Cəmilə (9-cu hissə)

 
Cəmilə (9-cu hissə)

Cəmilə

O, göydəki, yumşaq buludları öz şəfəqi ilə qızardaraq üfüqün arasına ağır-ağır çəkilir və aşağılarda artıq qaranlığın çökdüyü bənövşəyi stepə son işığını yayırdı. Cəmilə qüruba elə dilsiz bir məftunluqla baxırdı ki, sanki şirin yuxu görürdü. Zərif sifəti parıldayırdı, yarıaçıq qalmış dodaqlarında məsum bir gülüş vardı. Bu zaman Cəmilə hələ də ona demək istədiyim məzəmmətli sözlərə elə bil cavab verərək, mənə tərəf döndü və elə tərzdə danışdı ki, sanki aramızda gedən söhbəti davam etdirirdi.

-Sən isə, kiçinə bala onun haqqında fikirləşmə, qoy cəhənnəm olsun! O da insandır yəni... –Cəmilə bunu deyib susdu, sönən günəşi süzərək, köksünü ötürdü və dalğın halda sözünə davam etdi: -Osman kimilər insanın qəlbini nə başa düşür? Yox, heç kəs bunu başa düşmür... bəlkə də belə kişilər dünyada heç yoxdur....

Mən atları döndərənədək Cəmilə bizdən kənarda işləyən qadınların yanına qaçdı. Mən onların bərkdən fərəhlə güldüklərini eşitdim. Ona nə üz verdiyini demək çətindir, günün qürubuna baxarkən, bəlkə başına təzə bir fikir gəlmişdi, bəlkə də yaxşı işlədiyi üçün fərəhlənmişdi. Mən arabada, hündür ot qalağının üstündə oturub Cəmiləyə baxırdım. O, ağ ləçəyini başından çəkib Külək götürüldü:” Osmanın laqqırtısı haqqında fikirləşməyə dəyərmi?

-Hə-ə, getdik! -deyə mən tələsib, atları qovdum. Həmin gün briqadirin mənə tapşırdığı kimi, başımı qırxdırmaq üçün atamı gözləməyə qərara aldım. Bu müddət ərzində Sadığın məktubuna cavab yazmağa başladım. Bu işdə də bizim öz qaydamız vardı: qardaşlarım məktubu atamın adına yazırdılar, ail poçtalyonu onları anama verirdi. Məktubları oxumaq və cavab yazmaq isə mənim borcum idi. Mən məktubu oxumamışdan qabaq bilirdim ki, onu Sadıq yazmışdır. Çünki onun məktubları, sürüdəki quzular kimi bir-birinə oxşayırdı. Sadıq məktubu həmişə bu sözlə başlayırdı: “Cansağlığı haqqında məktub.” Sonra isə, bir qayda olaraq yazırdı: “Bu məktubu poçtla səfalı, gül-çiçəkli Talasda yaşaya qohum-əqrabalarıma, istəkli, son dərəcə əzizim atam Colçubaya göndərirəm...” Sonra anamın, daha sonra öz anasının, onlardan sonra isə cərgə ilə bizim hamımızın adı gəlirdi. Bütün bunlardan sonra qəbilə ağsaqqallarının, yaxın qohum-qardaşın haqqında vacıb suallar başlayırdı, yalnız lap axırda Sadıq tələm-tələsik yazırdı: “Habelə arvadım Cəmiləyə salam göndərirəm...

Əlbəttə, ata ilə ana sağ-salamat olduqda, aildə ağsaqqallar və yaxın qohum-əqraba sağ-salamat olduqda, arvadım adını birinci çəkmək, xüsusilə onun adına məktub yazmaq yaxşı deyil, hətta ədəb xaricindədir. Təkcə Sadıq deyil, özünə hörmət eləyən hər bir kişi belə düşünürdü. Bunun haqqında danışmağa da dəyməz. Çünki bütün aildə bu bir qayda idi. O, nəinki müzakirə ediləli idi, onun haqqında heç düşünmürdük də. Bir də buna vaxt yox idi. Axı hər bir məktubun arzusunda idik, onun gəlişi fərəhli bir hadisə idi.

Ardı Var

(Oğurlamaq Olmaz)

Yazan: Çingiz Aytmatov


Geri dön

Loreen_001

  • 19 iyun 2012 03:20
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
bu hekayenin 1ci birde 8ci hissesi yoxduuu??? angry

--------------------
xeyanetin izini qelbimden silib gedirem
bu kez son olacaq donmeyeceyime eminem
sevgiden uzaq dunyam olacaq bele cox asan
nece yashayacam sensiz bilmiremmm...

frog

  • 16 iyun 2012 20:55
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
THANKS................. love

LoVe_LiFe

  • 11 iyun 2012 12:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
..:MeleK kiz:..,
love

..:MeleK kiz:..

  • 10 iyun 2012 20:48
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
oxudum maraqli idi

LoVe_LiFe

  • 10 iyun 2012 19:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
serhlere gore tesekkur edirem

enigmatic_girl

  • 10 iyun 2012 15:51
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
bu defe oxuya bilmedim

--------------------

_favorit_arkadas

  • 10 iyun 2012 15:03
  • Məqalə: 556
  • Şərh: 8239
  • Bal:
{awards}
Hekayəyə görə çox sağol ardını gözləyirəm

--------------------

LoVe_LiFe

  • 10 iyun 2012 14:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
love tesekkurler serhinize gore

I am Happy

  • 10 iyun 2012 14:29
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Maraqli hekayedi evvellerini oxumusham. Cox sagol. Davami olar inshallah.

--------------------

Nuray2012

  • 10 iyun 2012 14:16
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler

--------------------

faithful

  • 10 iyun 2012 14:10
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
teshekkurlerrrrrrrrrrrr :)))))))))))

LoVe_LiFe

  • 10 iyun 2012 13:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
beyendiyinize sevindim tesekkurler

aksana1993

  • 10 iyun 2012 13:47
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
emeye gore cox sag ol

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

_RiHanNa_

  • 10 iyun 2012 13:44
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Oxudum thankss canımmm)

))_AntiLove_((

  • 10 iyun 2012 13:39
  • Məqalə: 3
  • Şərh: 532
  • Bal:
{awards}
TeweKkurLer canim,,Ardin GozduYurEm...

--------------------
Arxαmdαn dαnışαn Üç Quruşluq İnsαnlαrα , Söyləyə biləcək Tək Sözüm Var ; - Xırda Pullαr Dαimα Səs Sαlαr [; ♥

SU PƏRİSİ

  • 10 iyun 2012 13:30
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
TEWEKKURLER.... laughing

--------------------

AysU_DilarE

  • 10 iyun 2012 13:15
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
awkim yaa bunun 8 hacan oldu men oxumamiwam axi recourse oxudum cox sag ol gedim 8 de oxuyum wink

--------------------

MENI_GOR_YIXIL_OL

  • 10 iyun 2012 12:56
  • Məqalə: 0
  • Şərh: 574
  • Bal:
{awards}
MARAQILIYDI HEQIQI winked

--------------------
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir siz oxuduz əzbərdən
Gülür gözlərim səhnədə
Kim bilir mənim içimdə nə dərdlər
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir ki, gəlmir şahzadəm
Mənim sevgilim hardadır
Ona deyin ki SIRIN təkdir və dardadır

esi .i.

  • 10 iyun 2012 12:48
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkkurler

✰GlaMurKa✰

  • 10 iyun 2012 12:47
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekurelr canim

GlamouR_

  • 10 iyun 2012 12:38
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Xebere gore tesekkurleR =)

--------------------

★Miss Love★

  • 10 iyun 2012 12:37
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqlidir oxudum ardini gozleуirem cox sagol smile

✰Dгeaм✰

  • 10 iyun 2012 12:34
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Ardini gozleyecem.Cox sag ol askim... love

_GunKa_

  • 10 iyun 2012 12:27
  • Məqalə: 0
  • Şərh: 564
  • Bal:
{awards}
ayda yene cemile)))

---ANGELA---

  • 10 iyun 2012 12:20
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

TAYNA VOSTOKA

  • 10 iyun 2012 12:18
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Çingiz Aytmatov-BU YAZAR ESRIN YAZARI KIMI COX AKTUAL VE DEYERLI YAZICIDIR,ONUN DEDEKTIV ESERLERININ DEMEK OLARKI COXUNU OXUMUWAM....XEBERE GORE COX SAG OLUN,MARAQLA OXUYURAM BU YAZINI

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 76
Cəmi: 91

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 505
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 1
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}