Təşkilatçı Nahid Emiloğlu yayılan məlumatlara şərh verdi.
Bu gün tanınmış türk müğənnisi Sərdar Ortac atası Mehmetin vəfatı səbəbindən sənətçi həyatının ən acı gününü yaşayır. Yayılan reklam çarxlarından məlum olduğu kimi Ortac, iyunun 23-də Bakıda növbəti solo-konsert proqramı ilə çıxış edəcək.
Baş vermiş bu hadisə artıq inandırıcı söz-söhbətlərin yayılmasına səbəb olub. Xəbərlərə görə, müğənninin paytaxtımızdakı konserti qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Açıqlama verən təşkilatçı Nahid Emiloğlu, məlumatları kökündən yalanladı: "Sərdar Ortac hüznlü gün yaşasa da, bu onun Azərbaycana gəlməsinə hansısa maneələr yaratmayacaq.
Müqavilə imzalandığı üçün o, konsert proqramını təxirə salmır. Tamaşaçılar bu tip yalan xəbərlərə inanmasınlar".
Emiloğlu onu da bildirdi ki, S.Ortac Bakıya iyunun 22-də, konsertindən bir gün əvvəl təşrif buyuracaq.

Milli.Az