın da.

- Yaxşı, yaxşı! Deyinmə. Sənə demişəm axı deyinən insanlardan xoşum gəlmir. Get ver uşağı Əsmərə gəl yat.


Vahid 2 aydır evli idi. Fidanı tamamilə təsadüfən görüb bəyənmişdi. Həm də evlənməli idi. Nə vaxta kimi uşağa Əsmər baxacaqdı. Gərək uşağa analıq edən olsun. Bir yandan da "hələ cavanam" deyib yenidən evlənmək eşqinə düşmüşdü. Budur iki aydır evli idi. Zəminə gəlinini tərifləyər. Əsmər isə yola getməzdi. Amma bütün bunlar müvəqqəti idi. Zamanla hər kəs uşağa da gəlinə də alışdı. Uşağın adını çox fikirləşdilər. Və nəhayət Əsmərin bəyənərək irəli sürdüyü adı hamı qəbul etdi. Adını Mələk qoydular. Əslində Əsmər bu adı özündən yox, Sevincdən öyrənmişdi. Sevincə yazdığı son məktubunda uşağa hələ də ad qoymadıqlarını demişdi. O da :" Əyər mümkün olsaydı balamın adını Mələk qoyardım"-yazmışdı. Ona görə Əsmər də "Mələk" adını istəmişdi. Hətta Fidan da başqa bir ad demişdi. Amma Əsmər onu elə yerinə otuzdurmuşdu ki, Fidan onu heç unutmadı. Zəminə də hər gün gəzintisindən qalardı. Mələyə hər kəs bağlanmışdı. Fidan da ilk 6 ay yaxşı davrandı. Amma sonra Əsmərin uşağı ona qısqanmağını hiss edib bir neçə dəfə mübahisə də etmişdi. Vahid hər dəfə Rusyaya gedəndə hər evli cütlükdən fərqli olaraq, həsrət və sevgi dolu ismarıclar deyil, narazılıq və şikayət dolu ismarıclar alırdı. Artıq o da bezmişdi: "Nə qədər olar ey. Hər dəfə bir söz, bir söhbət! Bu Əsmər də alışmadı ki, alışmadı." Əslində Əsmər Sevinci çox istədiyindən deyil, Fidanın səmimiyyətinə inanmadığından onunla yola getmirdi. Zəminə isə əksinə ona "qızım" deyə müraciət edirdi. düşünürdü ki, hər nədir Sevincdən min dəfə gözəl və yaraşıqlıdır.Yaxında uşaqları da olar. Amma bir gün xəstələndi və yatağa düşdü. Təzyiqini heç cürə endirə bilmirdi. Əsmər gah sağa, gah sola qaçıb bir çarə axtarırdı. Amma Fidan isə ayağını ayağına qatlayıb divanda oturmuşdu. Arada bir məsləhət verirmiş kimi: "Təcili yardım çağırın. Gəlsin baxsın da."- deyirdi. Təcili tibbi yardım gələnə kimi Zəminə Fidanın rahatlığından partlamaya düşdü. Qəlbinin dərinliyində hətta Sevinclə onu müqayisə etdi. Sonra fikrini dağıtdı. Nəhayət damarından vurulan iynənin təsirindən halı normallaşdı. Fidan isə heç "necəsən?" belə demədi. Bu yadlıq, soyuqqanlılıq Zəminənin ona olan sevgisini öldürdü.

23-cü hissə

Fidan Vahidlə yaşıd olsa da onunla rastlaşana kimi ailə qurmamışdı. İstəyənlər, elçi gələnlər çox olsa da yalnız oxumağı seçmişdi. O da atasız böyümüşdü. Sevinc kimi. Amma Sevincdən fərqli olaraq Fidan oxumuşdu. Ali təhsilli diş həkimi idi. Lakin Vahid onu işləməyə qoymurdu. Həm maddi sıxıntıları olmadığından, həm də Mələyə baxsın deyə. Evliliklərinin ilk 6 ayında evdə oturmağa razı olsa da, sonra razılaşmadı. Hər Vahid gələndə mübahisələri, söz-söhbətləri olurdu. Nəhayət Vahid onun işləməsinə razılıq verdi. Fidan üçün bu ilk "uğur" idi. İşlədikcə qazancını anasına göndərirdi. "Kənd yeri olsa da, şərayiti olsun!" -deyirdi. Onsuz da Vahidin onun puluna ehtiyacı yox idi. O Rusiyadakı xanımından ayrılmışdı. Buna baxmayaraq orda işləməyə davam edirdi. Hər ayın 20 gününü Rusyada yaşayırdı. Qalan on günün isə Fidanla ailəsi ilə keçirirdi. Nadejdadan ayrılmasını Fidan tələb etmişdi. Həm də sadəcə qızlarını görmək üçün Rusiyada olanda həftədə iki dəfə gedərdi. Özü də onlarsız çox darıxırdı. Amma bir dəfə də olsun Sevincin Mələkdən ayrı qaldığı günlərdə nə halda olduğunu, nələr yaşadığını düşünmədi.

Artıq bir ildən çox keçmişdi ki, Sevinc Mələyini görmürdü. Onun qol bağını hər gün qoxulayıb sinəsinə sıxardı. Arifə ilə də çox danışmazdı. Hər şeyin günahkarı kimi baxardı ona. Sadəcə anasının xahişi ilə susurdu. Ona qarşı kobudluq etmirdi. Qızının adını "Mələk" qoyduqlarını öyrənəndə çox sevinmişdi. Amma bu gün onun bir yaşı olacaqdı. Körpə balasının bu günə kimi nələr yaşadığını necə böyüdüyün görmədən. Hər ay Əsmərin yazdığı məktublardakı sətrlərdən gözündə çanlandırırdı. əsmər söz vermişdi ki, ad günündə Sevinc üçün Mələyin şəklini çəkib göndərəcək. Əsmər Sevincin sədaqətinə inanırdı. Özü də bilmirdi niyə. Amma bilirdi ki hər ana balası üçün canından belə keçməyə hazırdı. əyər Vahid 3 ay içində evlənməsəydi, özü gedib Sevinci evə geri gətirəcəkdi. Mələyin ad günündə Hər kəs körpənin başına toplaşıb təbrik edirdilər ki, Fidan kənarda odlanırdı. Onun da uşağı olsun istiyirdi. Mələyin hər güləndə yanağının batmağı, şip şirin gülüşü, ana həsrəti ilə parlayan körpə gözləri Əsmərin qəlbini sızladırdı. Kimsə onun gördüklərini görmürdü.

Budur Sevinc həyəcanla darvaza qapısı qarşısında o baş-bu başa gedirdi.

-Ay bala gəl gir içəri. Bu şaxtada sən orda neyniyirsən?

- Ana, təkid etmə. Əsmərdən məktub gözləyirəm. Bilirəm ki, ondan məktub gələcək. Son məktubunda yazmışdı ki, ad gününün səhərsi sənə məktubla Mələyin şəklini də göndərəcəm. Balamın şəklini görmək üçün ən şaxta havada belə donmağa razıyam. Sən keç içəri. Məndən narahat olma.

- Nə deyirəm bala. İndilərdə Tərlan işdən gələsidi. Gəlib verər.


Geri dön

Miss Lady

  • 30 iyun 2012 21:38
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
VAHID NECE DE QEDDARDI OZ BACISI QIZINA SAHIB CIXMAG ISTIYIR AMA EYNI ZAMANDA ONU OZUNE YUK BILIR.NC NC NC N BELE DAYILAR DA VAR EEE.

frog

  • 16 iyun 2012 20:42
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
maraqli idi,,,,,,,,,,

Niqul

  • 6 iyun 2012 12:33
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
suuuuuuuuuuuper smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

Aysel_

  • 5 iyun 2012 17:08
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Hemiseki kimi cox maraqli idi...Ardini sebirsizlikle gozleyirem...


esi .i.

  • 5 iyun 2012 11:56
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
TESEKKURLERRRRRRRRRRRRRRRRRRRRRR

demet25

  • 4 iyun 2012 22:31
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
maraqlidi twk ama niye gec yazirsiniz wink

_favorit_arkadas

  • 4 iyun 2012 22:10
  • Məqalə: 556
  • Şərh: 8238
  • Bal:
{awards}
love me,
ardı var

--------------------

★Miss Love★

  • 4 iyun 2012 22:00
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
Maraqlidir oxudum...Ardini gozleуirem тewekkurler...

Shokoladka

  • 4 iyun 2012 21:18
  • Məqalə: 30
  • Şərh: 8440
  • Bal:
{awards}
Oxudum tskler maraqli idi.

--------------------


✰Dгeaм✰

  • 4 iyun 2012 21:17
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Ardi yoxdu?....

Mehri_94

  • 4 iyun 2012 21:15
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
tesekkurler

--------------------
R :love: M

angelochik

  • 4 iyun 2012 21:02
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
ardini sebirsizlikle gozduyurem...........

enigmatic_girl

  • 4 iyun 2012 20:35
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
niye ikisi birden? Vaxt olmadi oxumaga((

--------------------

C.I

  • 4 iyun 2012 20:28
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
her zamanki kimi cox maraqli idi tesekkur edirem......

--------------------

✰GlaMurKa✰

  • 4 iyun 2012 20:03
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
tesekkurler maraqli idi

I am Happy

  • 4 iyun 2012 20:00
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Meqalenin evvellerini oxumamisham amma xoshuma geldi,tapib oxuyacam. Cox sagol.

--------------------

MələkKız

  • 4 iyun 2012 19:59
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagol oxudum

LoVe_LiFe

  • 4 iyun 2012 19:57
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coxx beyendim tesekkurler maraqli meqaleye goreee

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}