Rusiyada və MDB ölkələrinin əksəriyyətində Facebook-dan da populyar olan "Vkontakte" sosial şəbəkəsinin Türkiyədə qapadılmasının səbəbi aşkarlanıb.
DHA bildirir ki, iki həftə əvvəl "Vkontakte"yə Türkiyədə girişin bağlanması ilə bağlı məhkəmə qərarının səbəbi müəllif hüquqlarının kobud şəkildə pozulması idi. Sən demə, "Vkontakte"dən məhkəməyə məşhur türk müğənnisi Tarkan şikayətlənib. O, sosial şəbəkədə yerləşdirilmiş mahnılara görə "Vkontakte" rəhbərliyinin ödənişlər etmək istəmədiyini bildirib.
Daha konkret olsaq, Tarkanı sinirləndirən məqam "Adımı Kalbine Yaz” mahnısının "Vkontakte"də yayılması idi.
Tarkanın vəkilləri həmin mahnını "Vkontakte.ru"da 513 istifadəçinin profilində aşkarlayıblar.
"Vkontakte" sosial şəbəkəsinin 290 milyon istifadəçisi var.