Xərçəng xəstəliyindən qorunun

 
Xərçəng xəstəliyindən qorunun

1. Siqareti buraxın

"Tüstüsüz Hava Proyekti"ni dəstəkləyin. Yalnız siqareti buraxaraq həyatınıza 10 il qata bilərsiniz. Bu il özünüz üçün bir addım atın, siqareti buraxmaq üçün səy nümayişin, professional bir kömək alın və tüstüsüz bir hava sahəsi meydana gətirin.

2. Tez - tez hekim müayinəsindən keçin

İllik check-up proqramlarınızı təxirə salmayın. Qadın və kişiyə istiqamətli yoxlama? testlərinizi mütləq etdirin. Unutmayın ki; bəzi xərçəng növləri erkən müəyyən olunduğunda yüzdə 90 və üzərində nisbətlə tamamilə yox edilə bilir. Ailəsində xərçəng xəstəsi olan, müəyyən bir yaşın üstündəki fərdlərin təyin olunaraq daha dəqiq araşdırmaların edilməsi lazımdır.

3. Çox kilolardan xilas olun

Çox kilo rəhm, kolon, sinə, yemək borusu və böyrək xərçəngi riskini artırır. Yüzdə 10 kilo itkisi isə adamı yüzdə 50lərə çatan nisbətdə xərçəng riskindən qoruyur. Aralıq dənizi tipi diyetin sağlam olduğu gedərək daha yaxşı aydın olur. Zeytunyağı, yaşıl qidalar, təzə məhsullar, bol lifli bəslənmə hər tip xərçəngi maneə törədə bilər. Yüksək kalorili, yağ məzmunu zəngin, lifi aşağı bəslənmə, xüsusilə mədə və bağırsaq xərçəngi baxımından risk meydana gətirir.

4. Aktiv olun

Xərçəngdən qorunmanın ən yaxşı yollarından biri də aktiv bir həyat tərzidir. Gündə 10 min addım fəlsəfəsi hərəkətli bir həyat üçün məsləhətlidir. 5 gün boyunca 30 dəqiqə edilən məşqlə ciddi mənada xərçəngdən qoruna bilərsiniz.

5. Yaşıl qidaları artırın

Edilən testlər? həftədə 3 və ya 4 dəfə salat yeyilməsinin siqaretə bağlı ağciyər xərçəngi riskini azaltdığını göstərir. Çünki yaşıl tərəvəzlərdə hüceyrə təmirində vəzifə alan antioksidan molekullar bol miqdarda var.

6. Spirtdən uzaq durun

7. Yeməklərinizi rəngləndirin

Son illərdə edilən bir test? tərəvəzlərə və meyvələrə qırmızı, bənövşəyi və mavi rəngini verən antosiyanin adı verilən maddənin kolon xərçəngi riskini azaldır.

8. Qırmızı əti azaldıb, ağ ətə yönəlin

Qırmızı ət, ehtiva etdiyi yüksək yağ nisbətiylə damar sərtliyi və bir çox xroniki xəstəliyə səbəb olar. Ağ ət istehlakı sağlam bir seçimdir. Yüksək hayvansal yağ istehlakı xərçəngə gətirib çıxarar.

9. Günəş işığından qorunun

Dəri xərçəngi ən sıx görülən, amma bunun yanında ən sıx önlənə bilən xərçəng növləri arasındadır. Günəş işığı ehtiva etdiyi ultrabənövşəyi şüalarla dəriyə zərərli olduğundan çox günəş alan bölgələrin xüsusilə baş və boyun bölgəsinin ciddi şəkildə qorunması lazımdır. Kremlər, eynəklər və şapkalarla şüalardan qoruna bilərsiniz.

10. Əmizdirin

Bütün ana namizədlərinin diqqətinə! Körpənizi nə qədər uzun müddət əmizdirsəniz, o qədər daha az məmə xərçənginə tutularsınız.

Kələm xərçəng xəstəliyindən qoruya bilər

Alimlər hesab edirlər ki, kələm ekstraktları xərçəng xəstəliyinin müalicəsinə kömək edə bilər.

Testlər göstərdi ki, müxtəlif növ kələmlərin tərkibində təhlükəli şişlərin kiçilməsinə kömək edən maddələr mövcuddur.

Alimlər aşkar etdilər ki, kələmi selenlə kombinasiyada qəbul etmək müxtəlif təhlükəli şişlərin aradan qaldırılmasını daha da effektivləşdirə bilər.

Laborator şəraitdə sübut olunmuşdur ki, kələm ekstraktının tərkibi şişlərin inkişafı riskini 60-70 % azaldır.

Kələmin təbii komponentləri təhlükəli şişlərin yaranmasını neytrallaşdırmaqdan əlavə, yaranmış şişlərin həcmini kiçiltməyə də qadirdir.

Yaxın zamanlarda mütəxəssislər onkoloji xəstəliklərlə mübarizə etməyə kömək edən tərkibinə kələm ekstraktı daxil olan preparatlar istehsal etməyi planlaşdırırlar, həmçinin, bu komponenti gündən qoruyan losyonlara da daxil etmək istəyirlər.


Geri dön

In_The_Dark

  • 31 avqust 2011 10:50
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
TWK MARAQLI MELUMATA GORE...

music_angel

  • 25 avqust 2011 18:11
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
xebere gore tesekkur edirem

--------------------

NELLY19

  • 27 iyul 2011 21:41
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TWK MARAQLI MELUMATA GORE...

CrazyGirl

  • 15 yanvar 2011 17:11
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Bas uste smile

--------------------
Sən varsansa həyat çox gözəl!

Ulya

  • 12 noyabr 2010 13:18
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
deyerli xebere gore twk

Yusif

  • 12 noyabr 2010 11:32
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Bunlari edene qeder sende wink

SerSeRi_RuzGaR

  • 12 noyabr 2010 02:12
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
Hmm_TurKLerIn_SOzU_OlMasIn..........ASIL BUNDAN KORKULUR tongue................

TeweKkurLer caNim))) winked

--------------------
<<<$aLunKa>>>

MuslimGirl

  • 11 noyabr 2010 23:25
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah hamini bu xestelikden qorusun! Bu xesteliklere tutulanlara ise sefa versin! Amin! Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 61

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}