Xoşbəxtlik həsrəti (24 və 25-ci hissə)

 
Xoşbəxtlik həsrəti (24 və 25-ci hissə)

24 - cü hissə

Dilarə qızının acısını başa düşürdü. Onun nələr çəkdiyini bu bir ildə çox görmüşdü. Amma hər məktub alacağı günü elə səbrsizlənirdi, elə həyəcanlanırdı ki, sanki ölü birinə yenidən can verilirdi. Sevinc Mələyin ad günündən hesab edirdi. Bilirdi ki Əsmər ad günün səhərsi məktubla şəkili göndərəcək. Ona görə həmin günün üzərinə 3 gün də əlavə etmişdi. Bilirdi ki, məktub o poçtdan bu poçta üç gün içində gələcək. Həm də arada gecikmə olurdu. Amma bu dəfə o gecikmənin olmayacağına sonsuz ümidi vardı. Budur addım səsləri eşidildi. Qarın üzərindəki o addım səslərinin Tərlana aid olmasını bütün qəlbi ilə arzuladı. Darvaza iki dəfə ara vermədən döyüldü. Budur Tərlandır. On un döyüşüdür. Tez qapını açdı:

- Tərlan, salam!

-Salam Sevinc. necəsən?

- Həyəcanla məktubumu gözləyirəm. De görüm almısan məktubu?

-Hə, budur! - Əlindəki əlcəyi çıxardıb, kurtkasının cibindən bir konvert çıxartdı.

-Əzilməyib?


-Yox! Yox! Sən demişdin ki, Mələyin şəkli olacaq içində. Ona görə əzmədim. - Bu sözləri dedikcə, Sevincin gözlərinə baxırdı. İlahi! Göz bəbəkləri iki mirvari tək necə də parlayırdı. "Kaş bir dəfə ona "Səni sevirəm" deyə biləydim. Kaş! Necə də çətindir. Allahım, sən özün qoru Sevincimi. Onun xoşbəxtliyi üçün əbədi daşa çevrilməyə razıyam. Təki onu xoşbəxt görüm. Vahid sənə layiq deyildi. Mən də Arifəyə."

- Çox sağ ol Tərlan. Sən hər dəfə məni o qədər sevindirirsən ki, sevincdən sənə sağol belə deyə bilmirəm. dayan açım balamın şəklinə baxım. Sən də baxarsan. Getmə! Gəl evə.

- Tərlan, ilk dəfə idi ki, Sevincin onu evə dəvət etdiyini eşitdi. Ona görə bir an belə tərəddüd etmədən razılaşdı.


O gün Tərlan çox gec gəlirdi. Evdə tək olan Arifə qışın soyuğundan sobanın bir yanında isinirdi. Bu günə kimi Sevincin balasından ayrı çəkdiklərini görüb tutduğu işdən peşman olmuşdu. Geriyə də yol yox idi. Axı Vahid evli idi. Geriyə dönüş yox idi. tərlanın Sevincə olan sevgisi isə bitmək bilmirdi. "Bu necə məhəbbətdir, İlahi?" Hər şey edirdi ki, Tərlan onu düşünməsin. Amma nə fayda. İnsan ki, mənəvi olaraq sənin deyilsə, ruhu, qəlbi sənin deyilsə, cismi də də buz kimi olur. Uşaqları isə heç olmayacaqdı. Tərlanı ailəyə bağlayacaq tək vasitə uşaq ola bilərdi. Amma Tərlan sonsuz idi. Uşaq olmayacaqdı. Arada fikirlərdən ayılıb Tərlanın gecikməsindən nigaran qalırdı. "Bu niyə gec gəlir görəsən?"

- Ana! Ana, gəl baxaq.

- Nolub, bala?


- Gəl Tərlan. Keç içəri. Ana, Mələyimin şəklini görəcəm. İstiyirəm ki, siz də görəsiz. Ayağını soyunub evə keçən Tərlan bir qədər sıxılsa da Sevincin bu həyəcanlı anlarını gözündən yayındırmağa qorxurdu. Budur konverti asta-asta açırdı. Əlini içinə salıb ilk olaraq şəkili götürdü. Gözlərini yumub, dərindən nəfəs aldı. Yavaş-yavaş gözlərini açıb şəkilə baxdı. Bu an son bir ildə Sevincin həyatındakı ən xoşbəxti idi. Tərlan Sevincin bu addım-addım etiyi hər bir hərəkəti izlədikcə qəlbi alışırdı. Hələ şəkilə ilk baxanda necə də parıldadı gözləri. Yanağına iki damla yaş süzüldü. Çox təsir etmişdi Tərlana. Sevinc bütün bu acıları yaşamamalı idi. O bunlara layiq deyildi.

Xoşbəxtlik həsrəti (24 və 25-ci hissə)

25 - ci hissə

- Mənim şip-şirin Mələyim! Ana, Tərlan siz də baxın.

-Elədir qızım. Həqiqətən nəvəm gözəldir. Allah bəxtini gözəl yazsın. Amin.

- Tərlan, çəkinmə. Sən də bax.

- Çox gözəl uşaqdır. Sevinc sənə çox oxşatdım. Allah saxlasın.

- Çox sağol Tərlan. Allah sənə də bir övlad qismət etsin.

Bu sözlər Tərlana çox təsir etdi. Onun uşağı olmayacqdı.

- Yaxşı, mən gedim. Arifə nigaran qalıb yəqin.

-Çox sağ ol bala. Sən ki, hər ay mənim qızımı belə sevindiririsən. Qoy Allah da səni sevindirsin.

-Çox sağ olun, Dilarə xala. Gecəniz xeyrə qalsın!

Ayağını geyinib, darvazadan çıxmışdı ki, Arifəni qarşısında gördü. Onun gözlərindəki kin, qəzəb bir an içində Tərlanı "deşib" keçdi.

-Sən bu vaxtı burda neyniyirsən? Tərlan səninləyəm. Mən neçə saatdır sənin yolunu gözləyirəm. Sənsə Sevincgildən çıxırsan?

Tərlan heç bir söz demədən evlərinə doğru addımladı. Arifə qəzəbindən ürəyində "Sən ki, belə etdin? Yaxşı gör indi mən sizin başınıza nə oyun açacam!" dedi...


Hər zaman olduğu kimi işdən evə qayıdan Fidan mədəsindəki göynəmədən əziyyət çəkirdi. Bütün günü özünü yaxşı hiss etməmişdi. Buna görə yolüstü əczaçıdan test almışdı. Yoxlayacaqdı. Qəlbində bir ümid vardı. Onun üçün uşaq hər kəsdən öndə idi. Vahiddən belə. Tək arzusu uşağın olması idi. Vaxtı ilə ailə qurmaq istəmirdi. Lakin öz balası olmağını da çox istiyirdi. Buna görə Vahidlə evlənmişdi. Mələyə isə meylini sala bilmirdi. Çünki daima onu görən hər kəs Sevinci xatırlayırdı. Mələk belə anası Sevincin adını Əsmərdən o qədər eşitmişdi ki, qulağı alışmışdı. Fidan da buna görə Əsmərlə daima savaşa çıxardı. Mübahisələri heç bitməzdi. Fidan Əsməri iki üzlülükdə günahlandırırdı. Əsmər isə Fidanı ögeylikdə. Ona daim ögey olduğunu xatırladırdı. Mələyə yaxın durmağa qoymazdı. Mələkdən ötrü Fidanın da "ürəyi getmirdi." Sadəcə kefi yaxşı olanda onunla oynamaq istiyirdi. Əsmər Mələyə daha çox vaxt ayırsın deyə işindən müvəqqəti ayrılmışdı. Fidan isə kimsənin üzünü görməsin deyə səhər işə gedib, axşam yatmağa gələrdi. Zəminə belə Fidanın son zamanlar boş yerə yaratdığı söz-söhbətdən bezmişdi. Vahidə bir kəlmə deyə bilmirdi. Zəng edən kimi Vahid əvvəlcədən sözün hara gedib çıxacağını bilirdi. Anasına dəfələrlə "Fidanı bəyənsən də, bəyənməsən də o mənim yoldaşımdır. Bunu bir dəfəlik qəbul et! Sevinci də bəyənmirdin. Noldu? Hamı pisdir, sən yaxşı?"

Bu sözləri anasına deyən sanki əvvəlki Vahid deyildi. Özü də bilmirdi neyləsin. Əsmər narazı, Fidan narazı, anası narazı. Bütün mübahisələrdən əziyyət çəkən isə günahsız Mələk idi. Vahid çıxış yol tapa bilmirdi. Amma bir dəfəlik Rusiyada yaşamağı da düşünmüşdü. Fidanı və Mələyi bura gətirəcəkdi. Mələksiz bir gün qala bilməzdi. Rusiyada olduğu vaxtlar Əsmərə zəng edib Mələyin telefonda səsini eşidərdi. Ona hər 20 gündən bir gələndə nələr-nələr gətirərdi. Qapıdan girən kimi ilk Mələyi axtarardı. Onsuz qala bilmirdi. Əsmər isə "Rusiyada yaşasanız Mələk mənimlə qalsın." deyirdi. Çünki Mələyi Fidana heç baxmayacaqdı. Vahid də Mələksiz qala bilmədiyindən Rusiyaya bir dəfəlik köçməyi ağlından çıxartdı. Yenə hər zaman olduğu kimi 20 gündən, ya 15 gündən bir evə gələrdi. Sevincli günlərini çox axtarmışdı. Onunla yaşadığı müddətdə necə də firavan və xoşbəxt idi. Lakin qədrini indi anlasa da onun üçün Sevinc artıq "ləkəli" insan idi.

Ardı var

Yazan: Xəyalə Murad

İcazəsiz kopya edilməsi qadağandır.


Geri dön

Miss Lady

  • 30 iyun 2012 21:36
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
TERLAN YAZIG SEVDIYI ADAM QOVUWA BILMIR EEE...

frog

  • 16 iyun 2012 20:59
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
MARAQLI IDI.................

Niqul

  • 10 iyun 2012 09:11
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
coooooooooox maraqlidi indi o biri hisseleri de oxuyacam smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

Aysel_

  • 8 iyun 2012 23:45
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Cox maraqli idi...Ardini sebirsizlikle gozleyirem...

✰GlaMurKa✰

  • 8 iyun 2012 16:02
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqli idi tesekkurlerrrr

nilawka

  • 8 iyun 2012 14:24
  • Məqalə: 0
  • Şərh: 61
  • Bal:
{awards}
ardini sebirsizlikle gozduyurem angry

--------------------
Uca yaradanımız deyib. "Qorx incidib, ağlatdığın insandan. O məndən kömək istəyəcək. Məndə kömək edəcəm!"

LoVe_LiFe

  • 7 iyun 2012 22:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
marqlidir hekayeye gor tesekkurler

Angel Nuray

  • 7 iyun 2012 21:53
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
{awards}
Ardini sebirsizlikle gozleyirem

--------------------
dostluq teklifi gondermeyin qebul elemeyecem

амор

  • 7 iyun 2012 21:52
  • Məqalə: 1
  • Şərh: 134
  • Bal:
{awards}
OXUDUM MARAQLIYDI

enigmatic_girl

  • 7 iyun 2012 20:51
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
ikisini oxuya bilmedim

--------------------

..:MeleK kiz:..

  • 7 iyun 2012 20:44
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun oxudum

★Miss Love★

  • 7 iyun 2012 20:43
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqlidir oxudum ardini gozleуirem тewekkurler=)

✰Dгeaм✰

  • 7 iyun 2012 20:41
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox gozel idi.Tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}