Xoşbəxtlik həsrəti (26 və 27-ci hissə)

 
Xoşbəxtlik həsrəti (26 və 27-ci hissə)

26 - cı hissə

- Əsmər, Əsmər! Mən test elədim. Bax!

- Nə test? Baxım?

Əsmər Fidanın vanna otağından sevincək çıxmasından çaşıb qaldı. Testi əlinə alıb baxdı. İki xətt vardı.

- Bu nə deməkdi ki?

- Bu o deməkdir ki, Əsmər xanım, tezliklə Mələyə ya bacı ya qardaş gəlir.

Əsmər bilmədi sevinsin ya əsəbləşsin. Sadəcə hörmət əlaməti kimi təbrik etdi. Quru da olsa Fidan təbrikini qəbul etdi. Zəminə bu xəbərdən çox sevinmişdi. Deyirdi: "Heç olmasa Vahidin bu dəfə oğlu olar. İki qız Rusiyada, biri burda. Fidan da oğlan verər. İnşallah." Fidan üçün fərq etməzdi. Ona övlad lazım idi. Vahid bu xəbəri elə bir anda aldı ki, sevincinin həddi hüdudu olmadı. Həmin gecə evinə döndü. Mələklə Fidanla bir yerdə dərin yuxu getdi. Vahidin də ümidi vardı. O da oğul arzusunda idi. Allaha için-için dua edib, tezliklə ona oğul verməyini istədi.

Tərlan istirahət günü kəndin Çay evinə getdi. Bütün yoldaşlar, qonşular hamsı orda otururdu. Bir qədər çay içib söhbət etmək, fikirlərini dağıtmaq istiyirdi. Arifənin o gecə səhərə kimi susmamasından təngə gəlmişdi. "Sən Sevinci daim sevmisən. Bir dəfə mənə ona baxdığın kimi baxmamısan." Nə etsin bilmirdi. Arifənin də xoşbəxt olmasını istiyirdi. O gecə ona boşanmaq barədə bir daha demişdi. Lakin Arifə yenə eyni cavabı vermişdi: "İki dünya bir olar, amma mən sən səndən boşanmaram". Sevincin bu iki ildə çəkdiklərini elə demək olar ki, Tərlan da çəkirdi. Onun hər dəfə bir parça məktub üçün nə qədər qol qanad açdığını görəndə sevincdən çox, kədər hissi ilə boğulurdu. Ona necə kömək edəcəyini də bilmirdi. Dünən gecə ən son məktubu da tələsik vermişdi. Arifə görməsin deyə. Amma nə fayda. Zəhərli ilanın gözündən heç nə yayınmırdı. Tərlanın gələcəyi saatı dəqiqliklə bilirdi. Tez-tez küçənin qapısını açıb yola boylanardı. Elə Tərlanın da növbəti dəfə Sevincgilə getməsini görmüşdü: "Bu dəfə lap ağ elədiz"...

Sevinc kədərli halda pəncərə önündə oturub elə hey fikrə getmişdi. Dilarə qızının dünən gecə aldığı məktubdan sonra belə olduğunu bilirdi. Səbəbi də məlum idi. Əsmər ona məktubda Fidanın hamilə olduğunu yazmışdı. Sevinc gözlərindən süzülən iki damla yaşı anasından gizlədə-gizlədə silirdi. Amma nə qədər gizlədəcəkdi ki?...

- Heç bilirsiz nolub?


Tərlanın yeni əyləşdiyi çay evindəki masalardan birindən bir kəndli səsləndi.

- Nə olub Mirzə?

- Rəhmətlik Musanın qızı boşanıb. Əri də evlənib yad xanımla.

Tərlan bir an içində fikirlərdən ayıldı. Söhbətin Sevincdən getdiyini aydınlaşdırmaq üçün diqqətlə qulaq asmağa başladı.

- Mirzə, sən canı doğurdan? Bəs niyə boşanıb Sevinclə?

- Əşi başa düş də. Guya kəndə gəlmişdi təmiz havada uşağı dunyaya gətisin. O da ki, getdi bir gədə ilə gizli eşbazlıq etdi.

27 - ci hissə

Tərlan eşitdiklərinə inana bilmirdi. Özünü güclə saxlayırdı ki, sözün davamını eşitsin.

- Kimdi o gədə? Əri bilib deyə boşuyub?

- Hə də. Hələ elə bilir ki, kəndin dünyadan xəbəri yoxdu. Bu dey oturub burda çay içir.

Tərlan başını geri çevirib Mirzənin onu göstərdiyini gördü. Cəld ayağa qalxıb yaxasından yapışdı. Qalın jaketdə olsa da Mirzənin sinəsindən bərk tutub çay evinin divarına çırpdı.

- Sən nə dedin?

- Burax! Burax dedim sənə!

- Buraxmaram. De görüm sən bunları hardan uydurmusan? Utanmırsan xalxın qızına, gəlininə ləkə yaxırsan? Əclaf!

Tərlan Mirzəyə bir zərbə vurdu. Burnu qanasa da yerə yıxılmadı. Masalardan birindən tutub ayağa qalxdı.

- Dayan, Tərlan! Bu sözü mən çıxartmıram. Bütün kənd bilir. Sən onunla eşqbazlıq edirsən. Əri də xəbər tutub boşuyub onu. Uşağı da əlindən alıb.

-Əclaf!

Tərlan bir zərbə daha vurdu. Mirzə yerə sərildi. Taqəti olmadı yenidən durmağa. Tərlan hirsindən dəli kimi idi.

- Mənim ona bir dəfə pis niyyətlə baxdığımı görmüsüz? Nankorlar! Alçaqlar. Arvad kimi qiybət edirsiz. Camaatın anasına, bacısına, gəlininə söz atırsız. Ləkələyirsiz. Kim uydurub bunları? Kim? Sevinc yoldaşımın rəfiqəsidir. Ona bir insan kimi kömək etmişəm. Sadəcə budur. Aramızda isə heç bir zaman heç nə olmayıb. Salam-sağoldan başqa.

- Bunu biz uydurmuruq! Tərlan, bütün kəndin arvadları danışır sizin sevgi marəcanızdan.

- Nə dedin, Cəfər?


Tərlan bir zərbə də Cəfər ilişdirdi. Özünü olduqca pis hiss edirdi. Bir an içində eşitdiklərinə dözə bilmirdi. "Yəni Vahid buna görə Sevinclə ayrıldı?"

Cəfər, ust başını düzəldə düzəldə dedi:

- Sən indi bizim hər birimizə bir zərbə vuracaqsan? Bunu bütün kənd danışır.

- Kim? Kim danışır? Gəlsin çıxsın qarşıma. Kim?


Tərlan qışqıra-qışqıra öz küçələrinə getdi.

- Deyin də? Deyin kim danışır?

Bütün sakinlər, gəlinlər, qızlar, qaynanalar, qaynatalar, oğullar, hamsı küçəyə çıxdı. Tərlan qışqıra-qışqıra soruşurdu:

- Kimdir bizə ləkə yaxan? Kim deyib bunu sizə? Kim?

Arifə Tərlanın səsini eşidib çölə çıxdı. Bütün qonşuların Tərlanın dediklərinə tamaşa etməsinə pis oldu. Tərlan isə susmurdu. Küçənin ortasında var qüvvəsi ilə qışqırırdı. Sevinc də evdə diksindi.

- Bu kimdir? Ana eşidirsən?

- Hə, bala! Deyəsən Tərlanın səsidi.

- Nə deyir axı? Niyə qışqırır?

- Nə bilim? Başım çıxmır. Gəl gedək baxaq görək? Bəlkə içib?

Hər kəs sanki tamaşaya çıxıbmış kimi küçə ortasında qışqıran Tərlana baxırdılar.

- Tərlan havalanmısan? Gəl evə. Ayıbdı. Qonum qonşu baxır.

- Belə cəhənnəmə ki. Məyər bu qiybət sevər insanların ən sevdiyi şey deyil? Alçaqlar! Sizlərdən belə pak olan insana ləkə yaxırsız? Allahdan heç qorxmursuz? Xainlər!

- Ana, Tərlan kimdən danışır?

- Bilmirəm bala. Dayan görüm. Bəlkə mənim sözümü eşidər evinə girər.


Dilarə iri addımlarla Tərlanın yanına gəlib qolundan tutdu.

-Gəl, bala, gəl! Gir evə oturaq görək nə deyirsən?

- Yox! Mən bilməliyəm. Dilarə xala, siz deyin bu alçaqlara. Mənim Sevinclə bir salamdan-sağoldan başqa sözüm söhbətim olubmu?

Dilarə Tərlanın verdiyi sualdan yerindəcə donub qaldı.

- Yox. O nə sözdü? Niyə soruşursan?

- Bu xainlər Sevinci ləkəliyirlər. Onun ən pak insan olduğunu belə qəbul edə bilmədilər. Allah sizlərin cəzanızı verəcək.

Arifə yenə qəzəbləndi. Tərlan hər kəsin içində Sevincin paklığından danışdı. Hər kəsi ləkəli onu təmiz insan adlandırdı. Hirsindən özünü ələ ala bilməyən Arifə var gücü ilə Tərlanın sinəsinə şığıdı.

- Demək bu qədər dəyərlidir Sevincin hə? Bütün bunlar həqiqət deyil? Səni neçə dəfə işdən gələndə onlara getdiyini görmüşəm. Neçə dəfə... Danış da! Niyə susursan? Hər kəsin bildiyi həqiqətdir. Vahid Sevinci elə səninlə olan eşqindən xəbərdar olub atıb. Bir dəfə də olsa ona baxdığın kimi mənə baxmadın. Bir dəfə sevdiyini demədin! Sənin uşağın olmasa da qəbul etdim. Ömrümü sənə qurban verməyə razı oldum. Amma sən Sevincini unutmadın.

Olan bitən Sevinci şoka salmışdı. Dili söz tutmurdu. "Vahidin dediyi o böhtanlar Arifədən çıxıbmış." Tərlan yerində donub qaldı. Arifənin hər kəs önündə belə deməsi, özü də bu söz söhbəti Arifənin yayması onu mənəvi və fiziki məhv etdi. Ayaqları və əlləri sümüksüz ət kimi boşaldı. Bir an içində özünü idarə edə bilmədən yerə dəydi. Nə baş verdiyini anlaya bilməsə də çox qorxdu. Hər kəs başına toplaşdı. Arifə də. Tərlan ətrafı dərk edirdi, amma bədənini hiss etmirdi.

- Tərlan? Noldu sənə? Vay dilim quruyaydı. Sənə nə oldu? Dur ayağa.

Tərlan dili güclə söz tuta-tuta dedi:

- Hə-ə-ə-r şeyi sən etdin!...

Mirzə maşınını ora sürüb Tərlanı Cəfərlə köməkləşib maşına mindirdi. Arifə də onunla maşına əyləşib getdi. Dilarə bir an tərəddüt etmədən Sevincin qolundan tutub evə girdi.

- Ana, Arifə nə dedi?

- Bilmirəm, Başlarına hava gəlib. Geyin gedək.

-Hara?

- Hara olacaq? Xəstəxanaya. Tərlandan mənə pislik dəyməyib. Onu bu halda qoya bilmərəm. Öz oğlum kimi çox istiyirəm.

- Yaxşı. Gözlə gəlirəm.


Ardı var

Yazan: Xəyalə Murad

İcazəsiz kopya edilməsi qadağandır.


Geri dön

Miss Lady

  • 30 iyun 2012 21:34
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
COX SAGOL TEBRIZ.

Aysel_

  • 26 iyun 2012 17:42
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Coxdandi bura gire bilmirem hec birini de oxumamisam indi hamisin bir-bir oxuyuram...Cox maraqli idi...Ellerinize saqliq...

frog

  • 16 iyun 2012 20:56
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
THANKS......................... request

..:MeleK kiz:..

  • 10 iyun 2012 20:59
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
oydaaa ne maraqli yerinde kesildi

enigmatic_girl

  • 10 iyun 2012 15:31
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
2hisse ayri verinde oxuya bilmirem.. recourse

--------------------

Angel Nuray

  • 10 iyun 2012 15:13
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
{awards}
ardi sebirsizlikle gozleyirem twk

--------------------
dostluq teklifi gondermeyin qebul elemeyecem

LoVe_LiFe

  • 10 iyun 2012 14:19
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ardini gozleyecem tesekkurler

angelochik

  • 10 iyun 2012 13:26
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
Ardini sebirlsizlikle gozduyurem............

✰GlaMurKa✰

  • 10 iyun 2012 13:17
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurler maraqli idi

---ANGELA---

  • 10 iyun 2012 13:16
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
THANKS......

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

esi .i.

  • 10 iyun 2012 13:05
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkurler
twk
tttwwkkkkkkkkkkkkkk

GlamouR_

  • 10 iyun 2012 12:30
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Xebere gore tesekkurleR =)

--------------------

★Miss Love★

  • 10 iyun 2012 11:59
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqlidir oxudum ardini gozleуirem тewekkurler))

Miranda ss

  • 10 iyun 2012 11:26
  • Məqalə: 1
  • Şərh: 240
  • Bal:
{awards}
sebrim catmadi sona qeder oxuyam yenede eziyete gore tesekkurlerr

yus_ka

  • 10 iyun 2012 11:08
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
en maraqli hissesi budu ele---sevincde evde diksindi)))
bu serialin davami birde ne vaxt olacaq?))

✰Dгeaм✰

  • 10 iyun 2012 10:12
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Ardini sebirsizlikle gozelyecem,.Cox gozel hekayedi.Tesekkurler dosi.

Niqul

  • 10 iyun 2012 09:18
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
cooooooooooooooooooox maraqlidi hemiwe oldugu kimi.Ardi tez gelsin deee winked

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}