Oxumağa dəyər aforizmlər

 
Oxumağa dəyər aforizmlər

Dost tapmaq deyil, dost qala bilmək çətindir.

*

Yetər ki düşmənim olmasın; dostum olsa da olar olmasa da…

*

Qarşındakı insana bir şeylər izah etmək istəyirsənsə, burax əvvəl o izah edəcəklərini bitirsin. Əks halda səni dinlərmiş kimi edər, amma söylədiklərindən bir şey anlamaz.

*

"Bu gün dünənə görə necəyəm?" sualının cavabını vermədən sabahdan ümidli ola bilməzsən.

*

Ağıllı insan, axmaqlar arasında bir kaktus kimidir.

*

Pislər zəfərlərini; yaxşı, saf, dürüst insanlara borcludurlar.

*

Bir insanın qədəri; davranışlarıyla, universal qaydaların kəsişdiyi yerdir.

*

Layiq olmayanı tərifləmə, günahkarı günahlandırma, pisi pisləmə, müvəffəqiyyətsizi kiçik görmə, kimsədən şikayətçi olma, yalançının yalanını üzünə vurma, kasıbı alçaltma ki "insan oldum" deyə biləsin.

*

Bilə-bilə pis ilə yoldaşlıq edən adam ya axmaqdır ya da mələkdir.

*

Küləklə danışmağı heç sınadınmı? Bir sına. İnsana ən çox bənzəyən təbiət hadisəsi küləkdir. O da insan kimi; səssizdir, sakindir, bir az tələshikçidir, azca qızğındır, bəzən də hirsdən qudurmuş kimidir…

*

Bir insana, bir heyvana, hətta bir əşyaya hansı niyyətlə baxsan elə görərsən.

*

Dilənçinin arsızı, sədəqə verəni utandırar; yalançının arsızı cümlə aləmi aldadar.

*

Pis söz söyləmədən əvvəl dilini dişlə, pis söz eşitmək istəmirsənsə qulağını bağla.

*

Hər minnət bir şəxsiyyət xüsusiyyətimizin yox olmasına gətirib çıxarar.

*

Düşündüklərini söyləsən yaxşı edərsən; amma bəzi düşündüklərini söyləməzsənsə çox daha yaxşı edərsən.

*

Əyri yola gettiyinin fərqinə vardınsa düz yolu tapa bilmə şansın da var deməkdir.

*

Tənqid etməyi bacarıq sayanlar, tənqid olunacaq heç bir işi etməməyə də diqqət göstərərlər.

*

Mükəmməl sandığın adam mükəmməl deyilmiş, böyük adam zənn etdiyin kiçicik bir insan mıymış? Kədərlənmə. Çürüklər ayırd edildikdən sonra möhkəmlərin qiyməti daha yaxşı aydın olar.

*

İnsaf gözləmə; insaflı olmağa məcbur et.

*

Bir cəmiyyətə pislik toxumlarımı tökmək istəyirsən? İşlənən günahların cəzasız qalmasını təmin et.

*

Azad insan nə bahasına olursa olsun gerçək arxasında qaçar, kölə isə həqiqətən asanca vaz keçər.

*

Gül tikanından şikayət etmir də, sən niyə sevdiyindən şikayətçisən?

*

Təbiətdə sənət də, sənət əsəri də yoxdur. Onları var edən yaradıcılıq qabiliyyətinə sahib olan insandır.

*

Eşitmək istəmədikləri qarşısında gözlərini bağlayan, görmək istəmədikləri qarşısında qulaqlarını bağlayan bir insan; görəsən söyləmək istəmədikləri qarşısında haranı bağlayacaq?...

*

Qapı qarşısında gözlədilən insan, arenadakı qızğın öküz kimidir.

*

Aynaya baxdığında, hər dəfə gördüyün həqiqətən sənsənmi?

*

Bir cəmiyyətdə böhtan çoxaldısa, ədalət mütləq azalmışdır.

*

İnancın yalnız müsbət yanları yoxdur; inanc səbəbiylə nə qədər çox pislik və haqsızlıq edilmiş, nə qədər çox insan öldürülmüşdür!

*

İndi vicdanını rahatlaşdırmağmı istiyirsən? Elə isə əvvəldən vicdanını narahat edəcək bir şey etmiş olmalısan.

*

Yaxşılıq lütf deyil, məcburiyyətdir.

*

Qaranlıq işığı görüncə qaçar; pislik də yaxşılığı.

*

Qurtarılan deyil, qurtaran olmalısan.

*

Qoyunla yaşayan mələməyi, qurdla yaşayan ulamayı, ilanla yaşayan sürünməyi öyrənər.

*

Yaşlanmaqdan ən çox qorxanlar, edəcək çox işi olanlardır.

*

Həyat bir kitabdır. Kimisi başdan bir iki səhifə oxuyub buraxar, kimisi ən sonuna bir nəzər salar; kimisi isə səbirlə başdan sona qədər oxucu.

*

Həqiqətən həyatını dəyişdirmək istəyirsənmi? Elə isə dəyişik bir şeylər et!

*

Sevgi qalasının düşmənlərini uzaqlarda axtarma, əksəriyyətlə onlar yaxınındadır və qala surlarının arxasında pusquda gözləməkdədirlər.

*

Bu gün; neçə adamın könülünü aldın,neçə adamdan üzr istədin, neçə adama təşəkkür etdin, neçə adamı təqdir etdin, neçə adamı bağışladın, neçə adamı alqışladın, neçə adamı öpdün, neçə adama kömək etdin, neçə adama "səni sevirəm" dedin, neçə adamın əlini sıxdın, neçə adama gülümsədin, neçə adama salam verdin? Heçmi, ya da xatırlamırsanmı? Elə isə dərhal indi başla. Məsələn bir dostunu axtar və onu nə qədər çox sevdiyini söylə. Vaxt çoxmu gec, narahat etməkdən mi çəkinirsən? Quruntuyu burax və dərhal axtar. Bəlkə təəccüblənəcək, amma inan çox da məmnun olacaq…

*

Yoxsulluq da zənginlik də ; xoşbəxtlik də bədbəxtlik də zehindədir. Başqa bir yerdə axtarış etmə.

*

Mərcimək şorbasına qaşıq yelləyən fağır, lüks restoranda yeyən zəngini xoşbəxt sanar. Halbuki fağır bir az sonra dərin bir yuxuya gedərkən, o zənginin mədə ağrısından yuxuları qaçacaq.

*

Sahibkən heç tükənməyəcəyini sandığımız, amma gerçəkdə isə ən tez tükənən şey xoşbəxtlikdir.


Geri dön

Ulya

  • 12 noyabr 2010 13:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol hamisi cox gozel sozlerdi

☪SkAzKa KaVkAzA☪

  • 12 noyabr 2010 02:38
  • Məqalə: 85
  • Şərh: 928
  • Bal:
{awards}
Həyat bir kitabdır. Kimisi başdan bir iki səhifə oxuyub buraxar, kimisi ən sonuna bir nəzər salar; kimisi isə səbirlə başdan sona qədər oxucu.

Teshekkurler cox gozel xeberdi

фея

  • 11 noyabr 2010 23:15
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Mərcimək şorbasına qaşıq yelləyən fağır, lüks restoranda yeyən zəngini xoşbəxt sanar. Halbuki fağır bir az sonra dərin bir yuxuya gedərkən, o zənginin mədə ağrısından yuxuları qaçacaq. lol lol lol tewekkuler

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

OK

  • 11 noyabr 2010 22:17
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Gül tikanından şikayət etmir də, sən niyə sevdiyindən şikayətçisən?

--------------------

Baby_Love

  • 11 noyabr 2010 21:53
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Sitat: Gecə Şehi
Dogrudan da deyer


Yusif

  • 11 noyabr 2010 21:46
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
wink Twk Xebre Maraqli Xeberdi

Just For Legend

  • 11 noyabr 2010 21:46
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Dogrudan da deyer

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}