Tövbə Yalnız Dildə Olmur

 
Tövbə Yalnız Dildə Olmur

TÖVBƏ YALNIZ DİLDƏ OLMUR

Tövbə tək tələffüz deyil. Yalnızca dilin və səs tellərinin iştirakıyla müəyyən ləfzin meydana gəlməsi deyil. Başqa sözlə, təkcə zahiri təzahürlərlə kifayətlənmir tövbə. Allah o gündən saxlasın insanı ki, dinin, inancın təqdim etdikləri tövsiyələri zahirdə göstərməklə kifayətlənsin, əməlində təzahür etməsin. Allah eləməsin ki, İslam insan üçün bir terminoloji dil olaraq kifayətləndirilsin. Yalnız sözdə, danışıqda müəyyən istilahlarla təzahür etsin insanın inancı.


Şübhəsizdir ki, insanda yalnız məlumatların olması kifayət etmir. İnsan bilgiləri əmələn yaşatmalıdır. Bilgilər, məlumatlar insanın əməllərində təzahür tapdıqda bunların mənası var.

Tövbə də elədir. Dillə iqrar etməklə iş bitmir. İnsanın ruhiyyəsində iz buraxmalıdır onun tövbəsi. Bir yeni təravətlilik, bir yeni nəfəs gəlməlidir insanın durumuna. Və ən əsası, bu məsələnin təntənəsi gərək itməsin, insan üçün adiləşməsin bu mövzular. Məlumat və bilgilər çoxala bilər insanda. Amma əsaslı bir dəyişiklik olmasa onda, boş yaşamış olur.

Xoş olsun o xəstənin halına ki, öz xəstəliyini bilir, iqrar edir, dərk edir və müalicə olunmaq istəyir. Bu baxımdan, şaban ayı bəlkə də xəstəliyini anlayan kəslərin müalicə olunduğu aydır.

Bir haşiyə də çıxmaq zəruridir ki, toplumda tövbənin yanlış interpritasiyası vardır. İnsanlar çox vaxt düşünürlər ki, «nə etmişəm ki, tövbə də edim? Adam öldürməmişəm, oğurluq etməmişəm, heç kimə pislik etməmişəm. Qoy onlar tövbə etsin».


Belə düşüncə tərzi, günahın və tövbənin mahiyyətini bilməməkdən irəli gəlir. İnsanın ibadi durumunda əskliklərin olması, naşükürlük, qeybət, yalan, söyüş, sui-zənn kimi günahlar, yaxud baxışla, dillə, fikirlə günahlara yol verilməsi kimi mənfiliklər çoxları üçün adi görünə bilsə də, əslində yaranmışların əşrəfi olan insanın özünə zülm etməsi deməkdir. Bu əyinti və mənfiliklərin qəlbə vurduğu yaraları sağaltmağın yolu da məhz tövbədən keçir.

Tövbə Yalnız Dildə Olmur


Geri dön

frog

  • 22 iyun 2012 21:14
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN!!!

Nuray2012

  • 21 iyun 2012 11:05
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

esi .i.

  • 9 iyun 2012 10:26
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
minnetdaram

transformasiya

  • 9 iyun 2012 01:44
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
teshekkurler !!!

★Miss Love★

  • 8 iyun 2012 22:34
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
deуerli ve maraqli ,eqaleуe gore cox sagol

✰GlaMurKa✰

  • 8 iyun 2012 19:51
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

enigmatic_girl

  • 8 iyun 2012 18:40
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

LoVe_LiFe

  • 8 iyun 2012 18:12
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

adsiz2

  • 8 iyun 2012 17:55
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
TESEKKURLER........

--------------------

..:MeleK kiz:..

  • 8 iyun 2012 17:36
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagol awkitom

lilly

  • 8 iyun 2012 17:04
  • Məqalə: 0
  • Şərh: 403
  • Bal:
{awards}
HE MENCE DE DILLE TOVBE ETMEK TOVBE SAYILMIR,GEREK INSAN OZ EMELLERILE SUBUT ETSIN KI DORDAN DA TOVBE EDIB.MARAQLI IDI.COX SAG OLUN!!!

--------------------
SADECE YORGANI UZERIME CEKEREK BELE XOWBEXT OLA BILIREMSE,MENI BEDBEXT EDECEK DERECEDE AXMAQ OLA BILMEZSEN!!!

_favorit_arkadas

  • 8 iyun 2012 16:57
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razı olsun....

--------------------

✰Dгeaм✰

  • 8 iyun 2012 16:57
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}