Cəmilə (6-cı hissə)

 
Cəmilə (6-cı hissə)

Cəmilə

Qonşular dəfələrlə şikayətə gəlmişdilər:

-Bu gəlininiz necə adamdır? Kəndara qədəm basdığı heç bir həftə olmaz, ancaq elə bil, dilotu yeyib. Nə hörmət başa düşür, nə həya.
-Elə yaxşı ki, belə adamdır! – anam onların cavabını verirdi. – Mənim gəlinim sözün düzünü adamın gözünün içinə deməyi sevir. Pıç-pıçı danışıb, altdan sancmağındansa, bu yaxşıdır. Sizinkilər özlərini məlakə kimi göstərirlər. Ancaq əslində iyimiş yumurta kimidirlər: bayırdan təmiz və hamar, içərisinin iyi adamın ürəyini bulandırır.

Atam və kiçik anam Cəmilə ilə rəftarda heç zaman başqa qayınata və qayınanalar kimi sərt və öcəşkən deyildilər. Ona mehriban idilər, onu sevirdilər və yalnız bir şey arzulayırdılar ki, o Allaha və ərinə sadiq olsun.

Cəmilə (6-cı hissə)

Mən onları başa düşürdüm. Dörd oğullarını orduya göndərdikdən sonra, onlar hər iki həyətin yeganə gəlini Cəmilə ilə təskinlik tapırdılar. Buna görə də onun əsim-əsim əsirdilər. Lakin mən öz anamı başa düşmürdüm. O, adamı elə-belə sevən adamlardan deyildi. Ağır və tünd xasiyyəti vardı. Öz köhnə qadət-ənənəsi ilə yaşayırdı və həmişə də buna riayət edərdi. Hər il baharın girməsilə o, atamın hələ vaxtı ilə cavanlıqda düzəltdiyi köçəri alacağını həyətdə qurar, içərisində ardıc budaqlardan ocaq qalayıb tüstülədirdi. O bizi də ciddi zəhmət sevən və böyüklərə hörmət ruhunda tərbiyə edərdi. Bütün ailə ezvlərindən tələb edərdi ki, şərtsiz- şurtsuz ona tabe olsunlar.

Cəmilə isə bizə gəldiyi ilk günlərdən özünü başqa gəlinlər kimi aparmadı. Doğrudur, o, böyüklərə hörmət eləyir, onların sözünə qulaq asırdı. Ancaq heç zaman onların qabağında baş əymirdi. Bununla belə, başqa cavan gəlnlər kimi üzünü yana çevirən tək burnunun altında mızıldanıb söymürdü. Ürəyindəkini həmişə açıq deyərdi və öz fikrini deməkdən də çəkinməzdi. Anam tez-tez Cəmilənin tərəfinisaxlayıb, onunla razılaşdı, ancaq axırıncı söz həmişə özününkü olurdu. Mənə elə gəlirdi ki, anam Cəmilənin simasında, onun ürəyinin açəq və özünün ədalətli olmasında özünə tay bir adam görürdü və gizlində fikirləşirdi ki, gələcəkdə onu öz yerinə qoysun, onu özü kimi tam hüquqlu ev sahibəsi, özü kimi baybicə və ailənin sirdaşı etsin. –Qızım, Allaha dua et ki, - deyə anam Cəmiləyə nəsihət verirdi, - sən varlı və xoşbəxt bir evə düşmüsən. Bu sənin xoşbəxtliyindir. Qadının xoşbəxtliyi ondadir ki, uşaq doğsun və bir də evində bolluq olsun. Allaha şükür, biz qocaların topladığı bu şeylərin hamısı sənə qalacaqdır. Özümüzlə qəbrə aparmayacağıq ki! Xoşbəxtliyi yalnız o adam əlində saxlaya bilər ki, o öz namus və vicdanını qoruya bilsin. Bunları yadında saxla və özündən göz-qulaq ol!

Cəmilə (6-cı hissə)

Lakin Cəmilənin bəzi xasiyyətləri qayınananı açmırdı: o, uşaq kimi həddindən artıq gülüb danışandır. Bəzən adama elə gəlirdi ki, Cəmilə heç bir səbəb olmadan gülməyə başlayır, özü də lap hündürdən, ürəklə. İşdən evə döndükdə o, təmkinlə həyətə girməkdənsə, arxın üstündən hoppanıb qaça-qaça gəlirdi. Boş-boşuna gah bir qayınanasını, gahda o birini öpməyə başlayırdı...

Ardı Var

(Oğurlamaq Olmaz)

Yazan: Çingiz Aytmatov

Cəmilə (6-cı hissə)


Geri dön

frog

  • 16 iyun 2012 20:39
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
oxudum.........thanks..........

LoVe_LiFe

  • 7 iyun 2012 20:17
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
beyenendiyinize sevindim

I am Happy

  • 7 iyun 2012 19:44
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Qesheng hekayedi. Tshk.

--------------------

✰Dгeaм✰

  • 7 iyun 2012 19:39
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Askim cox sag ol.Superdi....

..:MeleK kiz:..

  • 7 iyun 2012 17:10
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagol beyendim

✰GlaMurKa✰

  • 7 iyun 2012 15:12
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqlidi tesekkurler canim

...BARSA FANATI....

  • 7 iyun 2012 14:54
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sitat: ---ANGELA---
TƏŞƏKKÜRLƏR MARAQLIDIR...

AysU_DilarE

  • 7 iyun 2012 14:30
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
maraqli idi awkim gozduyurem 7 dini

--------------------

TurN Off ThE WorLd

  • 7 iyun 2012 14:23
  • Məqalə: 5
  • Şərh: 501
  • Bal:
{awards}
cox sagol maraqlidir

---ANGELA---

  • 7 iyun 2012 14:11
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR MARAQLIDIR...

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

★Miss Love★

  • 7 iyun 2012 13:29
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqlidir oxudum ardini gozleуirem тewekkurler=)

enigmatic_girl

  • 7 iyun 2012 13:25
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqli hekayedir)

--------------------

_favorit_arkadas

  • 7 iyun 2012 13:22
  • Məqalə: 556
  • Şərh: 8239
  • Bal:
{awards}
hekayəyə görə çox sağol ardını gözləyirik

--------------------

..::Only_Life::..

  • 7 iyun 2012 13:15
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
maraqlidir tesekkurler

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

SU PƏRİSİ

  • 7 iyun 2012 13:02
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
maraqli hekayedir.......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 56
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}