İslamda İRFAN haqda qısa anlayış

 
İslamda İRFAN haqda qısa anlayış

İrfan - ərəb dilindən tərcümədə “böyük və əhatəli bilik” mənasını verir. Belə ki, ərəb dilində ismin “fəlan”, “filan” və “fülan” babları müəyyən bir xüsusiyyətin ən yüksək və kamil həddə olduğunu ifadə edir. Məsələn, “Rəhman” sözü hədsiz dərəcədə rəhmli olan Allahı, “hicran” kəlməsi bitib-tükənməz və dözülməz ayrılığı, “qurban” ifadəsi çox yaxınlığı bildirir. “İrfan’ kəlməsi də biliyin çox olduğunu ifadə edir.

Ümumi mənada irfan – həyatın və insanlığın mahiyyəti, dünyada baş verən hadisələrin hikməti, Allah-təalanın varlığının və sifətlərinin təhlili haqqında bilik və düşüncələrin məcmusu kimi qəbul edilir. İrfan quru elm deyil, dünyagörüşüdür. Çox zaman “irfan” sözü “təsəvvüf” kəlməsi ilə eyni mənada işlədilir. İrfan – haqqa doğru yönələn yol barəsində nəzəri bilikləri əhatə etdiyi halda, təsəvvüf – bu yolun təcrübi olaraq keçilməsidir. İrfani biliklərlə möhkəmlənməmiş bir təsəvvüf həyatı düzgün sayılmaz. Eləcə də, həyatda yaşanılmayan irfan bilgiləri də qətiyyən əhəmiyyət kəsb etməz. İrfansız təsəvvüf, təsəvvüfsüz irfan yoxdur.

Təsəvvüf” termin kimi, hicrətin II əsrindən sonra meydana çıxdığı üçün, bundan əvvəlki dövrə aid olan İslam mənbələrində eyni mənanı bildirmək məqsədilə "zöhd”, “irfan” və s. kəlmələr işlədilirdi. İstər İslam müqəddəslərinin hədislərində, istərsə də ilk sufilərin söz və yazılarında rast gəldiyimiz “arif” kəlməsinin məna yükü sonralar “sufi” sözünə şamil edilmişdir.

Şəhid Mürtəza Mütəhhəri “İslam elmləri ilə tanışlıq” kitabında yazırdı: “İrfan barədə iki istiqamətdə danışmaq və tədqiqat aparmaq olar: ictimai baxımdan və mədəni baxımdan. İrfan əhlini mədəni baxımdan yanaşdıqda “ariflər”, ictimai baxımdan yanaşdıqda isə çox vaxt “təsəvvüfçülər (sufilər) adlandırırlar”.

İrfan bir elmi və mədəni kompleks kimi iki hissədən ibarətdir: əməli (praktiki) irfan və nəzəri irfan. Əməli irfan insanın öz iç dünyası ilə, onu əhatə edən xarici aləmlə və Allahla əlaqələrini, bunların qarşısında daşıdığı vəzifələri öyrənir. Bu cəhətdən irfan əxlaq elminə bənzəyir; yəni onun kimi təcrübi elmdir. Əməli irfanı həm də “seyrü-süluk” adlandırırlar. Burada insaniyyətin ən yüksək nöqtəsinə, yəni tövhid mərhələsinə çatmaq üçün haqq yolçusunun mənəviyyat səfərinə haradan başlayacağı, hansı məqamları ardıcıllıqla keçəcəyi, bu yol boyunca nə kimi hallarla üzləşəcəyi və hansı vəziyyətlərə düşəcəyi izah edilir. Bütün bu məqamlar həmin yolu əvvəlcədən keçmiş, onun qayda-qanunlarından xəbərdar olan kamil və yetkin bir şəxsin (mürşidin, şeyxin) nəzarəti və rəhbərliyi altında keçilməlidir. Bir mənzili keçmədən növbəti mənzilə çatmaq mümkün deyil. İrfanı əxlaq elmindən fərqləndirən əsas cəhət də budur. İrfanda bəşər ruhu bir bitki, yaxud körpə uşaq kimidir; onun kamilliyi xüsusi qanun üzrə inkişaf etməsindədir. Bu baxımdan irfan təkamülpərvər, mütəhərrik bir təlimdir. Əxlaq elmində isə sadəcə olaraq ruhun gözəl xüsusiyyətləri – fəzilətlər sadalanır və bunların təsviri verilir. Əxlaq nöqteyi-nəzərindən, insan ruhu naxışlarla bəzədilməsi lazım olan evə bənzəyir, amma işin hansı ardıcıllıqla görülməsi, haradan başlayıb harada qurtarmaq lazım gəldiyi göstərilmir.

Nəzəri irfan varlığın təfsiri, yəni Allah, aləm və insanın izahı ilə məşğuldur. Nəzəri irfan fəlsəfə və kəlam elmlərinə yaxındır, amma bunların da arasında bəzi fərqlər vardır. Məsələn, fəlsəfə və kəlam yalnız əqli prinsiplərə və metodlara əsaslanır. İrfanda isə kəşfə (hissiyyatla dərketməyə) dayaqlanan prinsip və metodlar əsas sayılır. Kəlam aliminin nəzərində həm Allah, həm də Allahdan qeyri şeylərin hamısı həqiqidir. Fərq bundadır ki, Allah “vacibül-vücud” (mövcudluğu heç bir səbəbdən asılı olmayan), Ondan savayı hər şey isə “mümkünül-vücud”dur (mövcudluqları ilkin səbəbdən asılıdır). Arif isə bu fikirdədir ki, Allahdan savayı heç nə Allah qarşısında qərar tuta biləcək vücuda malik deyil. Allahın vücudu hər şeyi əhatə etmiş və özündə toplamışdır. Hər şey yalnız Allahın ad, sifət, iradə və təcəllasıdır, ondan başqa bir şey deyildir. Həqiqi mövcud olan yalnız Allahdır, Allahdan savayı hər şey “görünüş”dür (təzahürdür), “varlıq” deyil. Arifin tövhidi “Allahdan savayı heç nə yoxdur” deməkdir.

Filosofun və kəlam aliminin mənbələri ağıl və məntiq, metodu isə istidlaldır (əsaslandırma); Arifin mənbəyi – qəlb, metodları – daxili mübarizə, hərəkət və paklaşmadır.


Geri dön

frog

  • 22 iyun 2012 21:07
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
ALLAH RAZI OLSUN.......................

Nuray2012

  • 20 iyun 2012 10:23
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Allah razi olsun........

--------------------

_BiRiCiK_

  • 19 iyun 2012 00:55
  • Məqalə: 144
  • Şərh: 3252
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

✰Dгeaм✰

  • 12 iyun 2012 14:46
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

aksana1993

  • 12 iyun 2012 11:56
  • Məqalə: 62
  • Şərh: 2058
  • Bal:
{awards}
Deyerli serhlere gore cox sag olun

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

music_angel

  • 11 iyun 2012 18:25
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

--------------------

✰GlaMurKa✰

  • 11 iyun 2012 14:23
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

enigmatic_girl

  • 11 iyun 2012 13:40
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Hmm maraqlidir...

--------------------

Melek Kiz

  • 11 iyun 2012 12:14
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
cox sagolun oxudum

Alice_98

  • 11 iyun 2012 12:08
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
Xeber cox maraqli idi,tewekkurler :)

★Miss Love★

  • 11 iyun 2012 11:05
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Maraqli xebere gore cox sagol))

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 11 iyun 2012 10:45
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
ALLAH razi olsun.xeber ucun tewekkur.

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

esi .i.

  • 11 iyun 2012 10:44
  • Məqalə: 9
  • Şərh: 1166
  • Bal:
{awards}
ALLAH razi olsun

LoVe_LiFe

  • 11 iyun 2012 09:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
allah razi olsun

frog

  • 11 iyun 2012 09:47
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 52

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 164
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}