Nəzir pulları - İslama dininə aid olmayan qayda-qanunlar

 
Nəzir pulları - İslama dininə aid olmayan qayda-qanunlar

Azərbaycanda əhalinin xüsusi maraq göstərdiyi, mütəmadi olaraq ziyarət etdiyi 50 ziyarətgah var ki, onlardan da 10-a yaxını Abşeron yarımadasında yerləşir. Bunlar xalq arasında Mirmövsüm ağa kimi tanınmış Ağa Seyid Əli Mirmövsümzadənin vaxtilə İçərişəhərdə yaşadığı evi və sonradan dəfn olunduğu Şüvəlan qəsəbə qəbiristanlığında olan məzarı, Əli Qədəmgahı, Rəhimə xanımın adı ilə bağlı Nardaran piri, Mərdəkandakı Pir Həsən türbəsi, Maştağadakı Seyid İbad Ağa ocağı və Aqil Baba adı ilə tanınan Seyid Kamil Ağa türbəsi, eləcə də Bibiheybət məscididir. Hər gün bu obyektləri ümumilikdə minlərlə insan ziyarət edir. Kimlərsə hansısa arzusuna çatmaq niyyəti ilə, bəziləri düçar olduğu xəstəliyə şəfa tapmaq məqsədi ilə, bir qisim insanlar isə, sadəcə, ziyarət üçün yollarını bu məkanlardan salırlar.

İnanaq, yoxsa inanmayaq?

Sirr deyil ki, 9 milyonluq xalqın heç də hamısı ziyarətgahlara getmir. İnsanların bir qismi müqəddəs ocaqlara ürəkdən inansa da, bir qisim insanlar Allahdan yüksəkdə heç kimin dayanmadığını əsas gətirərək ziyarətgahlara baş çəkməyi lazım bilmir. Onların qənaətincə, ziyarətgaha gedib oradakı nəzir qutusuna pul atmaqdansa, həmin pulu küçələrdə addımbaşı qabağımıza çıxan və dilənçilik edən qocalara, əlillərə vermək daha savabdır.

Din xadimləri isə hesab edirlər ki, ziyarətgahlaha üz tutmaqda qəbahətli bir şey yoxdur. Məsələn, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay deyir ki, müsəlmanların müqəddəs kitabı olan "Qurani-Kərim"də Allaha vasitələrlə yaxınlaşmanı əks etdirən ayə var. Yəni seyidlər, imamlar Allaha yaxın bəndələr olduğundan onların qəbrini ziyarət etmək, adlarına nəzir vermək və bununla da Allaha yaxınlaşmaq normal haldır. Sadəcə, ziyarətgahlarda hansısa seyidə, məsələn, Mir Mövsüm Ağaya yox, Allaha dua etmək, Allahdan nə isə istəmək lazımdır və bunu seyid övladını vasitəçi tutmaqla, onun xətrinə etmək olar.

Gəlir hara gedir?

Ziyarətgahlarda nəzir qutularına yığılan pulların necə xərclənməsi həmişə müzakirə obyekti olub. Başqasının pulunu saymaq eyib hesab edilsə də, yığılmış vəsait sadə vətəndaşlara məxsus olduğundan həmin pulların sonrakı taleyi maraq doğurur. Baxmayaraq ki, nəzir verənlər hesab edir ki, onların işi qutulara pul atmaqdır, əgər sonradan bu pulu kimlərsə mənimsəyirsə və yaxud təyinatı üzrə xərcləmirsə, bunu artıq insanların vicdanına buraxmaq lazımdır.

Müşahidələr göstərir ki, bütün ziyarətgahlara insan axını eyni səviyyədə deyil. Əhali daha çox Mir Mövsüm ağa ziyarətgahına və Nardaran pirinə üz tutur. Qeyri-rəsmi rəqəmlərə görə, ay ərzində təkcə Mir Mövsüm Ağanın qəbrini ziyarət edənlərin sayı 50 min nəfər ətrafındadır. Hər ziyarətçinin orta hesabla 1 manat pulundan keçdiyini nəzərə alsaq, onda ziyarətgahın aylıq gəlirinin təxminən 50 min manat olduğunu güman etmək olar. Bu pulun necə xərcləndiyinə gəlincə, ziyarətgahlarda bildirirlər ki, nəzir pulları əsasən vaxtaşırı həyata keçirilən təmir-bərpa işlərinə, burada çalışan işçilərin əmək haqlarına, eləcə də yoxsul insanlara maddi yardım göstərilməsinə sərf olunur. Məsələn, hər ay 1000-ə yaxın ailə Mir Mövsüm Ağa ziyarətgahından yardım alır və bu işlər mühasibatlıq qaydasında rəsmiləşdirilir. Amma nə gəlirin, nə də ki, göstərilən yardımların məbləği açıqlanmır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirirlər ki, komitənin işi yalnız ziyarətgahı dini icma kimi qeydiyyata almaqdır. Nəzir pulunun necə xərclənməsi isə icmadaxili məsələdir və komitə ona qarışmır.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyir ki, ziyarətgahların fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlanıb. Bu qaydalara əsasən, bütün ziyarətgahlara QMİ tərəfindən təyinatlar olacaq və bununla da, onların həm fəaliyyəti, həm də yığılan nəzir pullarının hansı istiqamətlərə xərclənməsi nəzarət altında olacaq.

Azərbaycandan fərqli olaraq

Azərbaycandan fərqli olaraq Türkiyədə nəzir qutuları müxtəlif yerlərə yox yalnız məscidlərin girişinə qoyulur. Məscidlər Türkiyə Dini İşlər İdarəsinə bağlı olub, bu İdarənin ciddi nəzarəti altındadır. Ramazan və Qurban bayramlarında qutulara atılan nəzirlər komissiyanın nəzarəti altında sayılır və məscidin hesabına koçürülür. Bundan fərqli şəkildə nəzir vermək istəyənlər dövlətdən qəbz alırlar.

Xalqların yaşatdığı ənənələr


Nəzir qutuları müxtəlif müsəlman ölkələrində var. İraqdakı əksər məscidlərin içərisində iri nəzir qutularının olduğunu bildirən Rafiq Əliyevin sözlərinə görə, o komitə rəhbəri olan dövrdə həmin vəsaitlərin necə xərclənməsini öyrənib. Məlum olub ki, həmin vəsaitlər xüsusi komissiyanın nəzarəti altında məscidlərin təmirinə və imkansız ailələrə sərf edilir. «Nəcəfdə Hüseynin, Əlinin məzarları üstündə yerlər var və həmin yerlərə nəzir verilir, bu da xüsusi komissiyanın nəzarəti altında bir və ya iki aydan bir açılır hesablanır və lazımı yerlərə xərclənir».

Dinşünas alim, Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri Nəriman Qasımoğlu deyir ki, əslində nəzir yığılması ilə bağlı islam dinində hər hansı bir qayda-qanun yoxdur, bu daha çox xalqların yaşatdığı ənənələrdir. Camaatın “nəzir” kimi verdiyi ianələrin məscidlərin təmirinə xərclənməsində isə elə bir qəbahət görmür. O hesab edir ki, məscidlərin təmirindən sonra yerdə qalan pullar kimsəsizlərə, şikəstlərə və s. zümrələrə paylanmalıdır. Amma o, Azərbaycandakı bütün məscidlərin bu yola getmədiyi deyir. Bu sahədə kifayət qədər korrupsiya hallarının olduğunu söylənən Nəriman Qasımoğluna görə, bunu vətəndaşlar da bilməmiş deyil. Onun sözlərinə görə, dini ocaqlara verilən ianələrin xərclənməsində şəffaflıq təmin edilmədiyinə görə, hər dəfə müxtəlif problemlər üzə çıxır.

Vətəndaş passiv olanda…


Nəriman Qasımoğlu deyir ki, əslində vətəndaş verdiyi ianənin hara və necə xərclənməsilə hər an maraqlana bilər və dini qurumlar da bu məlumatları verməyə borclu olmalıdırlar. O, belə bir şəffaflığın olmamasını daha çox vətəndaşların passivliyi ilə əlaqələndirir. Cənab Qasımoğlu ianələrin niyə qara dəmir qutulara qoyulmalı olduğunu da başa düşə bilmədiyini deyir. «Yaxşı olar banklarda hesablar açılsın, lap elə həmin hesablar din xadimlərinin adına olsun, sadəcə bilinsin ki, bir gündə, bir ayda nə qədər pul yığılır».

Beləliklə, movzumuz nəzir olduqu üçün sual da belədir. Siz bu cür yerlərdə nəzirlərin hara xərcləndiyini düşünürsüz? Özünüz nəzir verirsiz? Sizcə, qutulara pul atmaqdansa, atrafınızda olan kasıb insanlara yardım etmək düzgün olmazmı?


Geri dön

frog

  • 22 iyun 2012 21:13
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN.........................................

Nuray2012

  • 21 iyun 2012 10:57
  • Məqalə: 651
  • Şərh: 11084
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

come back

  • 12 iyun 2012 19:18
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
maraqllidir tewekurler.

✰GlaMurKa✰

  • 11 iyun 2012 23:57
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN CANIM

SU PƏRİSİ

  • 9 iyun 2012 23:14
  • Məqalə: 153
  • Şərh: 3603
  • Bal:
{awards}
Allah razi olsun maraqli idi

--------------------

MələkKız

  • 9 iyun 2012 18:02
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagol baci maraqla oxudum

_favorit_arkadas

  • 9 iyun 2012 16:40
  • Məqalə: 556
  • Şərh: 8238
  • Bal:
{awards}
allah razı olsun...

--------------------

SWEET LOVE

  • 9 iyun 2012 14:20
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
pro100 nigar

Özünüz nəzir verirsiz? Sizcə, qutulara pul atmaqdansa, atrafınızda olan kasıb insanlara yardım etmək düzgün olmazmı?

enigmatic_girl

  • 9 iyun 2012 13:54
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
Allah razi olsun maraqli idi

--------------------

TAYNA VOSTOKA

  • 9 iyun 2012 12:21
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Özünüz nəzir verirsiz? Sizcə, qutulara pul atmaqdansa, atrafınızda olan kasıb insanlara yardım etmək düzgün olmazmı?

--------------------

✰Dгeaм✰

  • 9 iyun 2012 12:12
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Allah razi olsun.

music_angel

  • 9 iyun 2012 11:34
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun................

--------------------

LoVe_LiFe

  • 9 iyun 2012 11:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

★Miss Love★

  • 9 iyun 2012 10:31
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
hemiwe maraq dairesinde olan bir movzudur bu...Mencede eledir ele уerlere geтmek olar amma duani Allaha elemek, Allahdan nese isтemek lazimdir...maraqli meqale idi тewekkurler canim

esi .i.

  • 9 iyun 2012 09:58
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
ilk serh menden.tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 23
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}