Cəmilə (7-ci hissə)

 
Cəmilə (7-ci hissə)

Cəmilə

Cəmilə mahnı oxumağıda sevirdi. O həmişə böyüklərdən çəkinmədən bir şey zümzümə edirdi. Əlbəttə, bütün bunlar gəlinin ailə içərisindəki rəftarı haqqında aildə yaranıb hifz olunan təsəvvürlərlə bir araya sığmırdı. Lakin hər iki qayınana onunla təsəlli tapırdı ki, vaxt ötdükcə Cəmilə yaşa dolub, ağıllanacaqdır: cavanlıqda elə hamı belə olmayıb məgər! Mənim üçünsə dünyada Cəmilədən yaxçısı yox idi. Bizim üçün birlikdə çox yaxşı keçirdi, heç bir səbəb olmadan gülüşür və həyətdə bir-birimizi qovurduq.

Cəmilə qəşəng qız idi. Boylu-buxunlu idi. Düz cod saclarını iki sıx və ağır hörük şəklində hörmüşdü. Ağ ləçəyini məharətlə bağlayaraq onu alnına tərəf azca endirdi. Bu ona çox yaraşırdı, hamar sifətinin qaraşın dərisinə xüsusi gözəllik verirdi. Cəmilə güldüyü zaman onun göyümtül qara badamı gözləri gənclərə məxsus şıltaqlıq ilə parıldayırdı. Birdən-birə ədəbsiz ail mahnılarını oxumağa başladıqda isə onun yaraşıqlı gözlərində qadınlara xas bir parıltılı göründü.

Mən tez-tez görürdüm ki, cigitlər, xüsusilə evlərinə qayıtmış cəbhəçılərin gözləri onda qalırdı. Cəmilə özü də zarafat etməyi sevirdi. Doğrudur, həddini aşanların payını verirdi, ancaq bununla belə, onun hərəkətləri mənə toxunurdu. Mən onu, kiçik qardaşların öz bacılarını qısqandığı kimi qısqanırdım. Cəmilə yanında cavan oğlanları görəndə bir bəhanə ilə onlara mane olmağa çalışırdım. Qürurlanır və onlara elə qəzəblə baxırdım ki, sanki, bütün görkəmimlə "Siz çox da qaqqıldaşmayın. O mənim qardaşım arvadıdır və elə güman eləməyin ki, arxasında heç kəsi yoxdur!" demək istəyirdim.

Belə dəqiqələrdə mən qəsdən çəkinmədən, yeri gəldi-gəlmədi, söhbətə qoşulur və Cəmilənin yan-yörəsində hərlənənləri lağa qoymağa çalışırdım. Bundan bir şey çıxmadıqda isə özümü saxlaya bilməyib xorozlanırdım.

Cavanlar qəhqəhə çəkib gülüşürdülər:
-Sən Allah, bir buna bax. Demə onun cenesimiş. Qiyamətmiş, heç xəbərimiz yox.
Mən canımı dişimə yığıb özümü saxlayırdım. Ancaq qulaqlarımın qızardığını hiss edirdim. Hirsimdən gözlərimdə yaşarırdı. Mənim cenem- Cəmilə isə məni başa düşürdü. Özünü gülməkdən güclə saxlayaraq, ciddi görkəm alırdı.

-Bəs siz elə güman eləyirsiniz ki, cenelər keçədə tökülüb qalıb,-deyə o cigitlərə təşəxxüslə cavab verirdi. -Bəlkə, sizdə küçəyə tökülüb, bizdə isə yox! Gedək, qayınım.Sizi görüm.... -O, başını dik tutaraq, özünü göstərər və çiyinlərini lovğa-lovğa oynadırdı. Mənimlə birlikdə uzaqlaşdıqca isə sakitcə gülümsəyirdi.


Ardı Var...

(oğurlamaq olmaz)
Yazan: Çingiz Aytmatov


Geri dön

frog

  • 16 iyun 2012 20:58
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
THANKS..........................

LoVe_LiFe

  • 9 iyun 2012 20:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
beyendiyiinize sevindim serhlere gore tesekkurler

MələkKız

  • 9 iyun 2012 18:15
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun

_favorit_arkadas

  • 9 iyun 2012 16:59
  • Məqalə: 556
  • Şərh: 8238
  • Bal:
{awards}
hekayəyə görə çox sağol...

--------------------

esi .i.

  • 9 iyun 2012 10:17
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
minnetdaram

adsiz2

  • 9 iyun 2012 00:43
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
eeeeeeeeeeee sonra...........

--------------------

LoVe_LiFe

  • 8 iyun 2012 22:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
beyendiyinize sevindim:) ardini insallah sabahalove

★Miss Love★

  • 8 iyun 2012 21:58
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
Maraqla oxudum canim menim ardini gozleуirem=)

))_AntiLove_((

  • 8 iyun 2012 21:54
  • Məqalə: 3
  • Şərh: 532
  • Bal:
{awards}
MaraqLidi..Ardin gozduyurem ...
TeweKkurLer ... =)

--------------------
Arxαmdαn dαnışαn Üç Quruşluq İnsαnlαrα , Söyləyə biləcək Tək Sözüm Var ; - Xırda Pullαr Dαimα Səs Sαlαr [; ♥

enigmatic_girl

  • 8 iyun 2012 21:43
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
hmmm oxudum maraqlidir.... belay sonra ne oldu?:S

--------------------

✰Dгeaм✰

  • 8 iyun 2012 20:18
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Hekaye super idi.Ellerine sagliq askim.

✰GlaMurKa✰

  • 8 iyun 2012 20:10
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
tesekkurler canimin ici coxx maraqli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}