İmam Rzanın (ə) əxlaqı

 
İmam Rzanın (ə) əxlaqı

İmam Rzanın (ə) əxlaqı

Peyğəmbər(s) əxlaqi cəhətdən nümunəvi bir şəxsiyyət idi. Allah Qurani-Kərimdə peyğəmbəri vəsf edərkən onun yüksək əxlaqi gözəlliyindən söz açmışdır. Elə peyğəmbərin (s) uğurlarının sirri də onun əxlaqi gözəlliyində olmuşdur.

İmamlar (ə) hamının onları görə biləcəkləri şəkildə yaşayırdılar. Belə ki, onları görən hər kəs ixtiyarsız olaraq Allahın rəsulunu (s) xatırlayırdı. Öz növbəsində imam Rza (ə) da fərdi və ictimai həyatında peyğəmbərimizin (s) yüksək əxlaqını nümayiş etdirirdı.

İbrahim bin Abbas uzun illər imamın yanında olub və onun sahib olduğu ilahi feyzdən bəhrələnib. O, imam Rzanın (ə) əxlaqı barədə deyir:

"İmamın (ə) kimisə təhqir etdiyini, kiməsə əziyyət verdiyini, yaxud kiminsə sözü qurtarmamış onun sözünü kəsdiyini heç vaxt görməmişəm. Ehtiyacı olanların ehtiyacını ödəyər, heç vaxt başqasının yanında nəyəsə söykənməz, ayaqlarını uzatmaz, xidmətçilərlə yumşaq danışar, camaat arasında uca səslə gülməz, ağzının suyunu yerə atmazdı ".

Məmunun vəziri İbn əbi Əbbad imam Rzanın (ə) həyat tərzini belə xatırlayır: "Həzrət Əli bin Musa (ə) yay aylarında həsir üzərində oturardı, qış aylarında isə döşənəcəyi palaz olardı. Gözdən uzaq yerdə, təklikdə olarkən qalın materialdan olan narahat paltar geyinər, insanlar arasına çıxanda isə özünü təqvalı göstərməmək üçün adi paltar geyinərdi."

İmam Rzanın (ə) əxlaqı barədə rəvayətlər

1. İmam fəqirlərə gizlicə kömək göstərməyə daha çox əhəmiyyət verərdi. O, dəyərli şəxsiyyət çoxsaylı xeyirxahlıq edər, yoxsullara gizlində, gecənin qaranlıq çağı kimsənin görə bilmədiyi şəraitdə əl tutardı.

2. Xidmətçiləri ilə süfrə kənarında yanaşı oturub yemək yeyərdi. Xəlvət bir yerdə oturarkən süfrə açılardı, xidmətçilər və işçilər imamla birlikdə süfrə arxasında oturardılar."

3. İmamın xasiyyəti belə idi ki, xidmətçilər yemək yeyərkən, yeməklərini yeyib qurtarana qədər onlara iş buyurmazdı.

4. Möminlərin ehtiyaclarını ödəməyi, onların problemlərini həll etməyi öz əcdadlarının xeyirxah yolu hesab edirdi. İmam Rza (ə) babası imam Cəfər Sadiqdən (ə) belə rəvayət edir: "Kimsə məndən nə isə xahiş edəndə və mənə ehtiyacı olanda, çalışıram ki, ilk fürsətdə onun ehtiyacı ödənilsin və mən kömək fürsətini əldən verməyim".

5. Yay fəslində həsir üzərində oturardı. "Gözəl yumşaq döşənəcək üzərində oturmaq imkanı olduğu halda təvazökarlıqdan həsir üzərində oturardı."

6. Heç vaxt öz sözləri ilə kiminsə qəlbini qırmaz, sözünü kəsməzdi. "Heç vaxt görmədim ki İmam Rza (ə) öz sözləri ilə kiminsə haqqını tapdalasın, kiminsə sözü qurtarmamış danışığını yarımçıq kəssin."

7. "Heç bir imkansızı mümkün qədər əli boş qaytarmazdı."

8. Qonağa hörmət edər, ona iş buyurmazdı. Rəvayətlərin birində belə nəql olunur: "Əli bin Musanın (ə) evinə bir nəfər qonaq gəlir və axşama qədər həzrətin (ə) yanında oturub söhbət edir. Birdən lampa xarab olur və işığı sönür. İmam lampanı düzəltmək istəyən qonağa mane olaraq "biz qonağa iş buyuran nəsil deyilik." deyib lampanı özü düzəldir.

9. Qonaq və xidmətçilərindən həmişə xahiş edərdi ki, yemək yedikləri zaman ona hörmət əlaməti olaraq süfrə arxasından qalxmasınlar: İmam bizə belə buyurdu: "Yemək yediyiniz vaxt mən sizin yanınıza gəlsəm, yerinizdən qalxmayın. Bəzən xidmətçilərdən kimisə səsləyəndə həzrətə (ə) o şəxsin yemək yediyi deyilərdi, bu vaxt imam buyurardı "Yeməyini qurtarana qədər onunla işiniz olmasın".

10. "Yeməkdən əvvəl əllərini yuyar amma qurulamazdı, yeməkdən sonra yuduqda isə qurulayardı."

11. İmam mömin və dostlarının abır-həyası və heysiyyətinə hörmətlə yanaşardı. İmam Rzanın (ə) yanına bir kişi gəlir və deyir: "Mən sizin və atanızın dostlarındanam. Həcc səfərindən qayıdıram.

Nəyim vardısa səfərdə itirmişəm, öz şəhərimə qayıda bilmirəm. Əgər şəhərimə qayıtmaq üçün mənə bir az pul versəniz, orada həmin pulu sizin adınızdan sədəqə verərəm. Çünki mənim özümün sədəqə almaq haqqım yoxdur. İmam (ə) qalxıb başqa otağa keçir, bir az sonra qapı arxasından (yəni özünü göstərmədən) əlində tutduğu pulu həmin şəxsə tərəf uzadır: "Bu iki yüz dinardır, bu pulla şəhərinə qayıda bilərsən, ora yetişəndən sonra isə sədəqə verməyinə ehtiyac yoxdur. İndi isə pulu götür və yola düş". Həmin şəxs pulu alıb imama (ə) təşəkkür edərək çıxıb gedir. Mən imamdan soruşdum ki, niyə pulu ona özünüzü göstərmədən (qapı arxasından) verdiniz? Cavabımda buyurdu: Onun üzündə zilləti görməyə qorxdum" (Mənaqib, c 4, səh. 360)

12. "Güləndə təbəssümlə gülər, heç vaxt qəhqəhə çəkməzdi." (Üyune-Əxbare ər- Rza, c 2, səh.184)

13. İmanlı insanların cənazəsinə hörmətlə yanaşardı. Ravilərdən biri belə nəql edir: "İmam Rza (ə) ilə bərabər idim, bu vaxt bir cənazə aparan dəstə ilə üz-üzə gəldik. İmamın (ə) həmin cənazəyə doğru gedərək dəfn mərasimində iştirak etdiyinin və cənazəyə hörmətlə yanaşdığının şahidi oldum." (Mənaqib, c 4, səh 360)

14. "Süfrə salınıb yemək çəkilən zaman yeməyin ən yaxşısını fəqirlər üçün ayırar və onlara göndərərdi". (Forue-Kafi, c 4, səh 52)

15. İsraf etməkdən çəkinərdi, Yasir Xadim deyir: "Xidmətçilərdən biri meyvənin yarısını yeyib qalanını kənara tullayır. Bunu görən imam (ə) buyurur: "Sübhanəllah. Əgər sən doymusansa, meyvəni ehtiyacı olan insanlara vermək lazımdır."

16. Bir gün Həzrət Rza (ə) mənim yanıma gəldi ondan xoş ətir qoxusu gələrdi. (Əl-Kafi, c 6, səh. 297)
17. Zahirdə təqva sahibi olaraq görünməkdən çəkinərdi. Gizlində özünə qarşı çox ciddi idi, insanlar arasına çıxarkən isə yaxşı paltar geyinərdi

İmam Rzanın (ə) əxlaqı


Geri dön

frog

  • 22 iyun 2012 21:02
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN

Nuray2012

  • 20 iyun 2012 09:41
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Shie

  • 12 iyun 2012 11:48
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
salam aleykum bizim exlaqimiz Imam Rza (ə)-a catmaz amma Insallah bunlara bu sozlere deyer veren qardaslar ve bacilar Insallah terbiye sahibinden biri olarlar

_favorit_arkadas

  • 7 iyun 2012 14:46
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razı olsun...

--------------------

Sheytanka

  • 7 iyun 2012 11:55
  • Məqalə: 31
  • Şərh: 356
  • Bal:
{awards}
tewekkur.)

--------------------
(●̮̮̃•̃)(●̮̮̃•̃)
/█\♥/█\ ღ•°ƒσяєωєя ℓσνє°•ღ

TAYNA VOSTOKA

  • 6 iyun 2012 23:28
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Xidmətçiləri ilə süfrə kənarında yanaşı oturub yemək yeyərdi. Xəlvət bir yerdə oturarkən süfrə açılardı, xidmətçilər və işçilər imamla birlikdə süfrə arxasında oturardılar."

--------------------

✰GlaMurKa✰

  • 6 iyun 2012 21:22
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TSK

enigmatic_girl

  • 6 iyun 2012 19:58
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

music_angel

  • 6 iyun 2012 19:38
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun sizden cox sagolun maraqli xeber ucun

--------------------

---ANGELA---

  • 6 iyun 2012 18:41
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
ÇOX SAĞOLUN.....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

come back

  • 6 iyun 2012 18:29
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
cox sagolun cox xowuma geldi. exlaqli olmaq her insana yarawir.

lie to the world

  • 6 iyun 2012 18:27
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
coooox sagolun bele gozel meqaleye gore.....


İsraf etməkdən çəkinərdi, Yasir Xadim deyir: "Xidmətçilərdən biri meyvənin yarısını yeyib qalanını kənara tullayır. Bunu görən imam (ə) buyurur: "Sübhanəllah. Əgər sən doymusansa, meyvəni ehtiyacı olan insanlara vermək lazımdır."

--------------------

LoVe_LiFe

  • 6 iyun 2012 18:27
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

★Miss Love★

  • 6 iyun 2012 18:06
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
deуerli ve maraqli meqaleуe gore cox sagol

..:MeleK kiz:..

  • 6 iyun 2012 17:57
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Allah razi olsun gozelim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}