"Nağıl" tortu

 
"Nağıl" tortu


"Nağıl"tortu bir çoxlarının uşaqlıq xatirələrinin vacib olmasa da, vanil, krem və qarpız sukatının qarışıq ətrini yada salan bir atributudur. Düzdür, təqdim etdiyimiz təriflə hazırlayacağınız tort bir vaxtlar mağazadan alınan "Nağıl"ın dadını verməyəcək, çünki fabriklərdə hazırlanan un məmulatlarına xüsusi vitaminlər və qida maddələri də əlavə olunur. Amma oxşar dadı alacağınıza əmin olun.

Tərkibi:

xəmir üçün:

5 x.q. un
5 x.q. şəkər tozu
3 yumurta

krem üçün:

170 q kərə yağı
90 q şəkər pudrası
70 q qatılaşdırılmış süd
kakao tozu
qida boyaları

sirop üçün:

80 ml su
4 x.q. şəkər tozu
1 ç.q. ağ desert şərabı

Hazırlanması:

Əvvəlcə sobanı 180 dərəcə qızdırın. Düzbucaqlı sinini azca əridilmiş kərə yağıyla yaxşıca yağlayın, üzərinə un səpin. Unun artığını sinini üzüaşağı tutmaqla boşaldın.

Unu ələyin. Bir ləyənçədə yumurtaları şəkər tozu ilə mikserlə çalın. Şəkər tozu tam əriyincə və kütlənin həcmi təxminən 2,5 dəfə artınca çalın. Ehtiyatla unu əlavə edib tez qarışdırın.
Xəmiri hazırladığınız siniyə tökün. 30-35 dəqiqə, qızılı rəng alanadək bişirin. Bişən zaman sobanın ağzını açmayın, yoxsa biskvit yaprıxar. Hazır biskviti əvvəlcə sinidə soyudun, sonra çıxarıb çevrilmiş ələyin, yaxud dəmir şəbəkənin (adətən, sobanın içində olur) üzərinə qoyub quruması üçün bir gecə saxlayın.

Sirop üçün tavaya su və şəkər tozu tökün, qaynara düşənədək qarışdırın, şəkər əriməlidir. Hazır siropun ağzını örtüb soyudun, sonra şərab əlavə edib qarışdırın.

Qurumuş biskviti hər tərəfdən iti bıçaqla kəsib düzbucaqlı forma verin. Çox iti bıçaqla eninə üç korja bölün. Artıqları xırdalayın və tavada qızılı rəng alanadək qovurun.
Siropu biskvitə hopdurun.

Krem üçün mikserlə yağla şəkər pudrasını çalın. Qatılaşdırılmış süd əlavə edib yenə çalın. İki hissəyə bölün. Bir hissədən 2 x.q. ayırıb kənara qoyun. O biri hissəni kakao tozu ilə qarışdırın. Ayırdığınız 2 qaşıq kremi isə qida boyaları ilə qarışdırın: birini qırmızı, o birini yaşıl rənglə, beləliklə, 4 rəngdə krem alınacaq: ağ, qəhvəyi (şokoladlı), qırmızı və yaşıl.

Korjların arasına ağ krem çəkib üst-üstə yığın. Kənarlarına şokoladlı krem çəkin və qovurduğunuz biskvit qırıntılarını səpin. Ortasına zolaq-zolaq şokoladlı krem çəkin (bunun üçün xüsusi konditer şprisi ucluğundan istifadə edin), yaşıl kremlə yarpaq, qırmızı kremlə gül çəkin, ara-bərədə isə sukatları yerləşdirin. Vəssalam! Nağıl kimi tort hazırdır!

Nuş olsun..!


Geri dön

SWEET LOVE

  • 18 iyun 2012 00:19
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
bu tort...hemise bir insanin dogum gununde bisirirdi anam bunu.dadli tortdur,cox sagol canim

frog

  • 12 iyun 2012 13:49
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
CHOOOOOOOOOOOOOOOOX DADLI OLUR MEN DE CHOOOOOOOOOOOOX XOSHLAYIRAM

✰GlaMurKa✰

  • 11 iyun 2012 14:58
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
superr olur nagil torty coxx sevirem tesekkurlerrr

---ANGELA---

  • 10 iyun 2012 14:48
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
ƏLA GÖRÜNÜREE THANKS....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

esi .i.

  • 10 iyun 2012 13:13
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkurler

..:MeleK kiz:..

  • 9 iyun 2012 17:40
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Nuş olsun..!

enigmatic_girl

  • 9 iyun 2012 16:56
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
dadli olur ama men bisire bilmirem recourse

--------------------

_favorit_arkadas

  • 9 iyun 2012 16:19
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
məsləhətə görə çox sağol...

--------------------

SU PƏRİSİ

  • 9 iyun 2012 15:54
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
MEN BUNDAN YEMISEM DADLI OLUR XEBERE GORE TWK....

--------------------

LoVe_LiFe

  • 9 iyun 2012 15:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
resepte gore tesekkurler

★Miss Love★

  • 9 iyun 2012 15:23
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Biz bunu hemiwe hazir aliriq eve hec vaxт biwirmir anam bu тorтu cox dadlidir Nagil тorтu...тewekkurler winked

✰Dгeaм✰

  • 9 iyun 2012 15:13
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Resept ucun cox sag ol.

))_AntiLove_((

  • 9 iyun 2012 15:13
  • Məqalə: 3
  • Şərh: 532
  • Bal:
{awards}
Ilk Werh Menden :)
ResePte Gore Twk =)

--------------------
Arxαmdαn dαnışαn Üç Quruşluq İnsαnlαrα , Söyləyə biləcək Tək Sözüm Var ; - Xırda Pullαr Dαimα Səs Sαlαr [; ♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 37
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}