Futbol üzrə Avropa çempionatları tarixi

 
Futbol üzrə Avropa çempionatları tarixi

16 komandanın mübarizə aparacağı yarış iyulun 1-də başa çatacaq. Qeyd edək ki, bu çempionat 16 komandanın qatıldığı son çempionat olacaq. Belə ki, UEFA-nın qərarına əsasən, 2016-cı ildə keçiriləcək növbəti Avropa çempionatında 24 komanda iştirak edəcək. Bəs bugünədək Avropa Çempionatı tarixində nələr yaşandı, nələr yadda qaldı?Avropa Çempionatı tarixi haqda araşdırmanı təqdim edirik:

Futbol üzrə Avropa Çempionatı - Bu yarış Avropa Futbol Federasiyası Assosiasiyasına üzv ölkələrin yığma komandaları arasında keçirilən turnirdir. 1960-cı ildən başlayıb, hər 4 ildən bir keçirilir. Bu gün başlayacaq çempionat sayca 14-cüdür. Avropa Çempionatı yaranarkən adı "Avropa Millətlər Kuboku" olub.

1960-cı ildə ilk çempionata Fransa ev sahibliyi edib. Yarışın final mərhələsində cəmi 4 komanda - Fransa, SSRİ, Çexoslovakiya və Yuqoslaviya iştirak edib. Turnir iyulun 6-dan 10-dək davam edib. İlk çempionatın qalibi SSRİ yığması olub.

İndiyədək keçirilən 13 çempionatda daha çox Almaniya - 3 dəfə çempion olub (1972, 1980, 1996). İspaniya (1964, 2008) və Fransa (1984, 2000) isə 2 dəfə çempionluq sevinci yaşayıblar. 13 çempionatda ümumilikdə 9 ölkə çempion olmağı bacarıb.

Almaniya indiyədək keçirilmiş 13 çempionatın 10-da, Rusiya (həmçinin keçmiş SSRİ) 9-da, Hollandiya və İspaniya isə 8-də iştirak edib. Keçirilən 13 çempionatda ən çox qol vuran yığmalar Almaniya və Hollandiyadır - 55 qol.

Bir çempionatda ən çox qol vuran oyunçu hazırda UEFA-ya rəhbərlik edən Fransalı Mişel Platinidir. O, Fransanın ilk Avropa çempionu olduğu 1984-cü ildə rəqib qapılarından 9 qol keçirib. Platini həm də bir turnirdə 2 het-trik edən yeganə oyunçudur (1984). Sonuncu het-trikə isə İspaniyalı David Vilya imza atıb. 2008-ci ildə o Rusiyanın qapısından 55 dəqiqəyə 3 top keçirməyə nail olub.

İndəyədək ən çox - 4 Avropa Çempionatında iştirak edən 8 futbolçu var ki, bunlardan ikisi - Olof Melberq (İsveç) və İker Kasilyasın (İspaniya) iştirak edəcəyi 4-cü çempionat bu gün başlayacaq çempionat olacaq.

Avropa çempionatlarında ən çox oyun keçirən oyunçular Van Der Sar (Hollandiya) və Lilyam Türamdır (Fransa). Hər iki futbolçu 16 oyun keçirib.

İndiyədək keçirilən çempionatlarda iki dəfə çempionluq yaşayan baş məşqçi hələ ki, yoxdur. Komandasını çempion edən 13 baş məşqçidən biri isə hazırda dünya reytinqində 112-ci pillədə olan yığmamızı çalışdıran Berti Foqtsdur. O, Almaniyanı 1996-cı ildə Avropa Çempionu edib.


Geri dön

frog

  • 21 iyun 2012 14:41
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
THANKS........................

..:MeleK kiz:..

  • 10 iyun 2012 20:56
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun

enigmatic_girl

  • 10 iyun 2012 15:37
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm maraqli geldi mene futbolla maraqlaniram ama bunlari bilmirdim

--------------------

_favorit_arkadas

  • 10 iyun 2012 15:35
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
xəbərə görə çox sağol...

--------------------

LoVe_LiFe

  • 10 iyun 2012 14:26
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqlanmiram amma yenede tesekkurler

Elvin007

  • 10 iyun 2012 13:56
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Maraqli xeber ucun sagol!


!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
!!!!!!!!!!!!!!!!!!

--------------------
▼►►Proqramming◄◄▼

ZAC EFRON

  • 10 iyun 2012 13:49
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
ele bildim.bu cempionatlarin tarixidi...dunenki oyun yaxsi ke4di...maraqlidi tskler=)

AysU_DilarE

  • 10 iyun 2012 13:42
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
Twkler canikom xeber ucun

--------------------

vuska15

  • 10 iyun 2012 13:24
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
24 komanda maraqli olacaq yegin onda 1 ci kursda oxuyacam

✰GlaMurKa✰

  • 10 iyun 2012 13:10
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkruelr canim xeebre goreeee

esi .i.

  • 10 iyun 2012 12:57
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
minnetdaram
twk

lovely555

  • 10 iyun 2012 12:50
  • Məqalə: 0
  • Şərh: 453
  • Bal:
{awards}
..................

--------------------
......

_Qismet_

  • 10 iyun 2012 12:33
  • Məqalə: 796
  • Şərh: 832
  • Bal:
{awards}
Real Madrid

GlamouR_

  • 10 iyun 2012 12:23
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Xebere gore tesekkurleR =)
Real madRid 4eveR =)))

--------------------

★Miss Love★

  • 10 iyun 2012 12:17
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
melumaтa gore тewekkurler canim=)

---ANGELA---

  • 10 iyun 2012 12:16
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

✰Dгeaм✰

  • 10 iyun 2012 12:12
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli melumat ucun cox sag ol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 44

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}