İbrətamiz Hekayə

 
İbrətamiz Hekayə

Birinci və ən önəmli dərs:

Məktəbdə ikinci ayımda müəllim test suallarını payladı. Mən məktəbin ən yaxşı şagirdlərindən biri idim. Sualların hamısına çətinlik çəkmədən cavab verdim, amma son sualda çaşıb qaldım. Sual belə idi :"Hər gün məktəbi təmizləyən xadimə qadının adı nədir?". Düşündüm ki bu bir zarafatdır, belə sual ola bilməz. Xadimə xanımı hər gün məktəbi təmizləyəndə görürdüm. Uzun boylu, qara saçlı biriydi, amma adını hardan biləydimki?! Sonuncu suala cavab vermədən kağızı müəllimə verdim. Dərs qurtarandan sonra şagirdlərdən biri sonuncu sualın test suallarına daxil olub olmadığını soruşdu. "Əlbəttə ki, daxildir" müəllim dedi, " İş həyatınız boyunca hər biri bir-birindən fərqli çoxlu insanla tanış olacaqsınız, amma bu insanların hamısı sizin diqqət və marağınıza layiq olan insanlardır. Onlara sadəcə gülümsəyib salam verməniz lazım olsa belə...". Müəllimin bu sözləri məni çox düşündürdü. Bu dərsi ömrüm boyu unutmadım. O xadimə xanımın adını da...Onun adı Leyla idi...

İkinci dərs:Yağışlı havada otostop...

Bir gecə yarısı Alama avtomobil yolunun kənarında duran bir zənci xanım gördüm. Bərk yağış yağdığına baxmayaraq xarab olan avtomobilinin qarşısında durub diqqəti çəkmək istəyirdi. Gəlib keçən hər bir avtomobilə əl eləyirdi. Yanında durdum. 60-cı illərdə ağ dərili bir adamın bir qaradərili birinə kömək etməsi qəbul deyildi. Onu kəndə qədər aparıb bir taksi dayanacağına yola saldım. Ayrılarkən təkidlə ünvanımı istədi, mən də verdim. Bir həftə sonra qapı döyüldü, içəri daxil olan adamlar əllərində televizor içəri daxil oldular. Televizorun yanında bir qeyd də vardı : "Yağışlı bir gecədə mənə kömək etdiyiniz üçün sizə təşəkkür edirəm.O dəhşətli yağış təkcə paltarımı deyil, ruhumu da islatmışdı. Ümidimi tam itirdiyim bir zamanda siz ortaya çıxdınız. Sizin sayənizdə ölüm ayağında olan həyat yoldaşımın son nəfəsinə yetişə bildim.Allah razı olsun. Hörmətlə: Sara."

Üçüncü dərs: Sizə xidmət eləyənləri hər zaman xatırlayın...

Bir gün bir uşaq şirniyyat satılan kafeyə daxil oldu. Ofisiant qız tələsik uşağın yanına qaçıb nə sifariş vermək istədiyini soruşdu. Uşaq şokoladlı keksin neçəyə olduğunu soruşdu. Ofisiant qız "50cent" dedi. Uşaq cibindən çıxardığı xırda pulları saydı və "bəs dondurma neçəyədir" deyə soruşdu. Ofisiant qız "35cent" dedi. Uşaq bir dondurma istədiyini bildirdi.Ofisiant qız dondurmanı gətirdi və hesabı aldı. Bir azdan uşaq dondurmanı yeyib qurtardı və getdi.Ofisiant qız dondurma qabını götürmək istəyəndə donub qaldı, gözləri yaşardı. Qabın yanında uşağın qoyduğu 15cent var idi...
Qədim vaxtlarda bir kral sarayın qarşısındakı yolun üzərinə böyük bir qaya qoydurur və özü də pəncərədən saraya gələn insanların bu qayaya reaksiyasını bilmək üçün baxırdı. Ölkənin ən varlı tacirləri, ən güclü karvan başçıları saraya gələr, qayanın saraya gedən yolu uzatdığını görəndə deyinə deyinə saraya gedərdilər. Hətta bəziləri xalqdan bu qədər vergi alındığını lakin yolun təmizlənmədiyini deyər, yolarına davam edərdilər. Bir gün isə bir kəndli saraya tərəvəz gətirmək üçün gəlir və yolda qayanı görəndə qan tərə bata-bata qayanı yoldan kənara çəkir. Qayanı çəkəndən sonra isə qayanın yerində pulla dolu bir kisə görür. Kisənin içində bir qeyd də var idi "Bu qızıllar qayanı yoldan çəkən insana aiddir." Bundan belə bir nəticə çıxarın ki, həyatımızdaki hər bir problem həyatımızı da da yaxşılaşdırmağa bir stimuldur.

Dördüncü dərs...Yolumuzdakı əngəllər...

Köhnə zamanlarda bir kral saraya gələn yolun üzərinə böyük bir daş qoydurmuş və özüdə pəncərədə oturmuşdu.Görək nələr olacaq?...
Ölkənin ən zəngin tacirləri,ən güclü karvançıları,saray işçiləri gəldilər sabahdan axşama qədər...Hamısı qayanın ətrafında dolaşıb saraya girdilər.ÇoXuda kralı yüksək səslə pislədi.Xalqından bu qədər vergi alır ama yolları təmiz saxlamırdı.Ən sonunda bir kəndli gəldi.Saraya meyvə və tərəvəz gətirirdi.Belindəki torbanı yerə endirdi,iki əliylə qayanı qucaqladı və itələməyə başladı.Sonunda qan tər içində qalsada qayanı qırağa çəkə bilmişdi.Tam torbasını belinə alırdıkı birdən qayanın əvvəlki yerində bir kisə gördü.Açtı...Kisə qızıl doluydu.Bir də kralın notu vardı içində..."Bu qızıllar qayanı yoldan çəkən insana aiddir" deyirdi kral.Kəndli bugün bir çoxumuzun fərqində olmadığı bir dərs almışdı..."Hər əngəl həyat imkanlarınızı daha yaxşılaşdıracaq bir fürsətdir..."

Beşinci dərs:Əsas olan verməkdir...

İllər əvvəl xəstəxanada işləyən zaman ağır xəstə olan bir qız uşağı gətirdilər. Yaşamağı üçün tək bir şans beş yaşında olan qardaşından qan köçürülməyi idi. Həkim bunu beş yaşındakı uşağa başa saldı və uşaqdan qan verib verməyəcəyini soruşdu. Uşaq bir anlıq özünü itirdi və ah çəkdi. "Əgər bu bacımı sağaldacaqsa verəcəm" dedi. Qan köçürülərkən qızın rəngi düzəlməyə başladı amma qardaşının rəngi ağarmışdı. Bacısı yaxşılaşdıqca gülümsəməyə başladı. Oğlan titrəyən bir səslə "Elə indi öləcəyəmmi?"deyə soruşdu. Uşaq həkimi səhv başa düşmüş və bütün qanını bacısına verib öləcəyini düşünmüşdü, amma buna baxmayaraq o bir qəhrəmanlıq etmişdi.


Geri dön

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:17
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
maraqlidiii

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Angel-Xranitel-666

  • 15 noyabr 2010 10:10
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
belay maraqlidiii

--------------------
AnGeL-xRaNItEl ti super

Ulya

  • 12 noyabr 2010 13:08
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqlidi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}